Facebook Twitter WhatsApp

Əsl xəstə mən idim

Cüneyd Bağdadi həzrətlərinin gözlərində həddindən artıq ağrı meydana gəldi. Hər kəsə yaxşılıq edən, comərdliyi ilə məşhur bir həkim çağırdılar, amma bu həkim xristian idi. Müayinə etdikdən sonra, “Gözlərinizə əsla su vurmayın, yoxsa kor olarsız” dedi. “Su vurmasam necə dəstəmaz alacam” dedikdə, “Gözləriniz sizə lazımdırsa su vurmayın” dedi.

Cüneydi Bağdadi həzrətləri dəstəmaz alıb namaz qıldı və namazdan sonra bir az yatdı. Yuxusunda “Gözlərini Allah üçün, Allahın əmri olan namaz üçün fəda edənin gözlərinə şəfa verilir” deyildi. Oyananda gözlərində heç ağrı qalmamışdı.

Ertəsi gün yoxlamaq üçün xristian həkim təkrar gəldi. Baxdı ki, gözləri tam sağalıb. Heyrətlə, “Bir günə tamamilə sağalması tibbən mümkün deyil, bu necə oldu?” dedi.

Cüneyd Bağdadi həzrətləri yuxusunu danışdı, həkim dərhal əlini öpüb iman edib, “Əsl xəstə siz yox, mənəmmiş. Sizin gözləriniz ağrıyırdı, mənimkilər isə kor imiş. Həqiqətləri görə bilməyən mən imişəm” dedi.

Hikməti ilahiyyə baxın ki, comərd və yaxşılıq sevən bir xristianın hidayətə qovuşması üçün Allahu Təala Cüneyd Bağdadi həzrətlərinin gözünə ağrı verir, bu da həkimin hidayətinə səbəb olur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину