Nuh əleyhissəlam zamanında insanların ömürləri uzun imiş, 800-1000 il yaşayarlarmış. Bir qadının oğlu ölür. Qadın çox ağlayır. Qonşu qadınlardan biri gəlib deyir ki
- Niyə bu qədər ağlayırsan Allahü təalanın təqdiri belə imiş.
- Əlbəttə elədir, mən ona ağlamıram.
- Bəs niyə ağlayırsan
Oğlum çox gün görmədi deyə, analıq şəfqətilə ağlayıram.
- Oğlun neçə yaşında idi
- 275 yaşında idi.
- Yaxşı, sən buna ağlayırsan, amma axır zamanda gələn ümmət nə etsin, ömürləri 50-60 il olacaq.
- Ciddi deyirsən?
- Əlbəttə.
- Allah Allah, onlar ev də tikəcəklər?
- Həm də nə qədər.
- Mən onların yerinə olsaydım çadırımın payasını belə dəyişməzdim.
В корзине: 0 шт.
на сумму: 0