Facebook Twitter WhatsApp

Qəlbimə təkəbbür gəlməsindən qorxdum

         Övliyalardan bir nəfər, Ramazan günü tələbələri ilə birlikdə bir şəhərə getmək üçün yola çıxdılar. Şəhərə yaxınlaşanda insanların axın-axın onları qarşılamaq üçün yollara çıxdığını gördülər. Mübarək övliya dərhal xurcunundan quru bir çörək çıxarıb ağzına atdı. Bunun görən əhali, “Biz də bu insanı alim bir övlia hesab edirdik, Ramazan günü oruc tutmayıb, üstəlik də acıq-acığına orucunu yeyir. Belə bir insanla söhbət etmək olarmı” deyərək dağılışdılar.

         Tələbələri etdiyi hərəkətin səbəbini soruşduğu zaman “O qədər insanın bizim üçün yollara çıxdığını görəndə qəlbimə təkəbbür və böyüklənmə gəlməsində qorxdum, onların gözündən düşüb nəfsimi alçaltmaq üçün bunu etdim. Çörəyi dişlədim, amma udmadım. Hər kəs çörəyi yediyimi zən etdi. Qəlbimə kibir yerləşərək Allahü təalanın qəzəbinə səbəb olsaydım, halım necə olardı” dedi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину