Facebook Twitter WhatsApp

Vəsvəsə etdikdə

Sual: Çox vəsvəsəliyəm, dəstəmazda, qüsulda, namazda niyyət etdiyimi unuduram, bunları niyyətsiz etsəm səhih olacaqmı? Quru yer qaldı zənn edərək dəfələrlə oranı yuyuram.Bir az quru yer qalsa dəstəmazım və qüsulum səhih olurmu? Dəstəmazım pozuldumu deyə çox vəsvəsə edirəm, dəstəmazsız namaz səhih olurmu? Paltarıma nəcasət bulaşdı sandım. Murdar paltarla namaz qılınsa səhih olar ? İmamın vəziyyətini bilmirəm. İmam ateist filandısa qıldığım namaz səhih olacaqmı? Yeyib-içdiyimiz qidalarda, alkoqol və ya donuz yağı vardır, heyvanlar bəsmələsiz kəsilib deyə vəsvəsə edirəm. Bunun kimi hallarda nə etməliyəm?
CAVAB
1-
 Niyyət etmədiyini bilməyən, yəni yüz faiz mən niyyət etmədim deyə bilməyən kimsə, niyyət etmiş deməkdir, namazı səhihdir. Qüsulda və dəstəmazda isə onsuz da niyyət şərt deyil.


2-
 Dəstəmazda və ya qüsulda quru yerin qaldığı bilinmirsə, quru yer qalsa belə bilinmədiyi üçün dəstəmaz və qüsul səhihdir.


3-
 Dəstəmaz aldığını bilir, amma dəstəmazının pozulduğunu bilmirsə, dəstəmazı pozulsa belə, dəstəmazı var qəbul edilir və namazı səhih olur.


4-
 Paltarda nəcasət olduğu bilinmirsə, o paltar nəcis olsa da, namaz səhih olur.


5-
 İmamın ateist olduğu bilinmirsə, namaz səhih olur. Dinimiz, imamın ürəyinin içinə baxın demir. Zahirə baxılır. Görünüşdə küfrünü gərəkdirən bir şey yoxdursa, namaz səhih olur.


6-
 Yeyib-içdiyimiz qidalarda alkoqol və donuz yağı olduğunu bilmiriksə, təmiz qəbul edilir. Qidaların içində nəcasət olsa belə, bilmədiyimiz üçün günah olmaz. Yediyimiz hər qidanı analiz etdirməyə ehtiyac yoxdur.


7-
 Dinimizin bütün hökmləri belədir. Məsələn, bir kimsə, evləndiyi insanın süd qardaşı (bacısı) olduğunu bilmirsə, o süd qardaşı (bacısı) olsa belə, heç kim bilmədiyi üçün, onunla evlənməsi günah olmaz.


Vəsvəsə dinin hökmünü bilməməkdən qaynaqlanır. Yuxarıdakı hökmləri bilən kimsə, heç bir mövzuda vəsvəsə etməz.

Vəsvəsə edən
Sual: Məndə çox vəsvəsə var. “Buranı deyəsən yumadım və ya ovmadım” deyib dəfələrlə yuyuram və ya ovuram. Buna bir çarə yoxdurmu?
CAVAB
Vəsvəsədən qurtulmaq üçün öz-özünə, “Buranın quru qaldığına və ya buranı dəlk (ovmadığına) etmədiyinə and içə bilərsən?” deyə soruşmaq lazımdır. And içə bilmirsə, oranı yuyub, ya da dəlk edib, təkrar yumaq və ya dəlk etmək lazım deyil.


Hər vəsvəsə üçün də, insan, özünə eyni sualı verə bilər. “Mən, and içəçək qədər əmin olsam vəsvəsə etməzdim” demək də vəsvəsədir. And içə bilmirsə, bunun vəsvəsə olduğunu anlamaq lazımdır.''Bir daha yusam daha yaxşı olmazmı?” deyilməməlidir. Belə düşünmək vəsvəsəni artırır.

 

Sual: Çox vəsvəsəliyəm, dəstəmazda, qüsulda, namazda niyyət etdiyimi unuduram, bunları niyyətsiz etsəm səhih olacaqmı? Quru yer qaldı zənn edərək dəfələrlə oranı yuyuram.Bir az quru yer qalsa dəstəmazım və qüsulum səhih olurmu? Dəstəmazım pozuldumu deyə çox vəsvəsə edirəm, dəstəmazsız namaz səhih olurmu? Paltarıma nəcasət bulaşdı sandım. Murdar paltarla namaz qılınsa səhih olar ? İmamın vəziyyətini bilmirəm. İmam ateist filandısa qıldığım namaz səhih olacaqmı? Yeyib-içdiyimiz qidalarda, alkoqol və ya donuz yağı vardır, heyvanlar bəsmələsiz kəsilib deyə vəsvəsə edirəm. Bunun kimi hallarda nə etməliyəm?
CAVAB
1-
 Niyyət etmədiyini bilməyən, yəni yüz faiz mən niyyət etmədim deyə bilməyən kimsə, niyyət etmiş deməkdir, namazı səhihdir. Qüsulda və dəstəmazda isə onsuz da niyyət şərt deyil.

2-
 Dəstəmazda və ya qüsulda quru yerin qaldığı bilinmirsə, quru yer qalsa belə bilinmədiyi üçün dəstəmaz və qüsul səhihdir.

3-
 Dəstəmaz aldığını bilir, amma dəstəmazının pozulduğunu bilmirsə, dəstəmazı pozulsa belə, dəstəmazı var qəbul edilir və namazı səhih olur.

4-
 Paltarda nəcasət olduğu bilinmirsə, o paltar nəcis olsa da, namaz səhih olur.

5-
 İmamın ateist olduğu bilinmirsə, namaz səhih olur. Dinimiz, imamın ürəyinin içinə baxın demir. Zahirə baxılır. Görünüşdə küfrünü gərəkdirən bir şey yoxdursa, namaz səhih olur.

6-
 Yeyib-içdiyimiz qidalarda alkoqol və donuz yağı olduğunu bilmiriksə, təmiz qəbul edilir. Qidaların içində nəcasət olsa belə, bilmədiyimiz üçün günah olmaz. Yediyimiz hər qidanı analiz etdirməyə ehtiyac yoxdur.

7-
 Dinimizin bütün hökmləri belədir. Məsələn, bir kimsə, evləndiyi insanın süd qardaşı olduğunu bilmirsə, o süd qardaşı olsa belə, heç kim bilmədiyi üçün, onunla evlənməsi günah olmaz.

Vəsvəsə dinin hökmünü bilməməkdən qaynaqlanır. Yuxarıdakı hökmləri bilən kimsə, heç bir mövzuda vəsvəsə etməz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину