Facebook Twitter WhatsApp

Qaziliyin və şəhidliyin fəziləti

Sual: Qaziliyin fəziləti nədir?

CAVAB

Qazi – savaşa, cihada gedib sağ olaraq geri dönən şəxsdir. Cihad edənə mücahid deyilir.

Mücahid sağ olaraq evinə dönərsə, buna qazi deyilir. Savaşda hər ölənə şəhid, geri dönənlərə də qazi deyilirsə də, həqiqi şəhid və qazini ancaq Allahu təala bilir. İmanı olan ancaq şəhid və qazi olur. Digərlərinki zahirən elədir. Qazilik və şəhidlik uca bir mərtəbədir. Qurani-kərimdə məalən buyurulur ki:

“Onlar [şərəfli möminlər] heç kimin qınamasından çəkinmədən Allah yolunda cihad edərlər”. [Maidə 54]
“İman edib, Allah yolunda hicrət edənlər, cihad edənlər və bu şəxsləri himayə edib, kömək edənlər, bax, əsl mömin bunlardır”. [Ənfal 74]
“De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, xanımlarınız, əşirətiniz [qohum-əqraba və yaxınlarınız], qazandığınız mallar, zay olmasından qorxduğunuz ticarət və xoşlandığınız məskənlər Sizə Allahdan, Rəsulundan və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allahın əmri gələnə qədər gözləyin! Allah fasiqlər topluluğunu hidayətə ərdirməz”. [Tövbə 24]

Şəhidlik və Qazilik
Qurani-kərimdə şəhidlik və qazilik haqqında iki gözəllik, iki yaxşılıq ifadəsi keçir. [Tövbə 52]

Şəhid olmasa da cihada qatılmağın, qazi olmağın savabı böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allah yolundakı bir döyüşdə bir saat durmaq, 60 il ibadətdən üstündür.” [F.Qadir]

“Allah yolunda bir ox atan, bir kölə azad etmiş kimi savab qazanar.” [F.Qadir]

“Bir gün keşik çəkmək, bir ay oruc tutmaqdan və gecələrini ibadətlə keçirməkdən xeyirlidir.” [Müslim]

“Allah üçün döyüşməyən və ya bir mücahidi silahla təmin etməyən və ya bir mücahidin ailə-övladına yardım etməyən bir bəlaya məruz qalar.” [E.Davud]

“Bir mücahidi silahla təmin edən, o mücahid qədər savaba nail olar.” [İbn Macə]


“Cihada çıxan bir qazini silahla təmin edən, cihad etmiş kimi əcrə qovuşar.” [Buxari]

Savaşa və şəhidlərə verilən savab
Sual: Dinini, vətənini, namusunu qorumaq üçün müharibəyə gedənlərə və şəhid olanlara nə kimi savablar verilər?
Cavab:
 Mənakibi-Cihar Yari-Güzin kitabında həzrəti Həsəndən rəvayət belə nəql edilir:

“Həzrəti Əli bir gün insanları cihada təşviq edirdi. Bir şəxs ayağa qalxıb;
-Ya İmam, bizə cihadın və döyüşün savabından xəbər ver, dedi. Həzrəti Əli buyurdu ki:
-Bir gün Rəsuli-əkrəm ilə cəbhəyə gedirdik. Sənin kimi mən də Rəsuli-əkrəmə;
-Ya Rəsulallah, bizə döyüş və cihadın savabından xəbər ver, deyə xahiş etdikdə, buyurdular ki:
“Bir qövm cəbhəyə getməyə niyyət etsə, Allahü təala onlar üçün Cəhənnəmdən qurtuluşuna bəraət yazar. Allahü təala səfərə hazırlaşanlarla mələklərə öyünüb, buyurur ki; “Görün Mənim qullarımı, Mənim yolumda döyüşə hazırlaşırlar.” Haqq təala mələklər göndərir və onları hifz edərlər. Hər savabları iki qat yazılır. Hərb üçün yola çıxdıqda, o qədər savab verir ki, dünyadakı bütün insanlar katib olsalar, onun hesabında aciz olarlar. Döyüş başladıqda mələklər onları əhatəyə alıb, yardım və zəfər üçün dua edərlər. Ərşin altından bir mələk “Əl-cənnətü tahtə zılal-issuyuf” yəni Cənnət qılıncların kölgəsi altındadır, deyə nida edib, çağırır. Qılınc toxunub, hər şəhid olana, qızmar gündə soyuq su içmiş kimi ləzzətli gələr. Yerə yıxılmazdan əvvəl ona müjdə verilir. Yerə yıxıldıqda bir səs; “Xoş gördük, ey təmiz ruh! Təmiz bədənindən çıxdın. Allahü təala sənin üçün Cənnətində o qədər savab, əcr, mülk və nemətlər hazırlamışdır ki, nə gözlər görmüş, nə qulaqlar eşitmiş və nə də kimsənin xatirinə gəlmişdir, deyilir.”

Rəsuli-Əkrəm əfəndimiz davam edib buyurdu ki:
“Allahü təala o şəhid haqqında buyurdu ki; “Hər kim onu razı edərsə, Məni razı edər. Hər kim onu incidərsə, Məni incidər.” Allahü təala şəhidlərin ruhlarını yaşıl quşların qursağına qoymuşdur. Cənnətə girib, yemişlərindən yeyəcəklər. Şəhidə Cənnətül-firdevsdə yetmiş köşk verəcəklər.”

Rəsulullah Əfəndimiz daha sonra and içərək, buyurdu ki:
“Qiyamət günündə, şəhidlər yerlərindən qalxıb, məhşər yerinə gələrlər və bəzəkli kürsülər üzərinə oturarlar. Hər şəhid övladından, əhlindən, qohum-əqrəbasından və dostlarından çox insana şəfaət edəcəkdir.” Həzrəti Əli; Sərvəri-Ənbiya bunu belə buyurdular demişdir.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину