Facebook Twitter WhatsApp

Şəhidliklə bağlı müxtəlif suallar

Sual: Xərçəng, vərəm, xolera, vəba, bronxit, ishal kimi daxili xəstəliklərdən ölən adam şəhiddirmi?
CAVAB
Bəli, şəhid savabına qovuşur. Sadəcə daxili xəstəliklərdən deyil, başqa xəstəliklərdən ölənlər də şəhid olur. Məsələn, sarılıq, yoluxucu və yüksək qızdırmayla müşahidə olunan xəstəliklərdən ölənlər də şəhiddir.


Sual: Əməliyyat masasından qalxmayaraq ölən müsəlman şəhid olurmu?
CAVAB
Əməliyyat edilərkən ölən müsəlman şəhid savabı alır. Ölməzsə, əməliyyat üzündən günahları əfv olur. Ayağa bir tikan batması belə günahlara kəffarədir. Mömin əməliyyata gedərkən tövbə istigfar etməli, “Bu xəstəlikdən qurtulsam, ibadətlərimi daha rahat edərəm, dinimə daha çox xidmət edərəm, insanlara daha çox faydalı olaram” deyə niyyət etsə, niyyəti qədər çoxlu savab qazanar. Əməliyyat masasından qalxa bilməsə, tövbə də etdiyi üçün günahları da əfv edilmiş bir şəhid olaraq vəfat edər. Qul haqları da axirətdə halallaşdırılıb, heç günahı qalmadan Cənnətə gedər. Ona görə möminin xəstəliyi də, əməliyyatı da, yaşaması da, ölməsi də gözəldir.


Sayılı günlər, müəyyən sıxıntılar bir gün keçəcək və heç bitməyən bir gün gələcəkdir. Əbədi səadət üçün hər cür sıxıntıya qatlanmaq, hər cür əziyyəti nemət bilmək lazımdır.

Sual: Eşqinin aşkara çıxması şəhidliyə maneədirmi?

CAVAB
Hədisi-şərifdə, Aşiq olub, eşqini gizləyib, iffətini qoruyaraq ölən şəhid olur buyuruldu. [Hakim]


Eşqinin aşkara çıxması şəhidliyə maneə deyildir. Mühim olan iffəti qorumaqdır.
Sevgi, insanın əlində olmayan bir hisdir. İffəti, yəni namusu qorumaq şərtilə birinə qarşı sevgi duymaqda zərər yoxdur. Hətta iffətini qoruyaraq sevgisini gizləmək çox savabdır. Hədisi-şərifdə buyuruldu ki:
Eşqini gizləyib, namusunu qoruyaraq səbir edən Cənnətə girər. [İbn Asakir]

Deməli, dinimizdə iffəti mühafizə etmək və sevgisi səbəbilə günah işləməməyə səbir etmək çox savabdır. Çünki ümumiyyətlə, birinə qarşı sevgi duyan insanın, özünü günah iş görməkdən uzaq durması çətindir. Çətin olan işləri bacarmağın savabı da böyük olur.

Sual:
 Şəhid ölərkən güllənin və ya qılıncın ağrısını hiss edirmi?

CAVAB
Hiss etmir.


Sual:
 Haqsız yerə asılan, şəhid olacağı üçün ölüm acısını hiss edirmi?

CAVAB
Hiss etmir.


Sual: Şəhid öldüyü bədənlə diriləcək?
CAVAB
Hər kəs öldüyü kimi diriləcək, sonra sifətinə uyğun şəkil alacaq.


Sual:
 Şəhid çürüyürmü?

CAVAB
Çürüyür. Haram yeməmiş, təqva əhli olan çürüməz.


Dini ifadələri yanlış istifadə etmək
Sual:
 Dinə inanmayan və ömründə heç vaxt oruc tutmayanın, gecə-gündüz ac qalmasına, “Ölüm orucu” demək yanlış deyildirmi? Həmçinin, dini, imanı olmayıb ölən kimsə üçün, “İnqilab şəhidi” və ya “Xidmət şəhidi” demək də dinimizə zidd deyildirmi?

CAVAB
Əlbəttə dinə ziddir. Dini ifadələri belə təsadüfi istifadə etmək doğru deyildir.


Oruc, Allah rizası üçün imsaq vaxtından axşam azanı oxunana qədər yeyib-içməkdən və oruca mane olan digər işlərdən uzaq durmaq deməkdir. Dini bir ifadədir. Dinimizdə, ölüm orucu deyə bir oruc növü yoxdur. Buna, aclıq aksiyası kimi bir şey demək olar.

Şəhid də dini bir ifadədir. İnqilab şəhidi, xidmət şəhidi, mafiya şəhidi olmaz. Allah yolunda cihad edərkən ölən Müsəlmana şəhid deyilir. Bir kimsə Allah yolunda ölsə belə, imanı yoxdursa, hətta imanı olsa belə, dünyalıq üçün, şöhrət üçün döyüşərkən ölərsə, şəhid olmaz.

Sual: Əsir qadının namusuna xələl gəlməməsi və ya işkəncə edilməməsi üçün, yaxınlarının bu qadını öldürməsi caiz olarmı?
CAVAB
Qətiyyən caiz olmaz. Düşmənin öldürdüyü şəhid olar.


Sual: Ölkəmizin müxtəlif yerlərində, “İslam şəhidlərini anma günü” deyə yazılı afişalar var. İslamdan başqa şəhid də olur? Nə üçün şəhid kəlməsi dəyişdirilib bidət çıxarılır? Məsələn, İslam namazı olurmu ?
CAVAB
Əlbəttə müsəlman olmayan şəhid olmaz. Bəlkə də, inqilab şəhidi, demokratiya şəhidi deyərək şəhidlik kəlməsini istismar edənlərdən ayrılmaq üçün İslam şəhidi demişlər. Bu baxımdan onları da üzrlü hesab etmək olar.


Sual: Müharibədə ölən hər kəs şəhiddirmi?
CAVAB
Şəhidlik müsəlman olmağa və niyyətə bağlıdır. Bir hədisi-şərif məalı belədir:

“O qədər güllədən, silahdan ölən insan vardır ki, nə şəhiddir, nə də həmid. O qədər döşəyində ölən insan vardır ki,  Allah qatında siddiq və şəhiddir.” [Əbu Nuaym, Əbuşşeyx] (Həmid, şükr edən deməkdir.]

Şəhidin cənazə namazı
Sual: 
Şafiidə şəhidin cənazə namazı qılınmadığına görə, Hənəfi camaatın, Şafii olan şəhidin namazını qılmaları lazımdırmı? Şəhid Hənəfi, camaat Şafii olsa, şəhidin namazı qılınacaqmı?

CAVAB
Hənəfi camaatın, öz məzhəblərinə görə, Şafii şəhidin namazını qılmaları lazımdır. Şafii camaatın isə, Hənəfi şəhidin namazını, öz məzhəblərində qılınmadığı üçün qılmaları lazım deyil.


Gənə sancması və mədən qəzası
Sual: Gənə sancmasından ölən və ya mədən qəzasında ölən şəhid olurmu?
CAVAB
Bəli, imanı varsa şəhid olur. (Rəddül-muxtar)


Bir hədisi-şərif: “Suda boğulan, yanğında ölən, qərib, kimsəsiz ölən, zəhərli heyvan sancmasından ölən, daxili xəstəliklərdən ölən, divar və dağıntı altında qalaraq ölən, ərini qısqandığını gizləyən qadın, özünün, din qardaşının və qonşunun malını qoruyarkən öldürülən, əmri-məruf  və nəhyi-münkər edərkən öldürülən şəxslər şəhiddir.” [İbn Asakir]

Şəhid olaraq ölmək
Sual:
 Bir yoldaş, dənizdə boğularaq şəhid olmağın savabının böyük olduğunu bildiyi üçün suda, dənizdə boğularaq ölməyim üçün mənə dua edirmiş. Üzümə qarşı da, “İnşallah dənizdə boğularsan” dedi. Belə dua etmək doğrudurmu?

CAVAB
Şəhid olaraq ölmək əlbəttə çox yaxşıdır. “Şəhid olasan!” deyə dua etmək də yaxşıdır, ancaq “Dənizdə boğularaq öl!” deyə dua etmək doğru deyildir. Bir insanı ilan sancsa, vəhşi heyvanlar parçalayıb öldürsə şəhid olar. Ona, “Səni ilanlar sancsın, şirlər parçalasın” deyə dua etmək çox yanlışdır. Avtomobil qəzasında beyni parçalanaraq ölən də şəhid olur, amma “Sən bu şəkildə öl!” deyə dua etmək olarmı heç? Donaraq və ya odda yanaraq ölən də şəhid olur, amma birinə “Belə öl!” deyə dua etmək, qarğış sayılır.


Dənizdə boğularaq ölmək acı bir ölümdür. Ona görə Əziz Mahmud Xüdayi həzrətləri, “Mənə bir Fatihə oxuyan, dənizdə, suda boğulmaqdan qurtulsun” deyə dua edib. Yəni o kimsənin şəhid olmasını istəmirdimi?

Peyğəmbər əfəndimiz də buyurur ki:
“Gəmiyə minən kimsə, Bəsmələ çəkərək, Hud surəsinin 41-ci ayəti-kəriməsini oxusa, boğulmaqdan əmin olur.” [Tabərani]

Yenə bir hədisi-şərifdə, gəmiyə minərkən, Zümər surəsinin 67-ci ayəti-kəriməsini oxuyanın boğulmaqdan əmin olacağı bildirilmişdir. (Kurtubi)

Suda, dənizdə boğulmaq üçün dua etmək uyğun olsaydı, Peyğəmbər əfəndimiz, “Bu duanı oxuyun, suda boğulun” deyərdi. Halbuki boğulmamaq üçün dua edilməsini bildirir.

İnsan yatağında rahatlıqla ölsə də yenə şəhid ola bilər. Yatağında şəhid olaraq ölmək üçün dua etməlidir.

Bədəni çürüməyənlər
Sual: 
Sadəcə şəhidlərin bədəni çürümür?

CAVAB
Şəhidlərdən də bədəni çürüyənlər olur. Haram yeməyənlərin bədəni çürüməz. Peyğəmbərlərin bədənləri çürüməz. Bir də övliya şəxslərin bədəni çürüməz.


Niyə şəhidlik istəyirik?
Sual: 
Şəhid olmağı istəməmək münafiqlik əlamətidir deyirlər. Şəhid olaraq ölmək sıxıntılı bir şey deyilmi? Niyə şəhid olaraq ölməyi istəməliyik?

CAVAB
Şəhid olmaq dedikdə, alnından güllələnərək ölmək demək deyil. Yatağında ölən də şəhid ola bilər. İki hədisi-şərif məalı belədir:
“Allahü təaladan ixlasla şəhidlik istəyən yatağında ölsə də şəhid olur.” [Müslim]

“Şəhidlərin çoxu yataqda ölür.” [İ. Əhməd]

Alnından gülləylə vurularaq ölsə də, təyyarədən düşsə də, şəhid ağrı hiss etməz. Bir hədisi-şərif məalı belədir:
“Şəhid ölüm ağrısı hiss etməz.” [Beyhəqı]

Ağrı hiss etmədikdən sonra necə ölürsə-ölsün nə fərqi var? Şəhid olaraq ölənin bütün günahları əfv olar və Cənnətə girər. O halda şəhid olaraq ölmək üçün həmişə dua etməliyik.

Yüz şəhid savabı
Sual: Bir hədisi-şərifdə, fitnə zamanında sünnətə sarılana yüz şəhid savabı veriləcəyi bildirilir. Bu hansı sünnətdir?
CAVAB
Buradakı sünnət Əhli-sünnət vəl-camaat etiqadı deməkdir. Fitnə fəsad dövründə İslamiyyətə tabe olmaq, kafirlərlə mübarizə aparmaq çətin olacağı üçün, bu etiqada sahib olana və beş vaxt namazı camaatla qılana yüz şəhid savabı veriləcəyi din kitablarında yazılmıdşır. Mötəbər kitabları paylayaraq Əhli- sünnət etiqadını yayana veriləcək savab əlbəttə daha çoxdur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину