Facebook Twitter WhatsApp

Şəhid edilən bəzi şəxsiyyətlər

Fələstin valisi Herod qardaşı qızı ilə evlənmək istəmişdi. İncildə bu qadağan olduğu üçün Həzrəti Yəhya kəbin kəsmədi. Herod da onu şəhid etdi. Atası Həzrəti Zəkəriyyə oğlunu xilas etməyə çalışdıqda, onu da öldürmək istədi. Həzrəti Zəkəriyyə bir kötüyün içində gizləndi. Kötüklə birlikdə mişarla kəsilərək şəhid edildi.

Həzrəti Həmzə Bədr savaşında Cübeyrin əmisini öldürmüşdü. Cübeyr köləsi Vəhşiyə, “əgər Həmzəni öldürə bilsən, səni azad edəcəm” demişdi. Sonradan Rəsulullahın qaynanası olan Hind də, atasının intiqamı üçün Həmzəni öldürənə çoxlu qızıl verəcəyəm demişdi. Azad olmaq və qızılları əldə etmək üçün mahir oxatan olan Vəhşi, Həzrəti Həmzəni oxla ağır yaralayıb qılıncı ilə şəhid etdi. Məkkənin fəthindən sonra iman etdi. İman etdiyi üçün səhabə oldu. Yəmamə tərəfinə getməsi əmr olundu. Müseyləmə ilə döyüşən Xalid ibn Vəlidin ordusu dağıldığı vaxtda, Həzrəti Vəhşi qəhrəmancasına hücum edib, özünü Peyğəmbər elan edən Müseyləmətül-kəzzabı öldürdü. Bunu görən müsəlmanlar hücum edib, zəfər əldə etdilər. Rəsulullah əfəndimizin Həzrəti Vəhşini Yəmamə bölgəsinə göndərməsinin möcüzə olduğu meydana çıxdı.

Həzrəti Ömər, aşərəyi-mübəşşərədən, yəni Cənnətlə müjdələnən on nəfərdən biridir. Məsciddə sübh namazına durduqda, Muğirənin köləsi kafir Əbu Lülü Firuz tərəfindən qarnından bıçaqlanaraq şəhid edildi, bir gün sonra vəfat etdi. O, Rəsulullahın qaynatası və Həzrəti Əlinin kürəkəni idi.

Həzrəti Osman, Rəsulullahın kürəkəni və aşərəyi- mübəşşərədəndir. Misirli fəllahlardan bir dəstə Mədinəyə qədər gəldilər və ona xəlifəlikdən istefa etməsi söyləndi. Həzrəti Osman, Qurani-kərim oxuyarkən şəhid olacağımı, Rəsulullah mənə xəbər vermişdi buyuraraq qəzaya riza, bəlaya səbir göstərmişdi. Quldurların xəlifənin evinə hücum etdiyini, Həzrəti Əli eşidərək, qorumaq üçün iki oğlu Həsən və Hüseyni xəlifənin evinə göndərdi. Hər ikisi qılınclarını çəkərək qapıdan quş uçurtmadılarsa da, 5-6 quldur arxa tərəfdən nərdivanla içəri girdi. Rəsulullah əfəndimiz yuxuda, Ya Osman, bu gecə bizim yanımızda iftar edəcəksən buyurdu. Onu Misirli fəllahlardan Kinanə ibn Bəşir adlı qaraçı Qurani-kərim oxuyarkən şəhid etdi. Sonra sanki kafiri öldürmüşlər kimi sarayı yağmaladılar.

Həzrəti Əli, aşərəyi-mübəşşərədən, Rəsulullahın kürəkəni və Həzrəti Ömərin qaynatasıdır. Sübh namazına gedərkən ibn Mülcəm adlı bir xarici qılıncla alnından vuraraq şəhid etdi. Lakin Həzrəti Əli iki gün sonra vəfat etdi. Rəsulullah Həzrəti Əlinin İbn Mülcəmin qılıncı ilə şəhid olacağını öncədən xəbər vermişdi. Həzrəti Əli, İbn Mülcəmi gördükcə; mübarək başını göstərib, “Bunu nə vaxt qana bulayacaqsan” buyurardı. İbn Mülcəm də, “Ya Əli, bu pis işi Peyğəmbərimiz bildirmişdir. Sən məni öldür ki, qiyamətə qədər lənətə məruz qalmayım” deyərdi. Həzrəti Əli də, “Öldürmədən əvvəl cəza vermək olmaz” buyurardı.

Həzrəti Həsən atası Həzrəti Əlidən sonra xəlifə seçilmişdi. 7 ay sonra döyüşə hazırlaşarkən müsəlman qanının tökülməməsi üçün xilafətdən istefa etdi. Qısqanclıq üzündən xanımı tərəfindən zəhərlənərək şəhid edildi.

Həzrəti Hüseyn İbn Mərcanə adlı, Sinan ibn Ənəs Nəhai adlı bir nəfər tərəfindən Kərbəlada şəhid edildi. Həzrəti Hüseyn ilə birlikdə 70 nəfər daha şəhid oldu. Mübarək başı Misirdə Karafə qəbirstanlığındadır.

Dinimizdə, yas tutmaq günah olduğuna görə, şəhid olan bu mübarək şəxsiyyətlərin heç biri üçün matəm tutmaq caiz olmaz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину