Facebook Twitter WhatsApp

Qadınların şəhid olması

Sual: Qadınlar cihad edə bilməyib şəhid ola bildəmiklərinə  görə, Cənnətə girmələri çətin deyildirmi?
CAVAB
Müsəlman qadının Cənnətə girməsi, şəhid olması asandır. Bir qadın saleh ərinə itaət edərsə, cihad savabı qazanar. Hədisi- şəriflərdə buyurulur ki:

“Müsəlman bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, ərinə itaət edib namusunu qorusa, Cənnətə istədiyi qapıdan girər.” [İbn Hibban]

“Qadının cihadı, əri ilə yaxşı yola getməkdir.”
 [Tabərani]


“Ərin haqqına riayət, Allah yolunda cihad etmək kimidir.” [Tabərani]

“Hamilə, doğuş və ya zahılıq zaman ölən müsəlman qadın şəhiddir.” [Tabərani]

“Müsəlman qadın hamiləlikdən doğuşa qədər və uşağı döşdən kəsənə qədər Allah yolundakı mücahid kimidir, ölərsə ona şəhid savabı verilər.”
 [Tabərani]


“Müsəlman qadın hamiləlikdə, gündüz saim, gecə qaim və Allah qorxusu qalib olan bir mücahid savabı qazanar. Sancı tutduğunda ona veriləcək savabı heç kim bilməz. Körpənin hər əmməsində bir can əhya etmiş kimi savab alır. Sütdən kəsəndə isə bir mələk onu təqdir edərək, “bir daha” deyər.)
 [Əbuşşexh]

Saim = oruclu deməkdir, qaim = gecə qalxıb namaz qılmaq, ibadət etmək deməkdir.

“Bir qadının əri ondan razı olduğu halda hamilə qalarsa, Allah yolunda gündüz oruc tutub, gecə ibadət edən bir kişinin savabı qədər ona savab verilər. Doğuş sancısı tutanda ona veriləcək savabı ancaq Allahü təala bilir. Doğduqdan sonra uşağın əmdiyi hər qurtum südə qarşılıq  bir savab yazılır. Gecə uşaq onu yuxusuz qoyanda Allah rizası üçün 70 kölə azad etmiş kimi savab qazanır. Ey Səlamə, bunları söyləməkdəki məqsədimi bilirsənmi? Namusunu qoruyan, ərinə itaət edən və ərindən gördüyü yaxşılıqları inkar etməyən salehə xanımları nəzərdə tuturam.”
 [Tabərani]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.