Facebook Twitter WhatsApp

Şəhid olmaq asandırmı?

Sual: Şəhid olmağın ölçüsü nədir, hər kəs şəhid ola bilərmi?
CAVAB
Hər kəs şəhid ola bilməz. Ancaq müsəlman olan və aşağıda bildirilən hallardan biri ilə ölən və ya öldürülən şəhid olur. Doğru imana sahib olmayan kimsə şəhid ola bilməz. Mötəbər kitablardan alınaraq aşağıda şəhidliyə səbəb olan xüsusları bildiririk:


Müsəlman olmaq şərtilə sarılıq, vərəm, xolera, vəba, xərçəng, sətəlcəm, ishal, şiddətli öskürək, yoluxucu xəstəliklər, bəzi daxili xəstəliklər səbəbilə ölənlər, hamilə, zahı və doğuş vaxtı ölən qadınlar, soyuqda qüsl alıb ölənlər şəhiddir.

Həmçinin, müsəlman olmaq şərtilə haqsız yerə zülümlə həbs edilib ölən, quldur, anarxist tərəfindən öldürülən, özünün, qonşusunun, hətta zimminin [qeyri-müsəlman vətəndaşın] can, mal və namusunu müdafiə edərkən öldürülən, heyvandan [yüksək bir yerdən] yıxılıb ölən, dənizdə, suda boğulan, yanğında ölən, zəhərli heyvan sancaraq ölən, zəlzələdə, divar və dağıntı altında qalaraq ölən, qərib halda ölən, eşqini gizləyib iffətini qoruyarkən ölən, əmri-məruf və nəhyi-münkər edərkən öldürülən, şəhiddir.

Dininə bağlı olanlar
Əhli-sünnət etiqadını və namazı tadili-ərkanla qılmağı meydana çıxaranlar, beş vaxt namaza davam edənlər, Allah rizası üçün müəzzinlik edənlər, dinini öyrənərkən, öyrədərkən və yayarkən ölənlər, Allahü təalanın əmrlərinə uyğun ticarət edənlər, ərzaq mallarını ucuz qiymətə satanlar, dəstəmazlı yatıb ölənlər, gündə iyirmi dəfə ölümü düşünənlər, gündə yüz dəfə salavatı-şərifə gətirənlər, düha namazı qılanlar, hər ay üç gün oruc tutanlar, səfərdə də vitr namazını tərk etməyənlər, hər gecə Yasin oxuyanlar, halal qazanıb ailə-uşağının din biliyi öyrənmələri və ibadət etmələri üçün çalışanlar, namazda ölənlər, müdara edənlər, yəni insanlarla yaxşı keçinənlər, dinini qoruya bilmək üçün dünyalıq verənlər, öldükdə şəhid olurlar.


Bunlardan başqa da şəhidlik savabını alanlar vardır. Məsələn, bir hədisi-şərifdə buyuruldu ki:
“Sidqlə, ixlasla şəhidlik istəyən, yatağında ölsə də şəhid olar.” [Müslim]

Təkrar edirik, şəhid olmaq üçün iman sahibi olmaq şərtdir. Nə edirsə-etsin, harada, necə ölürsə-ölsün və ya öldürülsün, imanı olmayan şəhid ola bilməz. İman sahibi bir kimsə, çox günahkar olsa da, hətta Xayrəddin Rəmli həzrətlərinin fətvasında bildirdiyi kimi, günah işləyərkən məzlum olaraq öldürülsə, yenə şəhid olar.

Şəhidlər də müxtəlifdir. Çox günahkar biri ilə, saleh birinin şəhidliyi arasında çox fərq var. Döyüşdə öldürülən şəhidlə, avtomobil qəzasında ölən şəhid arasında çox fərq var. İslamın beş şərtindən sonra, ibadətlərin ən üstünü cihaddır. Cihadda ölən şəhidin, qul haqlarından başqa bütün günahları əfv olur. Cihad edərkən dənizdə boğulub ölənin isə qul haqqı da əfv olur.

Dəniz şəhidləri
Hədisi-şərifdə buyuruldu ki:

“Dəniz döyüşündə şəhid olanların, bütün günahları, hətta [qeybət, təhqir kimi bütün] qul haqları da əfv olur.” [İbn Macə]

Cihadda, həcc yolunda və sərhəd xidmətində növbətçi olub ölənlərə, qiyamətə qədər bu ibadətlərin savabı davamlı verilir. Hər biri qiyamətdə yetmiş insana şəfaət edərlər. Qurani- kərimdə məalən buyurulur ki:
“Allah yolunda öldürülənləri [şəhidləri] ölü zənn etməyin, onlar Rəblərinin yanında diridirlər, ruziləri var.” [Ali İmran 169]

Hər Peyğəmbər, şəhiddir və digər şəhidlərdən üstündür. Peyğəmbərlərin bedənləri çürüməz. Hədisi-şərifdə buyuruldu ki:
“Allahü təala, torpağa Peyğəmbərləri çürütməsini haram etmişdir.” [Beyhəqı]

Haram tikə yemiş və çeşidli günah işləmiş şəxslər şəhid də olsalar, bədənləri çürüyə bilər. Haram yeməmiş, müttəki şəxslər, yatağında belə şəhid olsa, bədənini torpaq çürüdə bilməz. Bir hədisi-şərifdə buyuruldu ki:
“Müttəki, müxlis müəzzin, qanlar içində tərpənə bilməyən şəxs şəhid kimidir. Ölərsə qəbrində Qurdlanmaz.” [Tabərani]
[Müttəki - haramlardan çəkinən, Müxlis - Allahın rizasına əməl edən deməkdir.]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину