Facebook Twitter WhatsApp

Şəhid olmaq

Sual: Hər kəs şəhid ola bilərmi? Şəhid olmağın faydası nədir?
CAVAB
Şəhid, şahidlik edilmiş, Cənnətlik olduğuna şahidlik edilmiş mənasındadır. Şahid mənası da vardır. Çünki Allah qatında, ölü deyil diridir. Şəhid olmaq üçün Müsəlman olmaq şərtdir. Qeyri-müsəlman necə ölürsə ölsün və ya öldürülsün, şəhid olmaz. Heyzli və ya cünüb ölmək şəhidliyə mane deyil.

Əshabı-kiramdan Hanzala cünüb halda şəhid olmuşdu. [Qüsl edəcək qədər vaxt tapmamış, döyüşə qatılmışdır.]

Şəhid olmaq böyük nemətdir. Hədisi-şəriflərdə buyurulur ki:
“Şəhid, qəbir əzabından əmindir (azaddır).” [İbni Macə, Beyhəqı, imam Əhməd]

“Dəniz döyüşündə şəhid olanların bütün günahları, hətta, qul haqları da əfv olur.”
 [İbni Macə]


“Şəhid, yaxınlarından 70 adama şəfaət edər.”
[Beyhəqı]


“Şəhid, ölüm acısı hiss etməz, qəbirdə üzülməz, qiyamətin dəhşəti, hesab, mizan, sırat onu narahat etməz, birbaşa Cənnətə gedər.”
 [Beyhəqı]

“Quruda şəhid olanın borcları və əmanətləri xaric, bütün günahları əfv olar. Dənizdə, suda boğularaq ölən şəhidin isə, borc və əmanətləri də daxil bütün günahları əfv olar.”
 [Əbu Nuaym]


Şəhidin, qanının ilk damlasında günahları əfv olur. Qəbir əzabından və Qiyamət qorxusundan əmindir.
Şəhidin, qul haqlarından başqa bütün günahları əfv olur. Qul haqlarını da, Allahü təala Qiyamətdə halallaşdıracaqdır. Suda boğularaq ölən şəhidlərin qul borcları da əfv olunur. Haqq sahibləri bu şəhiddən haqlarını istədikləri zaman Allahü təala, “Ondakı haqlarınızı Məndən istəyin” buyuracaq, haqq sahiblərinə alacaqlarını artıqlaması ilə verəcək. Şəhid də, sorğusuz-sualsız Cənnətə gedəcək.

Aşağıdakı yazının demək olar ki, hamısı İbni Abidin həzrətlərinin Rəddül-muxtar kitabından götürülmüşdür. Müsəlman olmaq şərtilə aşağıdakı 37 maddədə bildirilən kimsələr şəhid olaraq ölür. Hamısı da hədisi-şərif ilə bildirilmişdir:


1- Özünün, qonşusunun, can, mal və namusunu müdafiə edərkən öldürülən,

2- Haqsız yerə həbs edilib ölən,

3-
 Mülci ikrah ilə öldürülən, məsələn, bu içkini iç deyilsə, onu içmək caiz olar. Caiz olacağını bilmədiyi üçün, içməyib öldürülərsə, şəhid olar.


4- 
Oğrunun, qəsbkarın, cibəgirənin, quldurun, əşkiyanın, soyğunçunun öldürdüyü şəxs,


5- Yüksəkdən və ya atdan düşüb ölən, başına daş və ya başqa şey düşərək ölən,

6-
 Aslan, canavar kimi yırtıcı heyvanlar tərəfindən parçalanaraq ölən,


7- Əqrəb və ilan kimi zəhərli heyvan sancmasından ölən,

8- 
Suda boğulan,


9- Yanğında ölən,

10- 
Qürbətdə qərib ölən,


11- Zəlzələdə, divar və dağıntılar altında qalaraq ölən,

12- 
Epilepsiya, yoluxucu xəstəliklər, qızdırmayla müşayiət olunan xəstəliklər, vərəm, xərçəng, xolera, vəba, şiddətli öskürək, ishal və digər daxili xəstəliklər səbəbilə ölən, [Əməliyyat edilərkən ölən]


13- Soyuqda qüsl alıb ölən.


14- 
Hamilə, zahı və doğuş vaxtı ölən qadın. Bir hədisi-şərif məalı:

“Müsəlman qadın hamiləlikdən doğuşa qədər və uşağı döşdən kəsənə qədər Allah yolundakı mücahid kimi olub ölərsə şəhid olar.” [Tabərani])

15-
 Cümə günü və ya gecəsi ölən,


16- Eşqini gizləyib, iffətini qoruyub ölən,

17- 
Əmri-məruf və nəhyi-münkər edərkən öldürülən şəhiddir. Doğru imanı və namaz qılmağı meydana çıxaranlar, dinini öyrənmək, öyrətmək və yaymaqda ikən ölən,


18- 
Allah rizası üçün müəzzinlik edərkən ölən,


19- Dəniz tutub qusaraq ölən,

20- 
Beş vaxt namazı doğru qılan. İki hədisi-şərif məalı:

“5 vaxt namazı doğru qılana hər gün üçün min şəhid savabı verilir.” [Tərgibi-Xadimi]
“Ümmətimin fəsadı zamanında sünnətimə [Əhli- sünnətə] yapışan və beş vaxt namazı camaatla qılanın əməl dəftərinə hər gün yüz şəhid savabı yazılır.” [İ. Naəsiruddin]

21- 
Quşluq namazı qılan,


22- Səfərdə də vitir namazını tərk etməyən,

23-
 Hər ay üç gün oruc tutan,


24- Dəstəmazlıykən ölən, dəstəmazlı yatıb ölən,

25- 
Namazdaykən ölən,


26- Gündə iyirmi dəfə ölümü düşünən,

27- 
Dinə uyğun ticarət edən,


28- Ərzağı ucuz qiymətə satan,

29- 
Halal qazanıb ailə-uşağının din biliyi öyrənmələri və ibadət etmələri üçün çalışan,


30- Altmış yaşını keçən saleh müsəlman,

31- Gündə 25 dəfə “Allahümmə bərik li filməvt və fi-mə badəl-məvt” oxuyan,

32- 
Müdara edən, yəni insanlarla yaxşı yola gedən, dinini qoruya bilmək üçün dünyalıq verən. Bir hədisi-şərif məalı: “Müdara edən, şəhid kimi ölər.” [Deyləmi]

33- 
Ölüm xəstəliyində, 40 dəfə “La ilahə illa əntə sübhanəkə inni küntü minəz-zalimin” oxuyan,


34- Gündə yüz dəfə salavatı-şərifə oxuyan,

35- Hər gecə Yasin oxuyan, səhər-axşam Həşr surəsinin sonunu oxuyan,

36-
 Allah yolunda şəhid kimi ölməyi istəmək haqqında bir neçə hədisi şərif məalı belədir:

“Sidqlə, ixlasla şəhidlik istəyən, yatağında ölsə də şəhid olar.” [Müslim]
“Şəhidlərin çoxu yataqda ölür. Döyüşdə öldürülənin niyyətini ancaq Allah bilir.” [İ. Əhməd]
“İxlasla şəhidliyi arzu edən, şəhid olmasa da, şəhidlik savabına qovuşar.” [Müslim]

37- 
Günah işləyərkən zülmlə öldürülən.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину