Facebook Twitter WhatsApp

Dünya-axirət səadətinin əsası nədir

Sual: Dünya səadətinin əsası nədir, necə eldə etmək olar?
CAVAB
Dinimizin əmr və qadağalarına riayət edən, yəni yaxşı bir müsəlman olan hər kəs dünya və axirətdə xoşbəxt olar. Dünya və axirət səadətinin əsası, ən yaxşısı Allahü təalanın rızasına, sevgisinə nail olmaqdır. Bu da dinimizə əməl edərək, yəni fərzləri, sünnətləri edərək və haramlardan, məkruhlardan çəkinərək əldə edilir. Lakin bunları ixlasla etmək lazımdır.


İxlas, qəlbin təmiz olması deməkdir. Qəlbin təmiz olması da, dünyaya düşkün olmaması, onu sevməməsi, yalnız Allahü təalanı sevməsidir. Qəlbin Allahü təalanı sevməsi üçün, bir şey etmək, çalışmaq lazım deyil. Qəlb, dünya sevgisindən qurtularsa, Allah sevgisi qəlbə özlüyündən yerləşər. Qəlbin dünya sevgisindən qurtulması üçün, dünyanı unutmalıdır. Dünyanı unutmağa Fənafillah deyilir. Fənafillaha nail olmaq, Allahü təalanı çox anmaqla və ya övliyadan böyük bir alimin [məsələn, imam Rabbani həzrətlərinin] kitablarından faydalanmaqla da olur.

Allahü təalanı anmaq üç cür olur: Qəlblə çox Allah demək, çox-çox La ilahə illəllah demək və dinə tabe olaraq, sənət, ticarət və hər mübah işləri etməkdir. Yaxud alim və vəli olan bir şəxsin həyatını oxuyaraq, onu çox sevib, çox xatırlamaq, ona bağlanmaq və ona yalvarmaq da fənaya “Allah rızasına qovuşmağa” yardım edir. Qəbrini ziyarət etdikdə, faydası daha çox olur. Qəlb fani olduqda, ağlın, fikrin və hafizənin də dünya işlərini unutması lazım gəlməz. Qəlb fani olduqda, bütün orqanlara, ağla, fikrə, hafizəyə, hər növ dünya işlərini etdirir, başqa insanlar kimi dünya işlərinə də çalışır. Bütün insanlıq vəzifələrini yerinə yetirir, hər yaxşılığı edir.Dünya üçün nə etdisə, dinə uyğun olduğu üçün hamısı zikir, yəni Allahü təalanı anmaq, xatırlamaq sayılır.

Hər Müsəlmanın arzusu Allahü təalanın rızasını qazanmaq olmalıdır. Yunus Əmrə, “Gəl Allahın rızasını qazanaq yerinə, gəl dosta gedək, dosta” deyərək bu vəziyyəti belə təsvir edir:

Dosta gedək
Uzaqda qalmayaq, dosta gedək, dosta, 

Həsrətlə ölməyək, dosta gedək, dosta.
Yol alaq durmadan, dan yeri ağarmadan,
Araya əl girmədən, dosta gedək, dosta.

Haqqa qılaq zarı, tərk edək diyarı,
Ələ keçirib yarı, dosta gedək, dosta.
Dünyaya dalmayaq, fanidir qanmayaq
Əsla ayrılmayaq, dosta gedək, dosta.

Eşq şərabı içək, özümüzdən keçək,
Dost elinə göçək, dosta gedək, dosta.
Yol göstər mənə, yönümüz dostdan yana
Aldırma ona-buna, dosta gedək, dosta.

Zülüm olmaz payidar, sən ol mənə sadiq yar,
Nə desə desin əğyar, dosta gedək, dosta
Ərənləri tapaq, dost yolunu soruşaq,
Yunusu da alaq, dosta gedək, dosta.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину