Facebook Twitter WhatsApp

Qəlbi qaraldan işlər

Sual: Qəlb və ürək eyni şeydirmi? Qəlbi təmizləmək üçün nə etmək lazımdır?
CAVAB
Qəlb, sinəmizin sol tərəfindəki ət parçası deyil. Buna, ürək deyilir. Ürək, heyvanlarda da var. Qəlb, ürəkdə yerləşən bir qüvvədir, gözəgörünməzdir. Ampulda olan elektrik cərəyanı kimidir. Buna, qəlb və ya könül deyirik. Könül, insanlarda vardır. Heyvanlarda olmur.

Bədəndəki bütün orqanlar, qəlbin əmrindədir. Duyğu orqanlarımızın hiss etdikləri bütün bilgilər qəlbdə toplanır. İnsanın, inanmaq, sevmək, qorxmaq, qəlbindədir. İman edən və kafir olan qəlbdir. Gözəl, yaxşı əxlaqın və pis xasiyyətlərin yeri qəlbdir.

Qəlbi təmizləmək üçün riyazə mücahidə lazımdır.
Riyazət, nəfsin arzularını tərk etməkdir. Nəfsimiz dinimizin qadağan etdiyi haramları, məkruhları arzu edir. Bunlardan çəkinmək lazımdır.

Mücahidə, nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimiz, yaxşılıq və ibadət etmək istəməz. Yaxşılıq və ibadət edərək qəlbimizi təmizləməliyik!


Allahü təala dinləri, Peyğəmbərləri qəlbi təmizləmək üçün göndərmişdir. Qəlbi təmiz olan dinimizin əmrlərinə tabe olar, qadağan etdiklərindən uzaq durar.


Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Namaz qılmamaq ən böyük günahlardan biridir. Namaz qılmayanın, spirtli içki içənin qəlbi çox qaralmış deməkdir.


Möminlərin qəlbi təmizdir. Fasiqlərin qəlbi kirlidir, qaradır. Kafirlərin qəlbi isə qapqaradır. Hədisi-şəriflərdə buyurulur ki:
Möminin təmiz qəlbində parlayan bir işıq var. Kafirin qəlbi qapqaradır.” [Tabərani]


Günah işləyənin qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər tövbə etsə, o ləkə silinir. Tövbə etməyib yenidən günah işləsə, o ləkə böyüyür və bütün qəlbi tutur, qəlb qapqara olur.” [Haraiti]


“Günaha davam edənin zamanla qəlbi möhürlənir, o artıq savab iş görə bilmir.” 
[Bəzzar]


İmam Rabbani həzrətləri buyurur ki:
Allahü təalanın əmrlərinə riayət etməmək qəlbin pozulmasından irəli gəlir. Qəlbin pozulması, dinə tam inanmamaqdandır. İmanın əlaməti, dinin

əmrlərinə sevə-sevə riayət etməkdir.


Qəlb, sevgi yeridir. Sevgisi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə, ya dünya sevgisi və ya Allah sevgisi olur. Allahü təalanı anaraq, ibadət edərək, qəlbdən dünya sevgisi çıxarıldıqda, qəlb təmiz olur. Allah sevgisi, bu təmiz qəlbə öz-özünə dolar.


Günah işlədikdə, qəlb qaralır, xəstələnir, dünya sevgisi yerləşir və Allah sevgisi çıxır. Qəlbin bu halı, bir stəkana bənzəyir. Su doldurduqda, havası çıxır. Suyu boşaltdıqda, hava öz-özünə dolar. Bir stəkandakı hava çıxmadıqca içinə su girməz. İçinə su tökdükdə də, bu suyu çıxarmadan başqa şey qoyulmaz. Qəlb də stəkan kimidir. Qəlbi Allah sevgisiylə doldurmaq üçün, başqa hər şeyi, hər sevgini qəlbdən təmizləmək lazımdır.


Hər xəstəlik ziddi ilə müalicə olunur. Günah səbəbi ilə qaralan qəlb, yaxşılıq nuru ilə təmizlənir. Maddi ehtiyaclardan gələn hər sıxıntı, müsəlmanın qəlbini dünyadan soyudur və nifrət etdirir. Hədisi-şərifdə buyuruldu ki:
“Elə günahlar vardır ki, onları ancaq dolanışıq cəhətdən çəkilən sıxıntılar yox edər.” [Xatib]
O halda, halal qazanmaq üçün dolanışıq sıxıntılarına qatlanmaq, nemət sayılır.

Qaralan qəlbi təmizləmək


Qəlbi təmiz olan adam, həmişə yaxşı işlər görər, qəlbi qara olan da, pis işlər görər. Hədisi-şərifdə, “Qəlb pozulanda, bədənin işləri də həmişə pozulur” buyuruldu. O halda qəlbi qaraltmaqdan çəkinmək lazımdır.


Zünnuni Mısri həzrətləri buyurdu ki:
Qəlbin qaralmasının dörd əlaməti var:
1- İbadətin dadını almaz.
2- Allah qorxusu yadına düşməz.
3- Gördüklərindən ibrət almaz.
4- Oxuduqlarını, öyrəndiklərini anlayıb dərk edə bilməz. Namaz qılmayan və günah işləyən insanın qəlbi qaralır, xəstə olur.

Muhamməd ibn Fadl Bəlhi həzrətləri buyurdu ki:
Qəlbin qaralmasına 4 şey səbəb olur:
1- Öyrəndiyi ilə əməl etməmək.
2- Bilməyərək etmək.
3- Bilmədiklərini öyrənməmək.
4- Başqasının öyrənməsinə mane olmaq.

Hədisi-şəriflərdə buyuruldu ki:
“Çox gülmək qəlbi öldürür.” [Tirmizi]
“Üç şey qəlbə qəsvət verir: Yeməyi, yuxunu və rahatlığı sevmək.” [Deyləmi]
“Çox yeyib-içməklə qəlbinizi öldürməyin!” [İ.Qazali]
“Haram qarışdırmadan, qırx gün halal yeyənin qəlbi nurla dolar. Qəlbinə çay kimi hikmət axar. Dünya sevgisi qəlbindən çıxar.” 
[Əbu Nuaym]


Muhamməd Parisa həzrətləri buyurur ki:
İnsanı Allahü təalanın rızasına, sevgisinə qovuşduran yol qəlbdir. İnsanı Allahü təaladan uzaqlaşdıran şeylərin ən zərərlisi dünya sevgisinin qəlbi qaraltmasıdır. Qəlbi qaralan dünyanı [faydasız şeyləri] sevər. Dünya sevgisi, pis yoldaşlardan, lazımsız və zərərli şeyləri izləməkdən əmələ gəlir. Faydasız kitab, [roman, hekayə, qəzet, jurnal] oxumaq, lazımsız şeylər danışmaq, bu sevgini artırır. Qadınlara baxmaq, qadın rəsmləri [rəsmli jurnal, filmlər, televizor] izləmək, mahnı, çalğı dinləmək, dünya sevgisini qəlbdə yerləşdirir. Bunların hamısı insanı Allahü təaladan uzaqlaşdırır.


Qəlb, sevgi yeridir. Sevgi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə, ya dünya sevgisi və ya Allah sevgisi olur. İslamiyyətin əmrlərinə tabe olub, qadağalarından uzaq duraraq, qəlbdən dünya sevgisi çıxdıqda, qəlb təmiz olur. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolar.
Malı, vəzifəni və Allahdan başqasını sevmək və günah işləmək, qəlbi təmizləməyə əngəldir. Qəlbin təmizlənməsi, İslamiyyətə tabe olmaqla olur. Namaz qılmaq qəlbi təmizləyir. Qurani-kərim oxumaq və ölümü çox xatırlamaq günah işlədikdə dərhal tövbə və istiğfar etmək, oruc tutmaq qəlbi təmizləyir.

 

Hədisi-şəriflərdə buyuruldu ki:
“Paslanan hər şeyin bir cilası vardır. Qəlbin cilası "Əstəğfirullah" deməkdir.” [Deyləmi]
“Hər ay 3 gün oruc tutanın qəlbinin pası təmizlənir.” [Nəsai]
“Qəlb əkin, yemək isə yağış kimidir. Həddindən artıq su əkini qurutduğu kimi, artıq yemək də qəlbi öldürür. Qəlbini az gülüb, az yeməklə əhya et, aclıqla təmizlə ki, yumşalıb parlasın!”
 [İ.Qazali]
“Rütubətdə dəmirin paslandığı kimi, günah kiri qəlbi paslandırır. Qəlbin cilası ölümü çox xatırlamaq və Qurani-kərim oxumaqdır.”
 [Beyhəqı]

O halda qəlbi təmizləmək üçün günahlardan qaçaraq dinimizin əmrlərinə tabe olmalıyıq.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину