Sual: Çox insan heç ölməyəcəkmiş, heç hesaba çəkilməyəcəkmiş kimi hərəkət edir. Halbuki bir insanın hər şeydən əvvəl sonunu düşünməsi, ona uyğun hazırlıq görməsi lazım gəlməzmi?
Cavab: Dünya həyatı çox qısadır və hər günü də keçib xəyal olur. Hər insanın sonu ölümdür. Bundan sonrası da, ya daimi əzab və ya əbədi nemətlərdir. Bunların vaxtları hər kəsə sürətlə yaxınlaşmaqdadır.
Bunun üçün insan özünə mərhəmət etməli, qəflət yuxusundan oyanmalıdır. Batilin batil olduğunu görərək ondan qurtulmağa çalışmalı, Haqqın da haqq olduğunu görərək ona tabe olmalı, ona sarılmalıdır. İnsanın verəcəyi qərar çox mühüm, amma vaxt isə çox azdır. Hər insan mütləq öləcək və insan öləcəyi vaxtı düşünməli, başına gələcəklərə hazırlaşmalıdır.
Heç kim Haqqa tabe olmadıqca, əbədi əzabdan qurtula bilməz. Ölüm anındakı son peşmanlıq insana fayda verməz və son nəfəsdə Haqqı təsdiq etmək qəbul olmaz. Sadəcə Müsəlmanın günahlarına tövbə etməsi qəbul olur. O gün Allahü təala insana:
“Qulum! Sənə ağıl nurunu vermişdim. Bununla, məni anlamağını, mənə və Peyğəmbərim Muhamməd əleyhissalama, Onun gətirdiyi İslam dininə iman etməyini əmr etmişdim. Bu Peyğəmbərin gələcəyini Tövratda və İncildə xəbər vermişdim. İsmini və dinini hər məmləkətə yaydım. Eşitmədim deyə bilməzsən. Gecə-gündüz dünya qazancı üçün, dünya zövqləri üçün çalışdın. Axirətdə başına gələcəkləri heç düşünmədin. Qəflət içində, mevtin, ölümün pəncəsinə düşdün” deyərsə, görəsən o insan buna necə cavab verəcək?
Buna görə də, insan başına gələcəkləri düşünməli, ömrünü tükətmədən, ağlını başına yığmalıdır. İnsanın ətrafında gördüyü, danışdığı, sevdiyi, qorxduğu insanların hamısı bir-bir ölürlər. Hər biri bir xəyal kimi, gəlib gedirlər. İnsan yaxşı düşünməli, seçimini doğru etməlidir. Əbədi olaraq atəşdə yanmaq, çox böyük əzabdır! Sonsuz nemətlər içində yaşamaq isə, çox böyük bir nemətdir. Bunlardan birini seçmək həyatda insanın əlindədir. Hər kəsin sonu bu ikisindən biri olacaq. Bundan qurtulmaq imkansızdır. Bunu düşünməmək, çarə axtarmamaq, tədbir almamaq böyük cahillik və cinnətdir. Hədisi-şərifdə buyuruldu ki:
“Arzusu axirət olub, axirət üçün çalışana Allahü təala dünyanı xidmətçi edər.”
В корзине: 0 шт.
на сумму: 0