Facebook Twitter WhatsApp

İmanla ölmək üçün 

Sual: İmanla ölmək üçün nə etmək lazımdır?
CAVAB
İmanla ölmək üçün, doğru iman sahibi olmağa, saleh əməllər edib, saleh yoldaşlar seçməyə çalışmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:
Qulun Qiyamət günü ilk hesaba çəkiləcəyi əməli, namazdır. Əgər o düzgün çıxarsa, digər əməlləri də düzgün olar. Əgər o zay çıxarsa, digər əməlləri də zay olar.” [Tabərani]

Sübhanallahdemək, tərəzinin savab kəfəsinin yarısını doldurur. “Əlhamdülillah” demək isə hamısını doldurur. Təkbir gətirmək, göylə yerin arasını doldurur.” [Tirmizi]

“Tərəzidə ən ağır gələn şey, bu beş kəlimədir: "Sübhanallahi vəlhamdülillahi vəla ilahə illəllahü vəllahü əkbər" və özündən əvvəl ölən saleh övlad səbəbi ilə gözlənilən əcirdir.” [Nəsai]

“And içirəm ki, yer və göy arasındakılar gətirilsə, tərəzinin bir kəfəsinə qoyulsa,"La ilahə illəllah" isə digər kəfəyə qoyulsa, mütləq ki, onlardan ağır gələr.” [Tabərani]

“80 yaşına çatan Müsəlman, mizana gətirilməz, sorğuya çəkilməz və ona “gəl buyur Cənnətə gir” deyilər.” [Əbu Nuaym]

“Cəbrayıl əleyhissalam xəbər gətirdi ki: "İstədiyin qədər yaşa, əlbəttə öləcəksən. Kimi istəyirsən sev, nəhayət ondan ayrılacaqsan. Hər istədiyini et, nəhayət onun hesabını verəcəksən.” [Tabərani]

“Hər kəs bir an belə bir nəfərlə yoldaşlıq etsə, o yoldaşlığının hesabını verəcəkdir.” [İbni Cərir]

Sual: Bir insanın, imanlı olaraq axirətə gedəcəyi əvvəldən bəlli olurmu, yoxsa son nəfəsdə bəlli olur?
Cavab: Mömin və kafir, son nəfəsdə bəlli olur. Bir çox insan, bütün ömrü boyu kafir olub, axırda imana qovuşa bilər. Bütün ömrü iman ilə keçib, axırda əksinə dönən, imansız gedən də olur. Qiyamətdə insanların son nəfəsdəki vəziyyətinə baxılacaq.

Sual: Bir insanın mütləq imanla öləcəyini demək, dini cəhətdən düzgündürmü?
Cavab:
 Bir insanın mütləq imanla öləcəyini deyə bilmək üçün o şəxs haqqında ayə və ya hədis olmalıdır. Çünki bir insanın mömin və ya kafir olaraq öləcəyi son nəfəsdə məlum olur. Bir çox insan bütün ömrü boyu kafir olub, axırda imana qovuşa bilər. Bütün ömrü iman ilə keçib, axırda əksinə dönən, imansız gedən də olur.

Sual: Hal hazırda yaşayan hər hansı bir Müsəlman haqqında, "mütləq Cənnətlikdir" demək olarmı?
Cavab:
 Bir insanın axirətdə mömin olub-olmayacağı, son nəfəsdə məlum olur. Altmış illik bir kafir ölümündən bir az əvvəl Müsəlman olsa, axirətdə mömin olaraq diriləcək. Peyğəmbərlərdən və Cənnətə gedəcəkləri bildirilmiş olanlardan başqa, heç kim haqqında Cənnətlikdir demək olmaz. Çünki, son nəfəsin necə olacağı bilinmir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину