Facebook Twitter WhatsApp

Nəfsə zülm etmək nədir?

Sual: Nəfsinizə zülm etməyin nə deməkdir? Nəfsimiz Allahın düşməni olduğuna görə nəfsə zülm etmək lazım deyilmi?
CAVAB
Nəfs kəlməsinin ruh, can, qan, mənlik, daxili, qəlb, böyüklük, ucalıq, iradə kimi bir çox manası var, lakin daha çox iki mənada istifadə olunur:

Birincisi, dinə uyğun olmayan istəklərin qaynağı kimi istifadə olunur. Buna “nəfsi-əmmarə” də deyilir. Bu nəfs, Allahü təalanın və bizim düşmənimizdir. Bir hədisi-şərif məali:
“Sənin ən böyük düşmənin, səni tamamilə əhatə edən nəfsindir.” [Deyləmi]
Allahın düşməni olan nəfsə zülm etmək üçün, yəni onun zərərlərinin qarşısını almaq üçün dinimizin əmrinə tam əməl etmək və bu nəfsi pis bilib həmişə alçaltmaq lazımdır. Bir hədisi-şərif məali:
“Nəfsini zəlil edən dinini əziz edər, nəfsini əziz edən isə dinini alçaldar.” [Əbu Nuaym]
İkincisi, bir şeyin özü, şəxsidir. Məsələn, Qurani-kərimdə, “Hər nəfs, ölümü dadacaq” buyurulur. Yəni hər canlı ölümü dadacaq deməkdir. “Nəfsinizə zülm etməyin” demək, “Özünüzə zülm etməyin” deməkdir. Çox yeyib şişmanlamayın və ya çox az yeyib pərişan olmayın deməkdir. Nə çox yatmalı, nə də həmişə oyaq qalmalı, yəni bədənimizin ehtiyaclarına da əhəmiyyətisiz baxmamalıyıq deməkdir. Bir hədisi-şərif məali:
“Din asanlıqdır. Dində həddi aşanı, din məğlub edər.” [Nəsai]
Seyyid Abdülhakim Arvasi həzrətləri də, “Halal olan geyimi, yeməkləri və şərbətləri lazımi qədər istifadə edin! Müxtəlif və ləzzətli yeməklərlə, şirin, sərin şərbətlərlə bədəninizi, nəfslərinizi rahat və xoş tutun!” buyurur. Peyğəmbər əfəndimizin və İslam alimlərinin bildirdiyi bu xüsuslara riayət etmək niyyətilə əməl edilərsə, bunlar da ibadət sayılar, savab olar. Beləcə özümüzə də zülm etməmiş olarıq.

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину