Facebook Twitter WhatsApp

Qəlb Kəbədən dəyərlidirmi? 

Sual: Yunus Əmrə bir şeirində “Bir könül almaq, yüz Kəbə tikməkdən yaxşıdır. Qəlb qırmaq isə Kəbəni yıxmaqdan daha pisdirdeyir. Qəlb Kəbədən üstündürmü?
CAVAB

Bəli, üstündür. Kəbəni tikən insandır, qəlbi isə Allahü təala yaratmışdır. Möminin qəlbinə “Allahın evi” deyilir.

Bir misra:


Heç kimsəyə yan baxma!
Qəzəblənib sərt çıxma!
Qəlb Allahın evidir,
Bu evi əsla yıxma!

İmam Rabbani həzrətləri də buyurdu ki:
Qəlb, Allahü təalanın qonşusudur. Allahü təalaya qəlbin yaxın olduğu qədər heç bir şey yaxın deyil. Mömin və ya asi olsa da, heç bir insanın qəlbini incitməməliyik, çünki asi olan qonşunu da qorumaq lazımdır. Qəlb qırmaqdan çox çəkinmək lazımdır! Qəlb qırmaq Allahü təalanı ən çox incidən şeydir. Küfürdən sonra qəlb qırmaq qədər böyük günah yoxdur. Çünki Allahü təalaya aparan şeylərin ən yaxın olanı qəlbdir. İnsanların hamısı Allahü təalanın qullarıdır. Hər hansı bir şəxsin köləsi döyülsə, incidilsə, onun əfəndisi, əlbəttə, inciyər. Hər şeyin tək maliki, sahibi olan Əfəndinin şanını, böyüklüyünü düşünmək lazımdır. (3/45)

Bir beyt belədir:
Çox-çox diqqət edirəm, qırmamağa qəlbini,
Qorxuram qəlb qırmaqdan, qul haqqı yıxar məni.

Bir hədisi-şərif məali də belədir:
“Bir Müsəlmanın qəlbini qırmaq, haqsız olaraq incitmək, Kəbəni 70 dəfə yıxmaqdan daha günahdır.” [Rıyad-un-nasihin]
Qəlb qırmaq böyük günah olduğu kimi, o qəlbi təmir etmək, yəni könül almaq da böyük savabdır.
Elə buna görə, Yunus Əmrə “Bir könül almaq, yüz Kəbə tikməkdən yaxşıdır” demişdir. Burada Kəbə kiçildilmir, könül almağın əhəmiyyəti vurğulanır. Bu incəliyi yaxşı anlamalıyıq.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину