Facebook Twitter WhatsApp

Mürakəbə nədir?

Sual: Mürakəbə nədir?
CAVAB
Lüğət mənası nəzarət etməkdir. Xüsusi mənası qulun hər vəziyyətində Allahü təalanın onu gördüyünü bilməsi və Onu unutmaması deməkdir. Bir digər mənası da, nəfsi yoxlamaq, ondan qafil olmamaqdır.
Nəfsə hər an göz yetirmək, nəzarət etmək lazımdır. Ondan qafil olsaq, nəfs şəhvət və tənbəlliyi istəyəcək. Mürakəbənin əsası hər əməlimizi, hər düşüncəmizi Allahü təalanın bildiyini unutmamaqdır. İnsanlar bir-birinin xaricini görür. Allahü təala isə, xaricini gördüyü kimi daxilini, yəni niyyətini, düşüncəsini bilir. Bu vəziyyəti bilənin, işləri və düşüncələri, əlbəttə, dinə uyğun olar.
Mürakəbə, Allahü təalanın hər an insanı gördüyünü və bildiyini düşünməkdir. Bu hal doğru namaz qılmaqla əmələ gəlir. (H. S. Vəsiqələri)
İmam Rabbani həzrətləri buyurur ki: Övliyanın çoxu hər gecə, o gün etdiyi işləri, sözlərini, hərəkətlərini, düşüncələrini, hər birinin nə üçün olduğunu düşünürlər. Qüsurlarını və günahlarını təmizləmək üçün tövbə və istiğfar edirlər. Hər gecə yatarkən yüz dəfə, “Sübhanallahi vəl-hamdü lillahi və la ilahə illəllahü vəllahü əkbər” oxuyan, mühasibə etmiş, özünü hesaba çəkmiş sayılır. (1/309)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину