Facebook Twitter WhatsApp

Yaradılış qayəsi

Sual: Allah dünyanı və insanları niyə yaratdı? Niyə bir hissəsini Cənnətə, bir hissəsini də Cəhənnəmə salacaq?
CAVAB
Allahü təala dünyanı və kainatın hamısını insan üçün yaratdı. Bitkiləri, heyvanları, su, daş, torpaq, mədən kimi hər şeyi insanın faydalanması üçün yaratdı. İnsanları da, Onu tanımaları və Ona ibadət etmələri üçün yaratdı. Bu tanımağın və ibadətin faydası da yenə insanlaradır. İmam Rabbani həzrətləri buyurur ki:

Allahü təala, heç bir şey üçün heç bir şeyə möhtac deyil. Yaradılmaqla biz dəyərləndik, şərəfləndik. Zariyət surəsinin, “İnsanları və cinləri Mənə ibadət etmələri üçün yaratdım” məalindəki 56-cı ayəti- kəriməsindəki “ibadət etmələri üçün” ifadəsi, “Məni tanımaları üçün” deməkdir. Yəni, Allahü təalanı tanımaq, inanmaq üçün yaradıldıq. Hədisi-qüdsidə, “Tanınmaq üçün hər şeyi yaratdım” buyurması, “Məni tanımaqla şərəflənmələri üçün” deməkdir. (1/266)
Cənnət və Cəhənnəm də insanların əməllərinə görə yaradıldı. İman edib yaxşı işlər görənlər Cənnətə, iman etməyənlər Cəhənnəmə gedəcək və hamısı orada sonsuz qalacaqlar. Heç kimə zülüm edilməyəcək, orada hər kəs etdiyinin qarşılığını görəcəkdir.

Yaradılış səbəbi
Sual: Allahın “İnsanları, Məni tanımaqla şərəflənmələri üçün yaratdım” dediyi bildirilir. Kafirlər, Allaha inanmadıqları üçün tanımırlar. Onlar tanımadıqlarına görə yaradılmalarının səbəbi nədir?
CAVAB
Qurani-kərimdə, “İnsanları Mənə qulluq etmələri üçün yaratdım” buyurulur. İnananlar qulluq edib şərəflənirlər. Kafirlər inanmadıqları üçün bu şərəfdən məhrum qalırlar. Beləliklə, imtahandan keçmirlər. Kafir də axirətdə tanıyacaq, amma bu tanıması, möminin tanımasından çox fərqli olacaq. Mömin Allahü təalanı görməklə şərəflərin, nemətlərin ən böyüyünə qovuşacaq, kafir gördükdə isə, əzabların ən böyüyünə məruz qalacaq. Kafirlərin Qiyamətdə Allahü təalanı görməsi, Cəhənnəm əzabından daha çox şiddətli olacaq.



Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину