Facebook Twitter WhatsApp

Dünya sevgisi

Dinimiz, bu miniyin sevgisini pisləmişdir. Yəni “Minik nə gözəldir” deyərək, onunla məşğul olub hədəfə çatmamaq pislənmişdir. Belə ki, hədisi-şəriflərdə buyuruldu ki:
“Dünya sevgisi bütün günahların başıdır.” [Beyhəqı, İbni Əbiddünya]
Deməli, minik vasitəsini sevməklə məşğul olmayıb, minib bir an əvvəl səadət diyarına getməyə çalışmaq lazımdır!
Bizi məqsədimizə çatdıran minik vasitəsinin yaxşı, sağlam olması tələb olunur. Ona görə Allahü təalanın bizə verdiyi ağıl, sağlamlıq, mal-dövlət kimi nemətləri yerində istifadə etməliyik! Cənab Haqq, dünya səadətini də istəməyi əmr edir. “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq, gözəllik ver!” deyə dua etməyimizi istəyir. (Bəqərə 201)
Hədisi-qüdsidə də buyuruldu ki:
“Haqq təala buyurdu ki, “Ey dünya, mənə xidmət edənə xidmətçi ol! Sənə xidmət edən də sənin xidmətçin olsun.”” [Əbu Nuaym]
Dünyanın faydasız işlərindən uzaq durmaq, axirətə yarayacaq işlər görmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Dünyaya meyl edənin əməli uzun olur, sonunu gətirə bilməz, bitməz-tükənməz ehtiyaca düşər. Ona elə bir məşğuliyyət gələr ki, möhnətindən özünü xilas edə bilməz.” [Deyləmi]
“Axirəti istəyib onun üçün çalışan, dolanışıq sıxıntısı çəkməz, zəngin halda sabaha çıxar, zəngin halda axşamlayar. Dünyanı tələb edərək onun arxasında qaçan, dolanışıq darlığı çəkər, yoxsul halda sabahlayar, yoxsul halda axşamlayar.” [İbni Nəccar]
“Axirət işi sənə asan, dünya işi çətin gəlirsə, bil ki, sən yaxşı haldasan. Axirət işi çətin, dünya işi asan gəlirsə, bil ki, vəziyyətin pisdir.” [Beyhəqı]

Haqsız qazanc

Muhamməd əleyhissalam Peyğəmbər göndərildikdə, şeytanlar İblisin başına yığışıb dərdlərini bildirdilər. İblis də onlara, “Onlar dünyanı sevirmi?” dedi. Onlar, bəli dedikdə, “Elə isə dərdlənəcək bir şey yoxdur. Onlara haqsız qazanc təmin edərəm. Lazımsız yerlərə xərclətdirərəm, lazımlı yerə də xərclətmərəm. Onsuz da hər pislik bu üç şeydən əmələ gəlir” dedi.
Dünyalıq üçün nə qədər kədərlənsən, o nisbətdə axirət sevgisi qəlbdən çıxar. Axirət üçün nə qədər qəmlənsən, o nisbətdə dünya sıxıntısı qəlbdən çıxar. Dünyada hər kəs qonaqdır. Yanındakı şeylər əmanətdir. Qonağın getməkdən, əmanətin isə geri alınmaqdan başqa çarəsi yoxdur. Hədisi-şərifdə buyuruldu ki:
“Dünya möminə zindan, kafirə Cənnətdir.” [Müslim]
Möminə dünyanın zindan olması, Cənnətə nisbətlədir. Cənnətdə Möminlər, gözlərin görmədiyi, qulaqların eşitmədiyi, ağla və xəyala gəlməyən böyük nemətlərə qovuşacaqlar. Heç bir sıxıntı görməyəcəklər. Cənnətin sonsuz nemətləri qarşısında dünya həyatı möminlər üçün bir zindan, bir Cəhənnəm əzabı kimi gələcək. Kafirlər üçün Cəhənnəm əzabı o qədər şiddətli olacaq ki, dünyadakı ən şiddətli işkəncə belə onlar üçün çox yüngüldür.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину