Facebook Twitter WhatsApp

Bərabər yaradılmamağın səbəbi

Sual: Bəziləri, “İnsanlar hər cəhətdən bərabər yaradılsaydı, daha yaxşı olmazdı?” deyirlər. Bərabər yaradılmamağın səbəbi nədir?
CAVAB
İnsanın yaradılış qayəsi bilinmədikdə, dünyadakı hadisələrin səbəbi anlaşılmır. Allahü təala dünya və axirəti sevgili qulu və Rəsulu Muhamməd əleyhissalam üçün yaratmışdır. Digər canlı və cansız varlıqları da insan övladının istifadəsi üçün yaratmışdır.
Dünya həzz üçün yaradılmadı. Axirət isə, əbədi mükafat və cəza yeridir. Dünya axirətin imtahan yeridir. Hər kəs hər cəhətdən tən olsaydı, imtahanın mənası qalmaz, yaxşı ilə pis ayrılmazdı. Allahü təalanın əmr və qadağalarını yerinə yetirməklə müxtəlif sıxıntılar çəkiləcək, itaət edənlə, üsyan edən bir-birindən ayrılacaq.
İnsan cansız varlıq kimi, ot və ya heyvan kimi deyil, Allahü təalaya qul olmaq, imtahan üçün yaradılmışdır. İnsan ehtiyacsız yaradılsaydı, imtahan və dünya mənasız olardı. İnsanların, heyvanların və kainatdakı canlı-cansız digər varlıqların hərəkətləri, heyratamiz sistemləri araşdırıldıqda, hər şeyə gücü çatan Rəbbimizin dünyanı məqsədsiz yaratdığı düşünülməz.


Yaradılış qayəsi


Kainatda hər şeyin yaradılış qayəsi eyni deyil. Məsələn, kişiyə nə üçün süd vermədiyi sual edilməz. Çünki kişi süd vermək üçün yaradılmamışdır.
İnsan da bu dünyada yalnız zövqü-səfa sürmək üçün deyil, imtahan üçün yaradılmışdır. İmtahana girən tələbənin oyunla, əyləncə ilə məşğul olmayıb, dərslə məşğul olması, yerinə görə az yatması, imtahandan keçə bilməsi üçün müxtəlif sıxıntılara qatlanması lazımdır. “Məqsəd imtahandan keçmək olduğuna görə, artıq imtahanını vermiş vəziyyətdə yaradılan Peyğəmbərlər nə üçün sıxıntı çəkmişdilər?” demək olar.
İmam Rabbani həzrətləri bunun müxtəlif səbəblərindən bəhs etmişdir. Bunlardan biri budur:
“İnsanlar dünyada bir neçə gün dərd çəkməsəydilər, Cənnətin sonsuz ləzzətlərinin dəyərini anlamazdılar, əbədi səhhət və sağlıq nemətlərinin qədrini bilməzdilər. Aclıq çəkməyən yeməyin ləzzətini anlamaz. Dərd çəkməyən rahatlığın qiymətini bilməz.”
Hər kəs, hər cəhətdən bərabər yaradılsaydı, böyük bir fəlakət olardı, cəmiyyət olmazdı. İnsanlar, boy, rəng, şəkil, zənginlik, səhhət, qüvvət, gözəllik, əxlaq kimi hər xüsusda eyni olarsa, bir fabrikdən çıxmış kimi eyni, yəni insanlar bir-birinin bənzəri olardılar. Eyni olmazsa bərabərlik olmaz. İnsanlar belə bənzər, yəni bir-birbirinin eyni olduqda milyardlarla insanı bir-birindən fərqləndirmək mümkün olmaz. Qadın ərini, ər qadınını tanıya bilməz, insan xanımı ilə qızını ayırd edə bilməz, həyat iflic olardı. Sırf bu şəkil bənzərliyi baxımından, yüzlərlə, minlərlə problem ortaya çıxar. Digər sahədəki bənzərliklər görülmədən, yaşanmadan həyat sönər.


Yaxşı, pis ilə bilinir


Hər kəs bilik və mədəniyyət baxımından da eyni olarsa, qəzetə, kitaba, filmə ehtiyac qalmaz, güləş, qaçış, üzgüçülük kimi idman növləri və yarışlar olmazdı. Çünki, hər kəs eyni qabiliyyətdədir.
Yaxşının qiyməti pislə bilinir. Hər kəs yaxşı olsa, yaxşının qiyməti qalmaz. Çirkinlik olmasa, gözəllik anlaşılmaz.
Bir insan oxuyub hər cəhətdən mükəmməl bir insan olmaq istəyər. Hər kəs eyni olsa, kim-kimdən üstün olacaq?
Hər xüsusda bərabərliyin zərərləri sayılmayacaq qədər çoxdur. Ona görə Allahü təala hər şeyi hikmətli və ədalətli yaratmışdır. Ədalət olduqda işlər düzgün gedir. Məsələn, beş barmağın beşi də eyni olsaydı, baş barmaq digərlərinin arasında olsaydı, indiki qədər məhsuldar iş görmək mümkün olmazdı, böyük əksiklik olardı.
Ədalətli yaradılmaq, bərabər yaradılmaqla müqayisə belə edilməz. Eyni ata-anadan, zəkaları, qabiliyyətləri fərqli uşaqların yaradılması, milyardlarla insanın bir-birinə oxşamaması, Yaradıcının qüdrətinin sonsuzluğunu göstərir.
Əgər hər kəs Allahü təalanın əmrinə tabe olub, haqqına razı olub, imtahandan keçməyə çalışarsa, dünya və axirət səadətinə nail olar.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину