Facebook Twitter WhatsApp

Dünya mübarizə yeridir

Sual: “Dünya mübarizə yeridir, hər şeylə mübarizə aparmaq şərtdir” deyirlər. Həqiqətən də belədirmi?
Cavab: “Dünya mübarizə aparmaq yeridir” sözü doğru bir sözdür. İnsan, yayda şiddətli isti ilə, qışda qarlı havada dondurucu soyuqlar kimi təbiət qüvvələrinə və pis insanların hiylə və iftiralarına qarşı mənəvi silahlarla maddi hücumlarına qarşı mübarizə vəziyyətindədir. Düşmənlə mübarizə aparmaq üçün əvvəlcə düşməni yaxşı tanımaq lazımdır. Yoxsa özümüzü qoruyuruq deyib, dostumuza zərər verə bilərik. İnsanın rahat yaşamağı üçün lazım olan şeylərə Mal və Mülk deyilir. İynədən tutmuş sapa qədər, evə, binaya qədər, hər şey maldır. Allahü təala bəzi insanlara və cəmiyyətlərə, bəzi malları istifadə etmək üçün icazə vermişdir. Bu mallar və uşaqları, qonşuları, qohumları, o insanın faydalandığı şeylərdir. Hər kəs malını Allahü təalanın izn verdiyi qədər istifadə edir. Artığını istifadə etmək və başqasının mülkünü istifadə etmək caiz deyil. Çünki “Mala, mülkə olma məğrur, demə varmı mən kimi. Bir müxalif yel əsər, sovurar xırman kimi!” sözü məşhurdur. Haram yoldan gələn mala, mülkə Dünya deyilir. Dünya, yəni haram və məkruhlar zərərlidir. Bir şeyin faydalı, zərərli olduğu kitablarda fərqli bildirilmişdir. Bunların ən doğrusu, Allahü təalanın bildirdiyidir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину