Facebook Twitter WhatsApp

Xəyal qurmağın babalı

Sual: Çox xəyalpərəst bir nəfər xəyalında sanki bir Supermen olub, hökümətlər qurub-dağıdırmış. Kəramətlər, xariqələr göstərib, zalımları, pisləri cəzalandırır və ya məhv edirmiş, beləcə dünyanı yaşanacaq bir hala gətirirmiş. Belə düşünməyin babalı varmı?
CAVAB
Burada niyyət əhəmiyyətlidir. Məsələn, “Allahü təala hər şeyə gücü çatır, lakin zalımları niyə yox etmir? Niyə pisliklərə izn verir? Hər kəs mələk kimi günahsız olsaydı, bunlar belə yaradılsaydı, yaxşı olardı” mənasında xəyal qurursa, o zaman təqdiri bəyənməmiş sayılır. Allahü təalanın murad etdiyini, Onun qurduğu nizamı bəyənməmək caiz deyil. Diləsəydi hər kəs iman edərdi, pislik edən insanları yaratmazdı. Onun işinə qarışmaq, “Belə olsaydı daha yaxşı olardı” demək çox səhv düşüncədir. Amma belə şeylər düşünmədən, “Bu pislərə kaş bir bəla gələrdi, yox olardılar” kimi şeylər xəyal etmək caizdir. Ən yaxşısı, belə xəyal qurmaqdan uzaq durmağa çalışmalı, “Ya Rəbb, Sənin yaratdıqlarında çox hikmət var” deməli, bizə aid olmayan işlərə qarışmamalı, dünyanı düzəltmək üçün xəyal qurmamalıyıq. Peyğəmbər əfəndimiz də bu məalda, “Dünya, keçiləcək bir körpü kimidir. Bu körpünün təmiri ilə məşğul olmayın, dərhal keçib gedin!” buyurur. (S. Əbədiyyə)
Dünyanın təmir işləriylə məşğul olacaq çox insan var. Biz Müsəlman olaraq axirətimizi xilas etməyə çalışaq.

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину