Facebook Twitter WhatsApp

Ölümdən əvvəlki hər şey dünyadır

Sual: İnsan, müxtəlif şeylərə möhtacdır, bunları əldə etmək üçün çalışır, bunu da hər kəs bilir və edir. Din kitablarında da dünyalıq olanlar pislənmişdir. O zaman insan möhtac olduğu şeylərdən imtina etməlidir?


Cavab: Mövzu haqqında “Mərifətnamə” kitabında qeyd edilir ki:
“Ölümdən əvvəl olan hər şeyə dünya deyilir. Bunlardan, ölümdən sonra faydası olanlar dünyadan sayılmaz, axirətdən sayılırlar. Çünki dünya axirət üçün tarladır. Axirətə yaramayan dünyalıqlar zərərlidir. Haramlar, günahlar və mübahların çoxu belədir. Dünyada olanlar İslamiyyətə uyğun istifadə olunsa, axirətə faydalı olarlar. Həm dünya ləzzətinə, həm də axirət nemətlərinə qovuşarlar. Mal yaxşı da deyil, pis də deyil. Yaxşılıq, pislik onu istifadə edəndədir. O halda, pis olan dünya, Allahü təalanın razı olmadığı, axirəti məhv edən yerlərdə istifadə olunan şeylər deməkdir. Özünü və Rəbbini unudub, ləzzətlərinə, şəhvətlərinə düşkün olanlar, yolda heyvanının bəzəyi ilə, palanı ilə, otu ilə məşğul olub, yoldaşlarından geri qalan yolçuya bənzəyir. Çöldə tənha qalıb, həlak olur. İnsan da, nə üçün yaradıldığını unudub, dünya zinətlərinə aldansa, axirət hazırlığı görməsə, əbədi fəlakətə sürüklənər. Dünya sevgisi axirətə hazırlanmağa mane olur. Çünki, qəlb onu düşünməklə Allahı unudur. Bədən, onu əldə etməyə çalışaraq ibadət edə bilmir. Dünya ilə axirət, şərq ilə qərb kimidir, hansı ki, birinə yaxınlaşan, digərindən uzaq olur. Bir insan ibadətini etməsə və keçimində, qazancında Allahü təalanın əmrlərinə və qadağalarına riayət etməsə dünyaya düşkün olmuş sayılır. Allahü təala hər kəsin qəlbini bundan soyudur. Onu heç kim sevməz.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину