Facebook Twitter WhatsApp

Yuxu görmək

Sual: Yuxu görmək nəyə əlamətdir?
CAVAB
Yuxuda çeşidli hikmətlər vardır. Kimi üçün bir müjdə, kimi üçün bir xəbərdarlıqdır. Qurani-kərimdə yuxu və yozması haqqnda bilgi vardır. Hədisi-şəriflərdə buyuruldu ki:
Gözəl yuxu müjdədir.” [İbn Cərir]

Saleh yuxu rəhmani, qarışıq yuxu şeytanidir.” [Buxari]

“Ən doğru yuxu səhər vaxtı görüləndir.” [Beyhəqı]

“Qiyamət yaxınlaşanda, Müsəlmanın yuxusu əksər vaxtlarda yalan çıxmaz.” [Müslim]

“Sözü doğru olanın, sadiq kimsələrin yuxusu da doğru çıxar.” [Buxari]

“Gündüz görülən yuxular doğru çıxar.” [Hakim]

“Peyğəmbərlik müjdələrindən saleh [yaxşı] yuxudan başqa qalmadı. Mömin yuxunu ya özü görür və ya başqaları onun üçün görür.” [Müslim]

“Saleh yuxu Peyğəmbərliyin 46-da biridir.” [Beyhəqı]

“Yuxuda qadın görmək xeyrə, dəvə qorxuya, süd dinə, yaşıl Cənnətə, gəmi qurtuluşa, xurma ruziyə dəlalət edir.” [Əbu Yala]

Yuxu yozmaq elm işidir, hər kəs yoza bilməz. Hələ dövrümüzdə bu elmi bilən demək olar ki, yoxdur. Yuxularımızı danışmaq istəyəndə, xüsusilə də gözəl olanları saleh insanlara danışmaq lazımdır. Çünki saleh şəxs yuxuyozma elmini bilməsə də, xeyrə yozar, ondan zərər gəlməz. Pis, qarışıq yuxuları heç kimə danışmamaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Pis yuxu görən adam heç kimə danışmasın, şeytandan da Allahü təalaya sığınsın.” [Müslim]

“Pis yuxu görən, oyandıqda sol tərəfinə üç dəfə tüpürüb, şeytanın şərindən Allahü təalaya sığınsın. Belə təqdirdə yuxu ona zərər verməz.” [Müslim]

“Gözəl yuxu görən dərhal Allahü təalaya həmd və şükür etsin! Pis yuxu görən Allahü təalaya sığınsın, yuxusunu heç kimə danışmasın! O zaman yuxunun ona zərəri olmaz.” [Darə Kutni]

“Yuxuda başım kəsildi yozması nədir?” deyə soruşana, Peyğəmbər əfəndimiz buyurdu ki: “Bu şeytanidir. Pis yuxunu danışmayın! Şeytandan Allahü təalaya sığının!” [Müslim]

“Yuxusunda xoşagələn, gözəl şeylər görən, fikri-düşüncəsi düzgün olan saleh bir adama danışsın! O da xeyrə yozsun!” [Beyhəqı]

“Yuxunu yuxuyozma elmini bilən bir dosta və ya ağıllı bir şəxsiyyətə danışılmalıdır!” [İ.Əhməd]

“Yuxu necə yozularsa, o şəkildə çin olar. Ona görə də yuxunuzu nəsih və ya alimə danışın!” [Hakim] [Nəsih, insanlara yaxşılığı tövsiyə edən, pislikdən çəkindirən, nəsihət edən kimsədir.]

Bir qadın gördüyü yuxunu Peyğəmbər əfəndimizə danışıb. “Yanında olmayan birinə [ərinə] qovuşacaqsan” buyurub. Qadın ərinə qovuşub. Başqa bir zaman eyni yuxunu görüb. Başqalarına yozdurub. Onlar da, “ərin öləcək” deyiblər. Dedikləri kimi də olmuşdu.

Ona görə də yuxunu xeyrə yozmaq lazımdır! Yuxu yaxşıdırsa, “xeyirdir inşəallah” deməli, pisdirsə, “Allahü təala bu yuxunun şərindən səni qorusun” demək lazımdır! (Bostan)

Görmədiyi yuxunu gördüm demək çox pis işdir. Çünki hədisi- şərifdə, “Ən böyük yalan, görmədiyi halda, “yuxumda belə gördüm” deməkdir” buyuruldu. (Buxari)

Sual: Ölmüş kafirlər yuxuda görülürmü?
CAVAB
Ölmüş kafirlərin ruhları xəbisdir, yuxuda görülmürlər. Yuxuda görülübsə, o şeytandır. Bir kimsə, “Mən Əbu Ləhəbi, Əbu Cəhili yuxumda gördüm” desə, o gördüyü şeytandır.

Sual: Namaz qılan təsəttürlü bir qadınam. Atam da namaz qılan yaxşı bir insandı. Ailəliklə yaxşı insanlarıq. Atam bu yaxınlarda öldü. Atam ölmədən əvvəl də, indi də yuxularımda bəzən atamla əlaqəyə girirəm. Bunun bir mənası vardırmı? Bilmədiyim bir günahmı işləyirəm?
CAVAB
Yuxuda anamla əlaqəyə girirəm deyən saleh kişilər də var. Bu bir günahdan ötrü deyil. Atanıza dua edirsiz, xeyir-həsənat edirsiniz. Atanıza yaxşılıq etdiyiniz görünür. Anasıyla əlaqəyə girənlər də anasına yaxşılıq edir deməkdir.

Padşahlardan birinin zəngin xanımı yuxuda hacılarla münasibətə girdiyini görür. Şeyxülislama yuxusunu yozmaq üçün cariyəsini göndərir. “Mən münasibətdə oldum” desin deyə cariyəsini tənbehləyir. Şeyxülislam yuxunu dinlədikdən sonra, qalx get burdan, ola bilməz, sən belə yuxu görə bilməzsən deyir. Sultan xanım təkrar cariyəsini göndərir, and iç, belə bir yuxu görüldüyünü söylə deyir. Yenə inanmazsa sultan xanım görüb deyərsən, deyir. Yenə şeyxülislam, qızım sən belə yuxu görə bilməzsən deyir, cariyə məcbur olub, sultan xanım görüb, deyir. Şeyxülislam, bax indi oldu deyir və yuxunu belə yozur: Sultan xanımın hacılara böyük xidmətləri olacaq deyir. Həqiqətən də sultan xanım, Türkiyədən Səudiyyə Ərəbistanına qədər hacılar üçün su kanalları, bulaqlar çəkdirir və böyük çənlərlə su göndərir. Yol boyu hacılar susuz qalmır.
Deməli, siz də atanız üçün Quran oxuyur, dua və s. edirsiniz.

Sual: Yuxu dində sübut sayılırmı?
CAVAB
Xeyr. Yuxu sübut deyildir. Dinimizdə sübut olan dörd dəlil vardır.

Sual: Ramazanda şeytani yuxu görülürmü?
CAVAB
Görülməz. Nəfsani yuxu görülür.

Oyaqkən ələ keçən dəyərlidir
Sual: Bəzi insanlar yuxuda, yuxu aləmində özünü hökmdar və ya yüksək vəzifə sahibi, yaxud böyük din alimi kimi hamını elm öyrənmək üçün ətrafına toplanmış vəziyyətdə görürlər. Belə yuxular doğrudurmu, yoxsa əsli yoxdur?
Cavab:
 Bu mövzuda İmam Rabbani həzrətləri Məktubat kitabında buyurur ki:

“Belə yuxular boş və əsassız deyildir. Bu yuxunu görən şəxsdə vəzifə sahibi, alim olmaq halı və qabiliyyəti var deməkdir. Ancaq, qüvvəsi azdır, aləmi-şəhadətdə hasil olacaq qədər deyildir. Əgər bu hal zamanla qüvvətlənsə, Allahü təalanın lütfü ilə aləmi-şəhadətdə də hasil olar. Əgər aləmi-şəhadətdə hasil olacaq qədər qüvvətlənməsə, aləmi-misalda görünməklə qalacaq. Qüvvəsi miqdarında orada görünəcək. Təsəvvüf yolunun saliklərinin yuxuları da belədir. Özlərini yüksək məqamlarda, Vəlilərin mərtəbələrində görürlər. Bu hal aləmi-şəhadətdə nəsib olarsa, çox böyük nemətdir. Yox əgər, aləmi-misalda görünməklə qalarsa, heç dəyəri yoxdur. Zibil yığanlar, hamballar yuxuda özlərini hakim, paşa görürlər. Halbuki, oyaqkən əllərinə bir şey keçməz. Yuxuları üzülməkdən, peşmanlıqdan başqa bir şeyə yaramaz. O halda, yuxulara güvənməməli, oyaq halda ələ keçənə sevinmək lazımdır.

Buna görə də böyüklərimiz yuxulara əhəmmiyyət verməmiş, tələbənin yuxusunu yozmağı lazım bilməmişlər. Oyaqkən ələ keçənə qiymət vermişlər. Buna görə davamlı görünənlərə əhəmiyyət vermişlər, heç itməyən hüzuru qazanc bilmişlər. Allahü təaladan başqa hər şeyi unutmaq, heç bir şeyi xatırlamamaq onlar üçün daimi idi. Başlanğıcında, nəhayətdə ələ keçənlər toplamışlara bu kəmallar çətin və uzaq deyildir.”

Sual: Yuxuyozma kitabları ilə insan yuxusunu sağlam şəkildə öyrənmək olurmu?
CAVAB
Öyrənmək olmur. Yuxuyozma ilə yuxu anlaşılmır. Yuxu bir çox hala və vəziyyətə görə dəyişir. Bəziləri bunlardır:
1- Eyni yuxu yozuma görə dəyişir.
2- Yaşlı-gənc olmağa görə dəyişir.
3- Zəngin - yoxsul olmağa görə dəyişir.
4- Qadın-kişi olmağa görə dəyişir.
5- Saleh-fasiq və bidət əhli olmağa görə dəyişir.
6- Alim-cahil olmağa görə dəyişir.
7- Gecə, gündüz və səhər vaxtı görməyə görə dəyişir.
8- Dəstəmazlı-dəstəmazsız, cünub olmağa görə dəyişir.
9- Günlərə, aylara, mövsümlərə görə dəyişir.
10- Ac-tox yatmağa görə dəyişir.
11- Xəstə və ya sağlam olmağa görə dəyişir.
12- Evli-subay olmağa görə dəyişir.
13- Amir-məmur olmağa görə dəyişir.
14- Qonaq, yolçu, mukim olmağa görə dəyişir.
15- İnsanın sənətinə görə dəyişir.
Daha başqa səbəblər yuxuya təsir edir. Yuxuyozma kitabları yanıldıcı olur.

Rəsulullahı yuxuda görmək
Sual:
 Yuxuda Peyğəmbər əfəndimizi fərqli şəkillərdə görmək nəyə əlamətdir?

CAVAB
Yuxuda Peyğəmbərimiz Muhamməd əleyhissalamı həqiqi şəkliylə görən mütləq ki, Onu görmüş olur. Çünki şeytan Onun şəklinə girə bilməz. Lakin şeytan başqa şəklə girib görünə bilər. Rəsulullahı tanımayan adamın bunu ayırması asan deyil.

Bəzi alimlər də, “Peyğəmbər əfəndimizi fərqli şəkildə görmək, yenə Onu görmək sayılır. Ancaq bu, o insanın dindəki nöqsanlığına əlamətdir. Peyğəmbər əfəndimizi yuxuda həqiqi şəkliylə görən və mömin olaraq ölən hər kəs Cənnətə gedər” buyurulmuşdur.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Məni yuxuda görən həqiqətən məni görmüşdür. Mən hər surətdə görünürəm.” [Deyləmi]

“Məni yuxuda görən həqiqətən məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə bilməz.” [Hatib]

“Məni yuxuda görən oyaqkən görmüş kimidir.” [İbn Macə]

“Məni yuxuda görən Cəhənnəmə girməz.” [İbn Əsakir]

Qeyd: Rəsulullah əfəndimizi yuxuda görməklə bağlı geniş məlumat, Peyğəmbər Əfəndimiz maddəsində var.

Övliyanı yuxuda görmək
Sual: 
Şeytan yuxuda Rəsulullahın şəklinə girə bilmədiyi kimi, Əshabı-kiramın və övliyanın şəklinə də girə bilməz?

CAVAB
Bəli, girə bilməz. Bir hədisi-şərif məalı belədir:
“Yuxuda məni görən, mütləq ki, məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə bilməz. Əbu Bəkri də yuxuda görən, əlbəttə ki, onu görmüşdür. Çünki şeytan Əbu Bəkrin şəklinə də girə bilməz.” [Hatib]

Şafii alimlərindən Əllamə Ceyli həzrətləri, “Şeytan, Rəsulullahın şəklinə girə bilmədiyi kimi, Onun varisi olan böyük vəli şəxsiyyətlərin şəklinə də girə bilməz” buyurdu. (Buxari şərhi)

Övliya şəxsiyyətlərin şəklinə girə bilmədikdə onlardan çox daha üstün olan Əshabı-kiramın şəklinə əsla girə bilməz.
 
Görülməyən yuxu
Sual:
 Görülməyən yuxunu gördüm deyərək danışmaq caizdirmi?

CAVAB
Xeyr, caiz deyildir. Bir hədisi-şərifdə, “Ən böyük yalan, görmədiyi halda, “yuxumda belə gördüm” deməkdir” buyuruldu. (Buxari)

Yalan söyləməyin caiz olduğu yerlərdə belə yuxu danışmaq caizdir. Məsələn, iki insanı barışdırmağa yarayacaqsa, o kimsənin günah işləməsinə mane olacaqsa, yaxud namaz qılmasına səbəb olacaqsa, bunlar kimi səbəblərlə, görmədiyi halda gördüm deyə yuxu danışmaq caizdir.

Fasiqlərin yuxusu
Sual: Salehlə fasiq kimsənin gördüyü yuxuların doğruluqları baxımından aralarında fərq vardırmı?
CAVAB
Günah işləyənlərin yuxuları çox vaxt yanlış olur. Batinləri zülmətli olduğuna görə çox yanılırlar. Salehlərin yuxuları isə əksər hallarda doğru olur.

Kafir yuxuda görülmür
Sual:
 “Kafirlər yuxuda görülməzlər. Bir kimsə, Əbu Ləhəbi yuxumda gördüm desə, o gördüyü şeytandır” deyilir. Halbuki Əbu Ləhəbin yuxuda görülüb halının soruşulduğu kitablarda da yazılıb. Bunu necə izah etmək olar?

CAVAB
Cəhənnəmdə kafirlərin əzablarının heç yüngülləşməyəcəyi ayəti-kərimələrlə bildirilir. Ancaq Cəhənnəm xalqının əzabının durdurulduğu anlar olur. Məsələn, cümə günləri və Mövlud günündə əzab edilmir. Bu ayrı bir şeydir. Əbu Ləhəb Rəsulullah əfəndimizin dünyaya gəlməsini müjdələyən cariyəsini sevincindən azad etdiyi üçün hər il o gecə əzabı yüngülləşir. Bunlar kafirlərin əzabının yüngülləşdiyini göstərməz. Hətta bu yüngül əzabı görərək, “İman etsəydim, heç əzab görməzdim” deyərək, bu hadisənin ona hər il xatırladılması, peşmanlığını, əzabını artırır.

Kafir yuxuda görülməz, amma istisna olaraq görülə bilər. Əbu Ləhəbin yuxuda görülüb vəziyyətini bildirməsi, yaşayanlar üçün ibrətlik bir hadisədir. Yuxunu görənə xəbərdarlıq cəhətdən də əhəmiyyətlidir. İstisnalar ümumi qaydanı pozmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину