Facebook Twitter WhatsApp

Maliki məzhəbini təqlidlə bağlı sual-cavablar

Sual: Hənəfiyə uyğun qaplama məsh, Malikiyə də uyğundurmu?
CAVAB
Bəli.

Sual: Malikidə, qadın da, kişi kimi qaplama məsh etməlidir?
CAVAB
Bəli.

Sual: Malikini təqlid edən qadın qaplama məshdə, açıq saçlarını məsh etməlidir?
CAVAB
Bəli.

Sual: Malikini təqlid edən bir xanımam. Saçlarım uzundur, necə məsh etməliyəm?
CAVAB
İki əlinizi başınızın yanlarından aşağı doğru çəkərkən başı keçdikdən sonra saçlarınızı tutub aşağı doğru çəksəniz məsh tamam olacaq. Saçlarınız ayaqlarınıza qədər uzun olsa da fərqi yoxdur. Əsas olan su ilə islanması deyil, əlin dəyməsidir. Yaş əllə dəymək kifayətdir.

Sual: Maliki məzhəbini təqlid edirəm. Dəstəmazsız olanda bir yerimiz kəsilsə və daha sonra dəstəmaz aldığımızda kəsilən yerdən çıxan qan və sarı su dəstəmazı pozurmı?
CAVAB
Pozmaz.

Sual: Namaz üçün dəstəmaz aldıqdan sonra yaş ayaqla xalçaya bassaq, daha sonra eyni yerə corabla bassaq, corab islansa, corabdakı bu yaşlıq nəcasət sayılırmı?
CAVAB
Hənəfidə də, Malikidə də nəcis sayılmır.

Sual: Malikini təqlid edirəm. Körpəmin bezini dəyişdirərkən, körpənin övrət yerlərinə toxunduqda, dəstəmazım pozulurmu?
CAVAB
Malikidə pozulmaz. Şafiidə pozulur.

Sual: Malikidə qadınlarla əllə salamlaşdıqda dəstəmazım pozulurmu?
CAVAB
Şəhvət duyulmazsa pozulmaz, şəhvətlənsəniz pozular.

Sual: Babasilim var. Qanaxma olur, alt paltarım çirklənir. Dəstəmazlı qalmağın bir asan yolu yoxdurmu?
CAVAB
Asan yolu var. Maliki məzhəbini bu mövzuda təqlid etsəniz, babasildən axan qan, dəstəmazı pozmadığı kimi, nəcis də sayılmaz. Yəni namaz içində qan gəlsə, həm dəstəmazınız pozulmaz, həm də paltarı kirlədən qan, nəcis sayılmadığı üçün o vəziyyətdə namaz qıla bilərsiniz.

Sual: Bir üzrdən ötrü Malikini təqlid edirəm. Babasil, yara, göbələk kimi problemlərim də var. Üstüm-başım qanlı və irinli vəziyyətdə namaz qıla bilərəm?
CAVAB
Asanlıqla təmizləmək imkanı varsa, namaza mane olacaq qədər nəcasət miqdarı varsa, namaz səhih olmaz. Çünki Hənəfi məzhəbindən çıxmamısınız. Əgər çirklənən paltarımızı asanlıqla dəyişdirmə imkanı yoxdursa, o zaman Malikiyə görə qılmaq caiz olar.

Sual: Bir axıntıya görə Malikini təqlid edirəm. Malikidə ağzın içini yumaq fərz deyil deyə, qüsldə ağzın içi yuyulmasa bir zərəri olarmı?
CAVAB
Bəli, qüsl səhih olmaz, çünki Hənəfidən çıxmadığımız üçün ağzın içini yumaq fərzdir.

Sual: Şafii məzhəbində olan bir yoldaş babasil probleminə görə Malikini təqlid etmək istəyir. Necə etməlidir?
CAVAB
Eynilə Hənəfilərin etdiyi kimi təqlid etməlidir.

Sual: Şafi məzhəbində sübh namazında Qunut duası oxunur. Maliki məzhəbini təqlid edən Şafii də oxumalıdırmı?
CAVAB
Əlbəttə oxumalıdır, çünki öz məzhəbindən çıxmayıb.

Sual: Bəzən imamlıq edirəm. Diş dolğusuna və xəstəliyə görə Malikini təqlid edirəm. Camaatda hər məzhəbdən insan olsa da, onlara imam olmağım caizdirmi?
CAVAB
Bəli.

Sual: Hər hansı bir axıntı, məsələn, qadınların axıntısı, Malikini təqlid edənin dəstəmazını pozurmı? Bezdəki axıntı bulaşığı ilə namaz qılmaq caiz olarmı?
CAVAB
Axıntı Malikini təqlid edənin dəstəmazını pozmaz. Bez çirklənsə də namaza mane olmaz. Amma namaza durarkən çıxarıb təmizini qoymaq daha yaxşı olar.

Sual: Maliki məzhəbini təqlid edirik. Malikidəki fərzlərə uymalıyıq. Namazda salam vermək Malikidə fərzdir. Səcdəyi-səhv edərkən salam verdikdə namaz bitmir? Yəni salam vermədənmi səcdəyi-səhv etməliyik?
CAVAB
Salam verərkən namazdan çıxmağa niyyət edilir. Səcdəyi- səhv edərkən namazdan çıxmağa niyyət edilmiş olmaz. Ona görə səcdəyi-səhv edərkən bir tərəfə də, hətta iki tərəfə də salam verilsə bir zərəri olmaz.

Sual: Şafii, bazarda dəstəmaz pozulmasın deyə, Hənəfini təqlid edib qadına toxunubsa, namaz qılarkən Hənəfinin şərtlərinə uymalıdırmı?
CAVAB
Əlbəttə uymalıdır.

Sual: Maliki məzhəbini təqlid edən Hənəfi, zammı-surələrdə bəsmələ çəkməlidirmi?
CAVAB
Çəkməyin zərəri olmaz.

Sual: Dəstəmazda Malikiyə görə başdakı saçı hilallamaq lazımdırmı?
CAVAB
Dəstəmazda hilallamaq lazım deyil, sadəcə məsh etmək lazımdır.

Sual: Malikidə muvalat üçün üzvləri ardıcıllıqla tez-tez yumaqla yanaşı, həm də bir üzvü surətlə yumaq lazımdır?
CAVAB
Hər zamankı kimi normal almaq lazımdır, sürətlə yumaq kimi şərti yoxdur. Dəstəmaz alarkən başqa işlə məşğul olmamaq şərti var.

Sual: Şafii və Malikidə əl ayasına barmaqların araları daxildirmi?
CAVAB
Daxil deyildir.

Sual: Elektrikli üzqırxan ilə saqqal təraşı olmaq, Malikidə dəstəmazı pozurmu?
CAVAB
Jilet kimi, ülgüc kimidir. Bir qövlə görə pozur.

Sual: Muvalatın tərifi necədir?
CAVAB
Muvalat başqa işlə məşğul olmadan dəstəmazla məşğul olmaqdır.

Sual: Maliki məzhəbini təqlid edən bir qadın, qulağındakı sırğaları çıxarmadan, oynadaraq aldığı qüsl caiz olurmu?
CAVAB
Əlbəttə olur. Sırğa olmasa da zərəri yoxdur. Qadınlar bunu bilmir, yəni sırğa olmasa da, deşik bağlansa və ya bağlanmasa da əli dəydirmək kifayətdir.

Sual: Qadın, axıntısına görə Malikini təqlid etməlidirmi?
CAVAB
Bəli.

Sual: Malikiyə görə qüsl alarkən ön övrət yerinə əl vurduqda dəstəmaz pozulur. Dəstəmaz pozulduqda qüslə yenidənmi başlamaq lazımdır?
CAVAB
Hənəfidə də, Malikidə də qüsul alarkən hər hansı bir şəkildə dəstəmaz pozulduqda yenidən başlamaq lazım deyil. Dəstəmaz pozulduqda, tək o qüsulla namaz qılınmaz. Dəstəmaz pozulduğuna görə namaz qıla bilmək üçün yenidən dəstəmaz almaq lazımdır. Malikini təqlid edən, qüsula başlayarkən əvvəlcə iki ədəb yerini yumalıdır. Sonra namaz dəstəmazı alıb qüsl etməlidir. O qüsulla namazını qıla bilər.

Sual: Mukim ikən, iki namazı cəm etmək lazım olduğu zaman, Maliki məzhəbini təqlid edən kimsə, Hənbəliyə görə necə niyyət etməlidir?
CAVAB
Hər iki məzhəbə uyduğuna niyyət etməlidir. Məsələn, zöhr ilə əsri, zöhrün vaxtında cəm edəndə, zöhrü qılarkən “Zöhrü əsrlə zöhrün vaxtında cəm etməyə, Hənbəli və Maliki məzhəbinə uymağa” deyə niyyət etmək lazımdır.

Əsri qılarkən də, “Əsri zöhrlə, zöhrün vaxtında cəm etməyə, Hənbəli və Maliki məzhəbinə uymağa” deyə niyyət etmək lazımdır.

Əsrin vaxtında zöhrü qılarkən, “Zöhrü əsrlə, əsrin vaxtında cəm etməyə, Hənbəli və Maliki məzhəbinə uymağa” deyə niyyət etmək lazımdır.

Əsri əsrin vaxtında qılarkən də, “Əsri, zöhrlə əsrin vaxtında cəm etməyə, Hənbəli və Maliki məzhəbinə uymağa” deyə niyyət etmək lazımdır.

Axşamla işanı cəm edərkən də həmçinin, axşam və işa deyilərək eyni şəkildə niyyət etmək lazımdır.

Sual: Malikidə, kişinin əlinin harası harasına dəysə dəstəmazı pozular?
CAVAB
Ön ədəb yerinə, ovuc və barmaqların içi ilə çılpaq vəziyyətdə toxunan kişinin dəstəmazı pozulur.

Sual: Malikini təqlid edən Hənəfi bir qadının, dəstəmazda başını məsh edərkən, hörüyü açması və saçındakı sancağı, ya rezini çıxarması lazımdırmı?
CAVAB
Malikidə başın hər tərəfini məsh etmək lazım olduğu üçün saç sancağını və ya rezini çıxarmaq lazımdır, amma hörüyünü açmağa ehtiyac yoxdur.

Sual: Diş dolğusu səbəbilə Maliki məzhəbini təqlid edirəm. Dəstəmazda başın hər tərəfini məsh etdikdə, olan xəstəliyim şiddətlənir, ağrıya da səbəb olur. Bunun bir çarəsi yoxdurmu?
CAVAB
Dolğuya görə, Şafii məzhəbi təqlid edilsə, Malikidə olduğu kimi, başın hər tərəfini məsh etmək lazım olmaz. Bir barmaqla toxunmaq, məsh üçün kifayətdir, lakin Hənəfidən çıxılmadığı üçün dörddə birini məsh etmək lazımdır.

Malikidə dəstəmazda niyyətin vaxtı
Sual:
 Malikidə, dəstəmazda niyyətin ilk və son vaxtı nə zamandır?

CAVAB
Tam Elmihalda “Dəstəmaza başlayarkən və ya üzü yuyarkən niyyət etmək fərzdir” buyurulur. Yaddan çıxarsa, nə zaman xatırlansa o zaman niyyət etmək olar və dəstəmaz səhih olar. Qüsldə də belədir, yəni qüslə başlayarkən niyyət etməyi unudan, qüsldən sonra nə zaman xatırlasa, bir saat sonra və ya bir gün, yaxud bir ay sonra xatırlasa, xatırladığı zaman niyyət edərsə niyyəti səhih olar.

Malikidə vitr
Sual:
 Maliki məzhəbində, qəza borcu olanın sünnət qılması haramdır. Malikidə vitir namazı vacib deyil sünnət olduğu üçün Malikini təqlid edən Hənəfinin, vitr yerinə də qəza qılması lazımdır?

CAVAB
Xeyr. Hənəfidə vitr vacibdir. Malikini təqlid edən, vitr namazını da vacib niyyətilə qılmalıdır. Başqa bir məzhəbi təqlid edən, öz məzhəbindən çıxmış sayılmır. Öz məzhəbinin hər şeyinə, təqlid etdiyi məzhəbin isə sadəcə fərzlərinə və müfsidlərinə, yəni ibadəti pozan xüsuslarına uymalıdır.

Sual: Dişimdə dolğu olduğu üçün Maliki məzhəbini təqlid edirdim. İndi dolğumu çəkdirdim. Maliki məzhəbini təqlid etməliyəm?
CAVAB
Artıq ehtiyac yoxdur. Dolğu çıxdı, təqlid də bitdi.

Bunun kimi, cünub olma ehtimalı olmayan yaşlı bir dul qadın, diş dolğusu etdirsə, Maliki məzhəbini təqlid etməsinə ehtiyac yoxdur. Həddi büluğa çatmamış uşaqların da təqlid etməsinə ehtiyac yoxdur. Amma öyrəşmələri üçün təqlid etmələrində bir zərər yoxdur. Çünki diş dolğusu olmasa da, hər zaman, imkan daxilində dörd məzhəbin şərtlərinə də uymağa çalışmaq yaxşı olar. Öz məzhəbində məkruh olmayan bir şey, başqa məzhəbdə fərzdirsə, bunu etmək də müstəhəbdir.

Malikidə dəstəmaz alarkən, niyyət, üzvlərini ovmaq, ardıcıl yumaq, başın hər tərəfini məsh etmək fərzdir. Şafiidə isə sıra ilə yumaq da fərzdir. Hənbəlidə Bəsmələ çəkmək də fərzdir.

Bunlar tətbiq olunarsa, dörd məzhəbə uyğun dəstəmaz alınmış olar.

Məzhəb təqlidinin lüzumu
Sual: Diş dolğusu olan, Maliki məzhəbini təqlid edərək qüsl etdikdə, qüslü səhih olduğuna görə, bu səhih qüsllə dəstəmaz alıb namaz qıla bilməzmi? Niyə dəstəmazda və namazda da təqlid etmək lazımdır?
CAVAB
Qüsl, dəstəmaz və namaz, bir-birinə bağlıdır. Bunlardan biri olmasa, namaz səhih olmaz.

Əgər dəstəmazda Malikinin fərz və müfsidlərinə uyulmamışsa, təkcə Hənəfiyə uyulmuşsa, belə dəstəmazla qılınan namaz, Malikiyə görə də, Hənəfiyə görə də səhih olmaz. Malikiyə görə dəstəmaz yoxdur, Hənəfiyə görə də qüsl yoxdur. Bir məzhəbə görə, üçü də səhih olmalıdır.

Din kitablarımızda da bu xüsus belə qeyd edilmişdir:
1– Bir işi bir məzhəbə görə edərkən, bu məzhəbin, bu işin səhih olması üçün qoyduğu şərtlərinin hamısına əməl etmək lazımdır. Bunlardan birinə əməl olunmazsa, bu iş səhih olmaz. (Xülasatüt-təhqiq)

2– 
Bir işi bir məzhəbə görə edərkən, başqa bir məzhəbi də təqlid etmək lazımdırsa, iki məzhəbdə də batil olacaq bir şey etməmək şərtdir. Dəstəmazda, Şafii məzhəbini təqlid edərək, üzvlərini ovmayan kimsə, qadına əli dəydikdə, Malikiyə görə dəstəmaz pozulmaz deyərək namaz qılsa, bu namazı batil olar, çünki qadına toxunduğu üçün Şafiiyə görə, üzvlərini ovmadığı üçün də Malikiyə görə dəstəmazı səhih deyildir. (Tahrir)

3– 
Bir iş üçün başqa məzhəb təqlid edildiyi zaman, o məzhəbin bu iş üçün qoyduğu şərtlərin hamısına əməl etmək lazımdır. Bu şərtlərdən biri əksik olsa, ibadət səhih olmaz, çünki çətinlik olduqda, məzhəblərin rahat olanlarını etmək, zərurət olmadıqca, ancaq bütün şərtləri yerinə yetirməklə caiz olar. (Mizanül-kübra)


Malikidə təyəmmüm
Sual:
 Dəstəmaz üçün təyəmmüm edərkən, ağıza və buruna su vermək lazım olduğuna görə, Malikini təqlid edən, dəstəmaz üçün təyəmmüm edərkən, Malikini təqlid etməlidirmi?

CAVAB
Bəli, etməlidir. Dəstəmazda da, ağıza və buruna su vermək, fərz deyil sünnətdir, lakin dəstəmazın səhih olması qüslə bağlıdır. Qüslü səhih olmayanın, dəstəmazı da səhih olmaz. Buna görə, qüsldə təqlid edənin, dəstəmazda da, təyəmmümdə də Malikini təqlid etməsi lazımdır. Onsuz da Malikidə, təyəmmüm üçün çox fərqli bir şey də yoxdur. Malikidə sadəcə, namaz vaxtı çıxdıqda təyəmmüm pozulur, hər namaz vaxtında təyəmmüm etmək şərtdir. Vaxt girmədən edilən təyəmmüm, Malikidə səhih olmaz.

Sual: Malikini təqlid edirəm. Namaz üçün dəstəmaz almadan, övrət yerimi yuyub Malikiyə uyğun qüsl etsəm, səhih olarmı və o qüsl ilə namaz qıla bilərəmmi?
CAVAB
Bəli, namaz qıla bilərsiniz. Əvvəlcə övrət yerini yumaq qüslə də, dəstəmaza da maneə deyildir. Övrət yeri yuyulduqdan sonra bədən yuyulduğu üçün, o qüsl ilə namaz qılınır. Maliki təqlid edildiyinə görə, onsuz da bədən dəlk edilərək yuyulur. Həmçinin dəstəmazda da yuyulur, fərqli bir şey yoxdur. Dəstəmaz alınmazsa, sünnətə uyğun qüsl edilməmiş olsa da, o qüsllə yenə namaz qılmaq olar.

Sual: Malikidə, üzümüzdəki favorit bölgədəki tüklər saçdan sayıldığı üçün məsh etmək lazımdır. Hənəfidə isə üzdən sayılmadığı üçün yuyulur. Yumaq məsh yerinə keçirmi? Malikidə tərtib fərzdirmi?
CAVAB
Bəli, yumaq məsh yerinə keçir. Yuyulsa artıq məsh etmək lazım deyil. Malikidə tərtib, yəni sıra ilə yumaq fərz deyildir. Şafii məzhəbində fərzdir.

Malikidə dəstəmazın pozulması
Sual: 
Malikidə qarşı cinsə şəhvətlə toxunduqda dəstəmaz pozulur deyilir. Əgər şəhvətsiz toxunulsa, şəhvət hasil olsa, yenə dəstəmaz pozulur? Bir tərəf şəhvətlənsə, digər tərəf şəhvətlənməsə, ikisinin də dəstəmazı pozulur?

CAVAB
Ləzzət qəsdilə toxunsa, ləzzət hasil olmasa, yenə dəstəmazı pozulur. Ləzzət qəsd etmədən toxunulsa, ləzzət hasil olsa, yenə dəstəmaz pozular.

Qarşı tərəfın niyyətini və vəziyyətini bilə bilmərik. Bizi, bizim dəstəmazımız maraqlandırır. Şəhvətlə toxunmuşuqsa və ya şəhvətsiz toxunub şəhvətlənmişiksə dəstəmazımız pozulur.

Şəhvətlə toxunmaq
Sual:
 Malikidə qarşı cinsə şəhvətlə toxunduqda dəstəmaz pozulur. İkisindən biri şəhvət duymasa, onun dəstəmazı da pozulurmu?

CAVAB
Şəhvət duymayan tərəfin dəstəmazı pozulmur. Hansı tərəf şəhvətlənibsə, sadəcə onun dəstəmazı pozulur. (Məzahibil-ərbəə)

Səmavi üzrlünün dəstəmazı
Sual:
 Babasil, çiban, yara və ya hər hansı bir axıntısı olanın dəstəmazı, Malikidə vaxt çıxdıqdamı pozulur?

CAVAB
Xeyr, vaxt çıxmaqla və ya yeni bir vaxt girməklə dəstəmaz pozulmaz. Dəstəmazı pozan başqa bir şey olmasa, səhər alınan dəstəmazla yatsını da qılmaq olar.

Namazı ötürməmək üçün
Sual: 
Malikini təqlid edənin, dəstəmazlı ikən əlini bıçaq kəssə, dəstəmazı pozulmazmı?

CAVAB
Vaxt dardırsa, namaz vaxtını ötürməmək üçün o dəstəmazla namaz qılmaq caiz olar.

Qaşların altını yumaq
Sual: Qaşlarım qalın və gurdur. Malikini də təqlid edirəm. Qüsldə, qaşları da barmaqlarımla dəlk etməli və ya daraqla daramalıyam?
CAVAB
Bəli, belə etməlisiniz.

Məzhəb təqlid edərkən
Sual:
 Malikidə qüsldə ağzın içini yumaq fərz olmadığına görə, diş dolğusu səbəbilə Malikini təqlid edən, qüsldə ağzını yumasa bir zərəri varmı?

CAVAB
Əlbəttə zərəri var, çünki bir mövzuda başqa bir məzhəbi də təqlid edən, öz məzhəbindən çıxmış sayılmır. Hənəfi məzhəbindən çıxmadığı üçün ağzı yumaq lazımdır.

Malikidə qüsl edərkən
Sual: Malikini təqlid edən bir kişi, hamama girib niyyət etdikdən sonra övrət yerlərini yusa, sonra dəstəmaz alıb qüsl alsa, o dəstəmazla namaz qıla bilərmi?
CAVAB
Əlbəttə qıla bilər. Vəsvəsəli insanlar, niyyət etdikdən sonra övrət yerimizə tokunduğumuz üçün o dəstəmazla namaz qılmaq olmaz zənn edirlər. Niyyət etməklə dəstəmaz alınmış olmaz. Niyyətdən sonra dəstəmaz da alırsa, o zaman dəstəmaz almış sayılır. Niyyət edib övrət yerinə toxunduqda, olmayan dəstəmaz necə pozula bilər ki? Dəstəmaz aldıqdan sonra, kişi ön övrət yerinə toxunsa, o zaman dəstəmaz pozulur. Niyyət etdikdən sonra toxunmaqla pozulmaz.

Lif və muvalat
Sual: 
Qüsl alarkən çirki çıxarmaq üçün sabunlanaraq liflə yuyunmaq muvalata maneədirmi?

CAVAB
Muvalat, Hənəfidə sünnət, Malikidə fərzdir. Muvalat nədir?
Muvalat, hər üzvü, bir-birinin arxasınca ara vermədən, başqa işlə məşğul olmadan tez-tez yumaqdır. Digər bir ifadə ilə, normal şərtlər altında, bir əvvəlki yuyulmuş üzvə quruyacaq qədər ara verməməkdir. Üzv qurumasa da, çox ara vermək muvalata maneədir.

Çox qısa zamanda görülən bir iş, muvalata əngəl deyil. Məsələn, dəstəmaz alarkən qapıdan biri girsə, dönüb gələnin kim olduğuna baxılsa, muvalata mane olmaz. Krandan su kəsilsə, tasdakı suyu götürmək və ya dərhal bitişik otaqdakı krana gedib, o krandan dəstəmaz almaq, muvalatı əngəlləməz. Buna görə də corabı dəstəmazdan sonra geyinmək lazımdır. Ancaq dəstəmaz alarkən corabın birini və ya ikisini çıxarmaq muvalata mane olmaz. Çünki nəticədə dəstəmaza aid iş görülür. Corabı geyinmək kimi dəstəmazdan ayrı iş görülmür.

Üzvlərin quruyub-qurumaması mütləq ölçü deyildir. Çünki isti və küləkli havada, üzvlər tez quruya bilər. Yaxud soyuq və küləksiz bir yerdə, üzvlər gec quruya bilər. Üzvlər qurumadı deyə, başqa bir iş görmək muvalata mane olur. Hərarətli bədəndə, üzv tez quruya bilər. Deməli, quruyub-qurumaması dəqiq ölçü deyildir. Quruyacaq qədər yumağa ara vermək muvalata maneədir.

İbni Abidin həzrətləri də, Hənəfiyə görə muvalatı izah edərkən, “Torpaqla təyəmmüm edərkən də, su ilə yumaq olmadığı halda, normal şərtlərdə bir üzv quruyacaq qədər ara vermək muvalata maneədir” buyurur.
Bir kimsə, hamama girib, əvvəlcə qüsl etsə, sonra çirki yumaq üçün sabunlanaraq yuyunsa muvalata mane olmaz. Yaxud əvvəlcə çirklərini təmizləyib, sonra qüsl etməsi də yenə muvalata mane olmaz.

Lifi sabunlayıb bir üzvü yuyarkən, iki üzvü yumaq arasında bir üzvün quruyacağı qədər uzun bir zaman keçsə, liflənmək muvalata mane olacaq. Çirk çıxarmaq üçün sabunla yuyunmaq qüslə aid olmayan bir işdir. Əvvəlcə qüsl alıb, sonra sabunla, liflə, kisəylə yuyunmağın zərəri olmaz.

Malikidə qüsl edərkən
Sual: Malikini təqlid edən bir kişi, hamama girib niyyət etdikdən sonra, övrət yerlərini yuduqdan sonra dəstəmaz alıb qüsl etsə, niyyətdən sonra aldığı bu dəstəmazla namaz qıla bilərmi?
CAVAB
Əlbəttə qıla bilər. Normal qüsl də belə olmalıdır. Niyyət etməklə dəstəmaz alınmış olmaz. Niyyət edib, övrət yerini yuduqda, dəstəmazsız olduğu üçün dəstəmaz pozulmuş olmaz. Dəstəmaz aldıqdan sonra, kişi ön övrət yerinə toxunarsa, o zaman namaz dəstəmazı pozulur. Övrət yerini yuyub dəstəmaz aldıqdan sonra da artıq toxunmağa ehtiyac yoxdur. Unudaraq toxunsa, o zaman namaz dəstəmazı pozular, amma qüslü yenə səhihdir.

Torpağa səcdə
Sual: “Malikidə torpaq cinsindən bir şeyin üzərinə səcdə etmək fərzdir. Buna görə Malikini təqlid edən Hənəfinin də xalı və ya səccadə üzərinə səcdə etməsi səhih olmaz” deyirlər. Doğrudurmu?
CAVAB
Xeyr. Malikidə xalı, heyvan dərisi kimi yer cinsindən olmayan bir şey üzərinə səcdə etmək məkruhdur. Malikini təqlid edən Hənəfi, Malikinin sadəcə fərz və müfsidlərinə uymalıdır. Sünnət və məkruhlarda öz məzhəbinə tabe olduğu üçün Malikini təqlid edən Hənəfinin yun xalı üzərində namaz qılması məkruh deyildir.

Sidik və məzini saxlaya bilməmək
Sual: 
Əldə olmadan sidik saxlaya bilməmək, Malikini təqlid edənin dəstəmazını pozmur. Kişilər ayaq yolundan çıxandaa istibra etməsələr, əldə olmadan sidik çıxa bilər və həmçinin, əldə olmadan məzi də gələ bilər. Bunlar niyə dəstəmazı pozur?

CAVAB
Malikidə, dəstəmazı pozan şeylər, xəstəlik səbəbilə çıxsalar dəstəmazı pozmaz. Məsələn, soyuqdan və ya xəstəlikdən məzi sızarsa dəstəmaz pozulmaz. Şəhvətlə sızarsa pozular. (S. Əbədiyyə)

Prostat xəstəsinin özündən asılı olmadan sidik saxlaya bilməməsi, yeni ayaq yolundan çıxıb istibra etməyənin sidik saxlaya bilməməsindən fərqlidir. Birincisi xəstəliyə görə, digəri isə istibra etmədiyi üçün sidik saxlaya bilmir. Yəni istibra etməyənin sidik saxlaya bilməməsi, xəstəlik səbəbilə  deyildir. Buna görə dəstəmazı pozur. Məzi də bir xəstəliyə görə gəlirsə, yaxud əldə olmadan sidik və ya qaz saxlamaq olmursa, Malikidə dəstəmaz pozulmaz. Amma düşünməklə, sürtünməklə məzi gəlirsə dəstəmaz pozulur.

Malikidə səcdəi-səhv
Sual:
 “Malikini təqlid edən Hənəfi, səcdəyi-səhv edərkən salam versə, namazdan çıxacağı üçün namazı pozulur” deyirlər. Bu doğrudurmu?

CAVAB
Doğru deyildir. Malikidə son oturuşda bir tərəfə salam vermək fərzdir. Yoxsa digər rükətlərdə səhvən salam verdikdə, yaxud səcdəyi-səhv üçün salam verdikdə, namazdan çıxılmış sayılmaz. Səcdəyi-səhv edərkən namazdan çıxmağa niyyət etmirik. Salam verib namaza davam edirik. Bu cəhətdən səcdəyi-səhv üçün salam vermək namazı pozmaz.

Malikidə saqqal təraşı
Sual: Malikini təqlid edən, ülgüclə, jiletlə və ya üzqırxan maşınla saqqal təraşı etsə dəstəmazı pozulurmu? S. Əbədiyyədə, Maliki məzhəbi üçün, “Saqqal təraşının dəstəmazı pozması ixtilaflıdır” deyə qeyd olunur. İxtilaflı nə deməkdir?
CAVAB
Bu o deməkdir ki, “Saqqal təraşı etmək dəstəmazı pozar deyən müctəhid alimlər olduğu kimi, pozmaz deyən alimlər də var”. Ehtiyatı əldən verməmək, yəni vaxt imkan verirsə təraşdan sonra dəstəmaz almaq yaxşı olar. Ülgüc və ya üzqırxan maşın fərqi yoxdur.

Malikiyə niyyət
Sual: Diş dolğusuna görə Malikini təqlid edən kimsənin səmavi üzrləri olsa, məsələn, sidik və qaz saxlaya bilməsə, yarasından, çibanından, babasilindən qan axsa, bunlar üçün də Malikini təqlid edə bilərmi? Hamısı üçün ayrı-ayrı niyyət etmək lazımdır? Sadəcə, “Malikini təqlid edirəm” deyə niyyət etmək kafidirmi?
CAVAB
Bəli, kafidir. Bu xüsusu da mərhum xocamızdan soruşmuşduq. Belə birdən çox üzr üçün də Malikini təqlid edə biləcəyimizi və tək niyyətin kifayət olacağını bildirmişdilər. Məsələn, diş dolğusu üçün təqlid edənin yarasından qan axırsa, Malikidə üzr sahibi olub, təkrar dəstəmaz alması lazım deyil. Diş dolğusu olsun və ya olmasın bir neçə üzrlü səbəbi olanın, hamısı üçün “Malikini təqlid edirəm” deyə niyyət etməsi kifayət edir. Hər üzr üçün ayrı-ayrı niyyətə ehtiyac yoxdur.


Təqlidə davam etmək
Sual:
 Diş dolğusu səbəbilə Malikini təqlid edənin, hansı hallarda artıq təqlid etməsi lazım deyil?

CAVAB
Təqlidə davam etməyi lazım edən hallar:
1-
 Diş dolğusu olduğu müddətdə təqlidə davam edilməlidir.


2- Yaşlı dul qadın, artıq heç vaxt cünub olmasa da, dişində dolğu varsa, son qüslü Hənəfiyə uyğun olmadığı üçün yenə təqlidə davam etməlidir.

Təqlidi saxlamağı lazım edən hallar:
1-
 Dolğuları düşən, qüsl etsə və ya təkcə ağzını yusa, Hənəfiyə görə qüslü səhih olduğu üçün təqlidə davam etməməlidir.


2- Çox yaşlı kişi və ya dul qadın, dolğu qoydursalar belə, əgər heç vaxt cünub olmasalar, artıq bunların təqlidə davam etmələrinə ehtiyac yoxdur. Ancaq cümə və bayram günlərində, Ərafatda və ehrama girərkən qüsl almaq sünnətdir.
Onlar, hər hansı bir səbəblə cünub olsalar artıq təqlid etmək lazım olacaq.

Dəstəmaza ayaqdan başlamaq
Sual: Hənəfidə və Malikidə tərtib, yəni sırayla yumaq fərz olmadığı üçün dəstəmaza ayaqdan başlayaraq alsaq, Malikidə üzü yuyarkən niyyət fərz olduğu üçün üzü yuyarkən niyyət etsək, məkruh olmaqla yanaşı dəstəmazımız səhih olarmı?
CAVAB
Hənəfiyə görə məkruh olmaqla səhih olur, Malikiyə görə səhih olmaz. Çünki Malikidə niyyət fərzdir, yuyulması fərz olan ayaqlar və qollar, niyyətsiz yuyulmuş baş da, niyyətsiz məsh edilmiş sayılır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину