Facebook Twitter WhatsApp

Maliki məzhəbini təqlid

Sual: Diş dolğusundan başqa səbəbdən də Maliki məzhəbini təqlid etmək olarmı və təqlid edilərkən nələrə diqqət etmək lazımdır?
CAVAB: Əl-fiqhu aləl-məzahibil-ərbəada deyilir ki:
“Maliki məzhəbində, səfərdə, şiddətli yağışda, qaranlıqda, palçıqlı gecələrdə, Ərəfat və Müzdəlifədə, zöhr ilə əsr və şam ilə işa namazları cəm edilir. Səfərin üç gündən az olması da caizdir. Dəniz səyahətində cəm caiz deyildir. Yağışda və palçıqda işanı məsciddə şam namazı ilə birlikdə camaatla qılmaq caiz olur. Vitr vaxtında qılınmalıdır. Şafiidə, cəm etmək üçün səfərin 80 kilometr olması lazımdır.

Əl-müqəddəmətül-izziyyədə deyilir ki:
“Maliki məzhəbində, bir qabdakı təmiz suya nəcasət düşsə, üç xassəsindən biri dəyişməsə, bununla dəstəmaz və qüsl almaq səhih, lakin məkruhdur. Mai-müstaməl də belədir. Ayaq yoluna sol ayaqla və başı örtülü girilir. Əti yeyilən heyvanların sidiyi və nəcisi təmizdir. Bunların və insanın ölüsü, sümükləri, dırnaqları, buynuzları, dəriləri, sperma, məzi və alkoqollu içkilər murdardır. Nəcis(murdar) yerə sərilmiş qalın şey üzərində və ovuc içindən az qan, irin bulaşdıqda namaz səhih olur. Qüslə başlayarkən niyyət etmək, bütün bədəni ovmaq, ovuc içi və ya dəsmal ilə yüngül sığallamaq, muvalat, ara vermədən yumaq və saçı, saqqalı hilallamaq, sıx hörüklü saçı açıb hər tərəfini hilallamaq fərzdir. Ağız, burun və qulaqların içini, saçları yumaq sünnətdir. Yuyulmamış yer qaldığını bir ay sonra belə xatırladıqda, yalnız o hissəni dərhal yumaq lazımdır. Dərhal yuyulmazsa, qüsl batil olar. Hər qüsldən əvvəl və ya sonra dəstəmaz alınmalıdır.”

Maliki məzhəbində, ikinci qövlə görə hər nəcasət nə qədər çox olsa da, namaza mane deyildir. Yumaq fərz deyil, sünnətdir.

Dəstəmaza başlayarkən və ya üzü yuyarkən niyyət etmək və başın hər tərəfini, sallanan saçları, qulağın üstündəki dərini və altındakı dəri görünən seyrək saqqalı məsh etmək, sıx saqqalı yumaq, muvalat, yəni əzaları ardıcıl yumaq, yuyulmuş yerləri qurumadan əvvəl dəlk etmək, yəni ovmaq da fərzdir. Hörülmüş saç açılmaz. Ovuc və barmaq içləri ilə cinsi orqana toxunmaq, dəstəmaz alarkən və ya pozularkən şübhə etmək, oğlanın və ya məhrəm olmayan gənc qadının dərisinə və ya saçına şəhvətlə toxunmaq dəstəmazı pozur. Ləzzət qəsd etmədən toxunmaq və toxunarkən ləzzət duymamaq dəstəmazı pozmaz. Yolda, nəqliyyat vasitələrində və dükan-bazarda təmas qorxusu olan Şafii məzhəbində olan şəxs, Hənəfi və ya maliki məzhəbini təqlid etməlidir. Bədəndən qan və digər şeylərin çıxması dəstəmazı pozmaz. Qulaqların içi və çölü, yeni isladılmış barmaqla məsh edilir. Dırnaq kəsdikdə, təraş olduqda dəstəmaz pozulmaz. Saqqal təraşında ixtilaflıdır. Əl ilə istibra vacibdir. Təyəmmüm edərək geyilən məst üzərinə məsh edilməz. Məsh müddəti yoxdur. Əsr vaxtı isfirar vaxtına qədərdir. İşanın axır vaxtı gecənin ilk sülüsüdür (gecənin ilk üçdə biri). Məkkədə olanın Kəbəyə, Məkkədə olmayanın Kəbə istiqamətinə dönməsi fərzdir. Namaza başlayarkən Allahü əkbər demək, Fatihə oxumaq, qavmədə düz durmaq, cəlsədə oturmaq, oturaraq bir tərəfə salam vermək və salam verərkən Əssəlamü aleyküm demək fərzdir. İlk iki rükətdə Zammı-surə oxumaq, iki təşəhhüddə oturmaq, təhıyyət, salavat oxumaq və ikinci salam sünnətdir. Sübh namazında ikinci rükətdə səssiz qunut oxumaq, təşəhhüddə şəhadət parmağı qaldırmaq müstəhəbdir. Sünnəti unutduqda, səcdəyi-səhv etmək lazımdır. Bayram və cənazə namazları sünnətdir. Fasiq imam ola bilməz. Başqa məzhəbdəki imama və üzrlü olan imama uymaq caizdir.

Malikidə səfər məsafəsi, Şafiidə olduğu kimi səksən kilometrdir. Günah olmayan səfərdə dörd rükət fərzləri iki rükət qılmaq sünnətdir. Dörd gün qalmağa niyyət edilən yerdə mukim (yerli) olunur. Qonaqla mukimin bir-birlərinə imam olmaları məkruhdur. Malikini təqlid edən Hənəfi qonaqla mukim, bir-birlərinə imam ola bilərlər. İki namazı cəm etməmək daha yaxşıdır. Vitr namazı və bayramda on beş namazın fərzindən sonra təkbiri-təşrik sünnətdir.

Maliki məzhəbini təqlid

Bir ibadəti edərkən, başqa bir məzhəbi təqlid etmək, öz məzhəbindən ayrılmaq demək deyildir. O məzhəbin fərzlərinə və müfsidlərinə tabe olmaq deməkdir. Vaciblərdə, məkruhlarda və sünnətlərdə, müsəlman öz məzhəbinə tabe olmalıdır. Məsələn, Malikini təqlid edən Hənəfi qonağın, dörd gün qalmağa niyyət etdiği yerdə, fərzləri dörd rükət qılması fərz olduğu üçün dörd rükət qılar. Mukim olana uyması və ya imam olması Malikidə məkruh, Hənəfidə sünnət olduğu üçün öz məzhəbinə uyaraq, camaatla qıla bilər. Bir ibadəti yerinə yetirərkən, başqa məzhəbi təqlid etmək üçün öz məzhəbinə görə əməl etməkdə çətinlik, məşəqqətin olması lazımdır. Məşəqqət və çətinliyin olmadığı təqdirdə, təqlid etmək olmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину