Facebook Twitter WhatsApp

Əbu Əyyub-əl Ənsari

Mehmandarı Rəsulullah.

Ən gözəl günləri başladacaq olan böyük hicrət [köç] bitmək üzrədir. Allahın əmri ilə Məkkədən ayrılan sevgili Peyğəmbərimiz Mədinəyə gəldilər. Bütün Müsəlman qəbilələr Rəsulullah əfəndimizi qonaq etmək üçün yarışırdılar.

Nəccaroğullarının rəisi Həzrəti Əbu Əyyub da bütün qohumlarını yığmış, Rəsulullahı qarşılamağa çıxmışdı. Bütün Mədinəli Müsəlmanlar kimi o da iki dünyanın əfəndisi Rəsulullah əfəndimizi qonaq etmək atəşiylə yanmaqda idi.

Anamız atamız fəda olsun!

Arada bir Rəsulullah əfəndimizin dəvəsi Qusvanın yüyənini tutanlar, “Buyurun, ya Rəsulullah! Anamız, atamız, canımız, hər şeyimiz sizin yolunuza fəda olsun!”, deyərək öz evlərinə aparmaq istəyirdilər.

Lakin Kainatın əfəndisi kimsənin üzülməsini arzu etmirdilər. Qusvanı işarə edərək buyurdu ki:

— Dəvəmin yüyənini buraxın! Kimin evinin önündə çöksə orada qonaq olaram!

Həqiqətən o məsud dəvə də sanki vəzifəsini bilirmiş kimi hərəkət edirdi. Yorğunluğuna baxmayaraq yavaş və kübar hərəkətlərlə çox dolaşdı. Sonda iki yetimə məxsus, boş bir torpaq üzərində dayandı. Ağır-ağır yerə çökdü.

Rəsulullah əfəndimiz dəvəsindən düşmədilər. Heyvan təkrar ayağa qalxdı getməyə başladı. Köhnə yerə çökdü, bir daha qalxmadı və şirin-şirin xomurdanmağa başladı.

Bunun üzərinə sevgili Peyğəmbərimiz Qusvanın üzərindən enib buyurdular ki:

— İnşaallah yerimiz buradır. Bura kimindir?

—  Ya Rəsulallah! Amr oğulları Süheyl və Səhlindir.

—  Qohumlarımızdan hansının evi bura daha yaxındır?

Şərəf qazansın

Xalid bin Zeyd Əbu Əyyub əl-Ənsari həzrətləri sevinclə cavab verdi:

— Buyurun, ya Rəsulallah!

Buyurun ki, kasıb evimiz, varlığınızla şərəf qazansın. Bax elə burasıdır.

Sonra da əlavə etdi:

— Ya Rəsulallah! Mənə icazə versəniz dəvənin üzərindəkiləri oraya daşıyım.

Bundan sonra da dəvənin üzərindən Rəsulullah əfəndimizin əşyalarını endirdi.

Peyğəmbər əfəndimizin mübarək ana tərəfləri əslən Mədinəli və Nəccaroğulları qəbiləsinə mənsub idilər. Bu səbəblə qohum idilər. Əşyalar dərhal evin alt mərtəbəsinə daşındı. Beləcə on üç illik əziyyətli, işgəncələrlə dolu Məkkə günləri bitmiş, dinc günlər, gözəl həftələr, nurlu aylar, ixlaslı illər, böyük əsrlər başlamışdı.

Peyğəmbərimizin dəvəsi Qusvanın ilk çökdüyü yerdə Məscidi-Nəbi inşa edilənə qədər evində qonaq etmək və  evində saxlamaq şərəfi bu mübarək şəxsə nəsib oldu.

Həzrəti Əbu Əyyubun ev sahibliyi qüsursuz, lakin özü narahat idi. Çünki Əfəndimiz alt mərtəbədə oturmağı seçmişdilər.

Özünün üst mərtəbədə qalması Əbu Əyyub həzrətlərini çox narahat edirdi. Hələ bir axşam torpaq tavana su tökülüncə nə edəcəyini bilə bilmədi. Örtündükləri tək yorğanla suyu quruladı. Aşağı damlamasına, mane oldu. Səhərə qədər gözlərinə yuxu girmədi.

Yatmamız mümkün deyildir

Ertəsi gün onu kədərli görən Allahu təalanın Rəsulu səbəbini soruşdular. O vaxt dərdli Səhabə xahiş etdi:

— Ya Rəsulallah, mərhəmət edin! Xahiş edirəm kərəm edin, yuxarı mərtəbəyə təşrif edin! Siz aşağı mərtəbədə olarkən bizim yuxarıda yatmamız mümkündürmü?

İki dünya günəşi Əfəndimiz bu həssas və incə ürəyi qıra bilməzdi. Yuxarı mərtəbəyə keçməyi qəbul etdilər. Beləcə başlayan sevgili Peyğəmbərimizin bərəkətli qonaqlıqları və Həzrəti Əbu Əyyubun mehmandarlığı, ev sahibliyi Məscidi-Nəbi inşa edilənə qədər yeddi aya qədər davam etdi.

Əbu Əyyub həzrətləri zəfər qazanılan bir dəniz döyüşündən sonra əsirlər arasında bir qadının ağladığını gördü. Keşikçilərdən soruşdu:

—  Bu qadın, nə üçün ağlayır?

— Bilmirik, ya Əba Əyyub.

Qadının dilini bilən birini tapdı. Onunla danışdırdı. Sonra tərcüməçidən soruşdu:

—  Nə üçün ağlayırmış?

—  Uşağından ayrı qalıb əfəndim.

Həzrəti Əbu Əyyub dərhal vəzifəlini taparaq dedi ki:

— Uşağı tapın və anasının yanına gətirin. Yetər ki, anacığına qovuşsun.

Oradakılar soruşdular:

— Ya Xalid!.. O qadını tanıyırsınızmı yoxsa?

Allahu təalanın Rəsulunun aşiqi cavab verdi:

— Sevgili Peyğəmbərimizdən eşitdim ki: “Hər kimsə bir uşağı anasından ayırarsa, Cənabı Haqq da onu axirət günündə bütün sevdiklərindən ayırar.»

Üzümü qara çıxarma

Əbu Əyyub Ənsari bir döyüşdə birinin yanından keçərkən, “Bir kimsənin günorta vaxtı etdiyi işlərini axşam olanda məzardakılara göstərilər. Axşam etdiyi işləri, səhər olanda məzardakılara göstərilər” dediyini eşitdi. Əbu Əyyub həzrətləri o kimsəyə dedi ki:

—  Nə deyirsən?

— Vallah bunu sizin üçün deyirəm.

— Ya Rəbbi, sənə sığınıram. Öldükdən sonra etdiklərimə görə üzümü qara etmə.

O kimsə də dedi ki:

— Allahu təala qullarının qüsurlarını örtər, əməllərinin yaxşısını göstərər.

Əbu Əyyub Ənsari Rəsulullahın mübarək qəbrinə üzünü sürtdü. Biri gəlib qaldırmaq istəyincə buyurdu ki:

— Məni burax! Daşa, torpağa gəlmədim. Rəsulullahın hüzuruna gəldim.

Əbu Əyyub Ənsari həzrətləri belə buyurur:

“Bir dəfə Rəsulullah əfəndimiz ilə Həzrəti Əbu Bəkirə yetəcək qədər yemək hazırlayıb, hüzurlarına apardım. Rəsulullah əfəndimiz buyurdular ki:

—  Ya Əba Əyyub! Ənsarın məşhur şəxslərdən otuz adamı dəvət et!

Mən yeməyin azlığını düşünərkən təkrar buyurdular:

— Ya Əba Əyyub! Ənsarın məşhurlarından otuz adamı dəvət et!

Altmış adamı dəvət et!

Minlərlə düşüncə ilə Ənsardan otuz adamı dəvət etdim gəldilər. O yeməkdən yedilər, doydular. Bir möcüzə olduğunu anlayıb imanları qüvvətləndi və bir daha biyət edib getdilər. Sonra Rəsulullah təkrar buyurdu:

—  Altmış adam dəvət et!

Mən möcüzə olaraq yeməyin azalmadığını gördüyümdən daha çox sevinərək altmış adamı Rəsulullahın hüzuruna dəvət etdim. Gəldilər, o yeməklərdən yedilər. Hamısı Rəsulullahın möcüzəsini təsdiq edərək döndülər. Ardından təkrar buyurdular:

—  Ənsardan doxsan adam çağır!

Çağırdım, gəldilər. Rəsulullahın əmri üzərinə on-on o süfrəyə oturub yedilər. Hamısı da bu böyük möcüzəni görüb, getdilər. Yemək isə mənim apardığım kimi, sanki heç əl sürülməmiş kimi dayanırdı.”

Əbu Əyyubi Ənsari yenə buyurur ki:

“Rəsulullaha hər gün axşam yeməyi hazırlayıb göndərərdik. Qalanını bizə geri göndərdiyi zaman, mən və Ümmü Əyyub Rəsulullahın geri göndərdiyi qalan yeməyi yeyər və bununla bərəkətlənərdik.

Yenə bir gecə hazırlayıb göndərdiyimiz sarımsaqlı yeməyi Rəsulullah əfəndimiz geri göndərmişdi. Onu yemədiyini görüncə kədərli olaraq yanına getdim. Dedim ki:

— Ya Rəsulallah! Anam atam sənə fəda olsun! Siz axşam yeməyini yemədiniz. Halbuki mən və Ümmü Əyyub qalan yeməyinizlə bərəkətlənirdik.

Siz onu yeyin!

Rəsulullah əfəndimiz buyurdular ki:

— Bu tərəvəzlərdə bir qoxu hiss etdim. Onun üçün yemədim. Mən mələklə danışan bir şəxsəm.

— O yemək haramdır?

— Xeyr! Ancaq mən qoxusundan ötrü yemədim.

— Sənin yemədiyini mən də yemərəm.

— Siz onu yeyin!

Bundan sonra biz də ondan yedik və bir daha Rəsulullaha o tərəvəzdən yemək hazırlamadıq”.

Xeybər savaşından qayıdarkən Əbu Əyyub həzrətləri gecə Rəsulullah əfəndimizin çadırının keşiyini çəkirdi. Bunu görən Rəsulullah əfəndimiz onun üçün belə dua etdi:

— Ya Rəbbi! Məni qoruyaraq gecələdiyi kimi sən də Əbu Əyyubu qoru.

Rəsulullah əfəndimiz bir quşluq vaxtı, Həzrəti Əbu Bəkri Siddiq və Həzrəti Ömər-ül Faruq ilə birlikdə Əbu Əyyubi Ənsari həzrətlərinin evinə getdilər. Bağçada çalışmaqda olan Əbu Əyyub Ənsari həzrətləri Rəsulullahın mübarək səsini eşidib qaçaraq evə gəldi.

“Xoş gəldiniz, ya Rəsulullah! Yoldaşlarınızla birlikdə səfa gəldiniz” deyərək qarşıladı. Bağçada iş gördüyünü bəyan edib xurma ağacından bir salxım qopararaq gəldi. Salxımda üç növ xurma vardı.

Südlü heyvan kəsmə!

Rəsulullah əfəndimiz buyurdu ki:

—  Ya Əba Əyyub! Bu salxımdakı quru xurmaları ayır!

—  Ya Rəsulullah! Əmr sizindir. Ancaq, sizə heyvan kəsib, ətə qonaq edəcəyəm.

—  Əgər heyvan kəsəcəksənsə, süd verən heyvan kəsmə!

Əbu Əyyubi Ənsari oğlaq kəsib, xanımı Ümmü Əyyub da yarısından şorba bişirdi, digər yarısını da qızartdı. İsti bir çörək hazırladı. Ətləri çörəyin üzərinə qoyaraq süfrəni hazırladı. Sonra Əbu Əyyub Ənsari həzrətləri, “Ya Rəsulullah, buyurun” dedi. Rəsulullah əfəndimiz buyurdu ki:

—  Ya Əba Əyyub! Bu çörək ilə ətdən bir parça da qızım Fatiməyə apar. Çünki mən bilirəm ki, çox zamandan bəri Fatimə bu yeməyi yeməmişdir.

Əmr yerinə yetirilib, süfrə qalxdıqdan sonra, Peyğəmbərimiz, “Bütün bu nemətlər, çörək, ət, xurma, nə gözəldir. Bu nemətlər şükür istəyər» buyurub ağladılar. Sonra buyurdular ki:

—   Nəfsim, yeddi qüdrətində olan Allah təalaya and içirəm ki, bu nemət üzündən qiyamət günündə siz sual olunacaqsınız. Ancaq, sağlamlığınızda əlinizə keçən nemətləri yeməyə başlayarkən “Bismillahi”, doyduğunuz zaman da “Əlhamdulillahilləzi əşbəanə və ən amə aləynə fəəfdalə” deyərək Cənabi-Haqqa şükür və dua edin. Çünki, Cənabı Haqqın verdiyi ruzi səbəblə sizə kifayət edər.

Rəsulullah əfəndimiz getmək üzrə ikən də, “Ya Əba Əyyub! Sabah da sən bizə gəl” buyuraraq dəvət etdi.

Xeyir istə!

Əbu Əyyub həzrətləri bu dəvətə sevə-sevə razılıq edib, Rəsulullahın yanına getdi. Rəsulullah əfəndimiz Əbu Əyyubi Ənsari həzrətlərini çox sevdiyindən mükafat olaraq bir xidmətçisini onun xidmətinə verərək buyurdu ki:

— Ya Əba Əyyub! Bu xidmətçi haqqında Allahu təaladan xeyir istə. Çünki, bu xidmətçi bizim yanımızda olduğu müddətcə bundan xeyirdən başqa bir şey görmədik.

Əbu Əyyub Rəsulullah əfəndimizin yanından ayrılınca; “Mən Fəxri-aləm həzrətlərinin vəsiyyətlərində xeyir görürəm. O səbəblə bu xidmətçidən də həmişə xeyir gördüm” demişdir.

Əbu Əyyubi Ənsari Peyğəmbərimiz üçün hər gün bir süfrə hazırlamağı özünə adət etmişdi. Bu izzət və ikramıyla dərəcəsi çox yüksəlmişdi.

Hicrətdən 52 il sonra İstanbul üzərinə İslam səfəri oldu. Misirdən, Şamdan, Ərəbistanın hər yerindən ayrı ordular gəldi. Çünki, Rəsuli-əkrəm əfəndimiz buyurmuşlardı ki:

“İstanbul əlbəttə fəth olunacaqdır! Onu fəth edən əmir, nə gözəl əmir, fəth edən əsgər, nə gözəl əsgərdir.”

Üstəlik xəstəsən!

Budur, bu mədh edilən, təriflənən əsgərlər arasına qatılmaq arzusu ilə Müsəlmanlar axın-axın İstanbulun fəthinə can atdılar. O sırada, Həzrəti Əbu Əyyub xəstə idi. Ancaq cihad xəbərlərini eşitdiyi zaman həyəcanla qalxdı. Hələ İstanbul savaşını eşidincə gözləri parladı. Hazırlıqlara başladı. Yaxınları dedilər ki:

— Ya Əba Əyyub! 70 yaşını keçdin. Üstəlik xəstəsən. Bu səfər isə uzun və təhlükəlidir.

Həzrəti Əyyubun cavabı tərəddüdsüz və qəti oldu:

—  Cihad və savaşı tərk etmək daha təhlükəlidir.

Sevgili Peyğəmbərimizin Mədinəyə gəlişlərindən yarım əsr sonra sevgili yoldaşları da İstanbul önlərinə gəldilər.

Qalın qala divarları dibində Əbu Əyyub həzrətləri vəfat etmək üzrə idi. Çətinliklə danışmaqdadır:

— Mücahidlərə salam söyləyin. Onlara Rəsulu Kibriya Əfəndimizdən eşitdiyim bu mübarək sözləri bildirin: “Hər kim Allaha şərik qoşmadan ruhunu təslim edərsə, Cənabı Haqq da onu Cənnətinə qoyar.”

Ətrafındakı qazi və əsgərlər, gizli şəkildə ağlayırdılar. Ağ saqqallı qazi son bir səylə bunları pıçıldadı:

—  Sizlərə vəsiyyətim olsun:

“Öldükdən sonra cəsədim burada qalmasın! Qazilərin girə bildikləri, ən uzaq yerə aparın! Bizans torpaqlarının İstanbula ən yaxın nöqtəsinə dəfn edin. Çünki Peyğəmbər əfəndimiz; “Konstantinopol (İstanbul) qalasının yanında bir racüli- saleh dəfn olunacaqdır” buyurmuşdu.

Ağşəmsəddin kəşf etdi

Ertəsi gün böyük Səhabə şəhadət sözlərilə təmiz ruhunu uca Allaha təslim etdi. Sevgili Rəsulullaha qovuşdu. Vəsiyyəti eynilə yerinə yetirildi …

Bizanslılar tərəfindən belə müqəddəs bilinən Qəbri-şərifi 800 ildən çox gizli qaldı. Ta ki İstanbul Müsəlman Türklər tərəfindən fəth edilənə qədər.

Uca Allahın izni ilə o gözəl əmir Fateh Sultan Məhməd Xan və o gözəl əsgər, Osmanlı Türkləri oldular. 1453-cü ildə Ulubatlı Həsən qaranlıq divara işıqlı İslam bayraqlarını sancdı.

Budur, ancaq o zaman 800 ildir gözləyən səbirli Əbu Əyyub həzrətlərinin üzü nurlandı. Özünü könüldən axtaran Fatehin ustadı Ağşəmsəddinə təbəssüm etdi. Bu günkü kimi Haliç ucundakı təpədə, nur şəklində təcəlli etdi. Qəbrinin yeri təsbit edildi.

Allahın ən sevgili  qulu və Peyğəmbərinə ev sahibliyi edən Həzrəti Əbu Əyyub indi də bizlərə ev sahibliyi etməkdədir.

Həzrəti Əbu Əyyub, Əqabədə Allah Rəsulunun əllərini tutaraq biyət etdi. İslamiyyətlə şərəfləndi. Mədinəyə qayıtdığı vaxt bütün ailəsi və qəbiləsi Müsəlman oldular.

Başda Bədir və Ühüd olmaq üzrə bütün döyüşlərdə iştirak etdi. Onsuz da özü namaz və cihad ibadətlərində çox həssas idi.

Nə üçün bu qədər gecikdirdin?

Bir ara Misirə getdi. Bir axşam vali olan Uqbə ibn Amir namaza gecikdi. Vaxtı içində, lakin gec olaraq namazı qıldırdı. Əbu Əyyub həzrətləri namazdan sonra Valiyə bunları söylədi:

—  Ey Uqbə! Sevgili Peyğəmbərimiz buyurdular ki: “Axşam namazını ulduzların səmanı örtməsinə qədər gecikdirməyin …”

Uqbə, “Bəli” deyə cavab verincə, soruşdu:

— Elə isə axşam namazını nə üçün bu qədər gecikdirdin?

Uqbə məşğuliyyəti səbəbi ilə bu gecikmənin olduğunu söyləyincə, “And içirəm ki, sənin bu etdiyini görərək xalqın Rəsulullah əfəndimizin də belə etdiyini zənn etməsindən narahat oluram” buyuraraq valiyə  xəbərdarlıq etdi.

Əbu Əyyub həzrətlərinin bildirdiyi bir Hədisi-şərifdə buyuruldu ki:

“Qiyamət günü Əshabımdan hər biri qəbirlərindən qalxarkən vəfat etdiyi məmləkətin bütün möminlərinin önünə düşərək, onlara nur və işıq saçaraq, onları Arasat meydanına aparar.”

İstanbulun mənəvi fatehi olan Həzrəti Əbu Əyyubi Ənsarının əsl adı Xalid, atasının adı Zeyd, anası Rəbiə, qızı Hind, ləqəbi Əbu Əyyubdur. Türklər arasında Əyyub Sultan olaraq tanınar. Xanımı Ümmü Əyyub da Peyğəmbər əfəndimizə xidmətlə şərəfləndi.

Əyyub, Abdürrəhman, Xalid adında üç oğlu və Amrə adında bir qızı var idi.

Mədinəli Əshabin ən böyüklərindəndir. Həm ata, həm də ana tərəfi Həzrəc qolundandırlar. Özü Nəccaroğulları qəbiləsinin rəisi idi. Bir çox döyüşdə bayraqdar oldu. Bu səbəblə  Rəsulullahın bayraqdarı deyə də tanındı.

Sevgili Peyğəmbərimizin öz babası Abdülmüttəlibin ana tərəfi Nəccaroğullarına mənsub idi. Bu səbəblə bu qəbilə Əfəndimizin dayıları olurlar.

Məscid və türbəsi dərhal inşa edilsin!

Ağşəmsəddin tərəfindən qəbri təsbit edildiyi zaman Fəthlər Atası Qazi Məhməd Xan buyurdu:

— Məscid və türbəsi, dərhal inşa edilsin! Cümlə Müsəlmanlar beş vaxt İstanbulun mənəvi fatehinə dua edərlər!

İnşa edilən Əyyub Sultan Məscidinə 1723-cü ildə iki minarə əlavə edildi və 1800-cü ildə üçüncü Səlim Xan tərəfindən yenidən inşa etdirildi. İlk Cümə namazında Sultan da iştirak etdi. Osmanlı padşahları bu məscid qarşısında qılınc quşanardılar.

Həzrəti Əbu Əyyub yeddi ay Allahu təalanın Rəsuluna ev sahibliyi etdi. Vəfatından sonra isə İstanbulun sahibliyini edir. Nə xoşbəxt insanlarıq…

Osmanlı dövründə və hal-hazırda Hacı namizədləri əvvəlcə Əbu Əyyub (Sultan) türbəsini ziyarət edərlər, sonra Müqəddəs torpaqlara gedərlər …

Siz də çox sıxıldığınız zaman oranı ziyarət edərək dua edin.