Facebook Twitter WhatsApp

İmran ibn Husayn

Mələklərlə danışan səhabə.

İmran ibn Husayn Xeybər döyüşündə Müsəlman oldu. Ondan sonrakı bütün döyüşlərdə Peyğəmbər əfəndimizin yanında və xidmətində olmaqla şərəfləndi. Peyğəmbər əfəndimiz onu çox sevərdi.

Əshabi-kiram içində çox fəzilətlərə sahib idi. Fikir elmində üstün dərəcəsi var idi.

Duası qəbul olunan seçilmişlərdəndir. Məkkənin fəthində Huzaa qəbiləsinin bayrağını daşıdı.

Daha xeyirli gəlmədi

Həzrəti Ömər xəlifə olanda Bəsrə xalqına İslamiyyəti öyrətmək üçün İmran ibn Husaynı göndərdi.

Həsəni Bəsri həzrətləri ondan çox hədisi-şərif öyrənmiş və and içərək demişdir ki:

  • Bəsrəlilər  üçün İmrandan daha xeyirli biri gəlməmişdir.

Abdullah ibn Amr İmranı Bəsrə valiliyinə təyin etdi. Qazılığı zamanında iki adam hökm verməsi üçün ona gəldi. Bunlardan biri şahidini gətirdi, digəri gətirə bilmədi. Hökm şahid gətirənin lehinə verildi. Şahid gətirə bilməyən kimsə bunu qəbul etməyib dedi ki:

  • Bu qərar batildir.

Həzrəti İmran bunun üzərinə Abdullah ibn Amrdan çıxarılmasını istəyərək istefa etdi.

Tutulduğu xəstəliyi səbəbiylə nə otura bilir, nə də ayaqda dayana bilirdi. Ona xurma budaqlarından bir sədir düzəltmişdilər.

Orada  günlərini keçirir, Rəbbini zikr edərdi. Otuz il bu hal davam etdi.

Mutarrif ibn Abdullah ilə qardaşı Ala ziyarətinə getdilər. Mutarrif onun bu halını görüncə ağladı.

Həzrəti İmran, ona soruşdu:

- Nə üçün ağlayırsınız?

- Sənin halına ağlayıram.

Həzrəti İmran buyurdu ki:

  • Ağlama, mən ölənə qədər də kimsəyə söyləmə! Mələklər mənim  ziyarətimə gəlib salam verirlər.

Mələklərin salamını alır, onlarla danışıram. Onların bu ziyarətindən çox məmnun olur, xəstə olduğumdan ötrü verilən bu nemətlərə şükür edirəm.

Belə bir xəstəlik halında Mələkləri görən bir kimsə bu dərdlərə razı olmazmı?

Yalnız Qurandan söylə!

Bir gün İmran ibn Husayna biri dedi ki:

- Bizə yalnız Qurandan söylə!

- Ey axmaq! Qurani-Kərimdə namazların neçə rükət olduğunu tapa bilərsənmi?

Belə söyləyərək hədisi-şəriflərin və alimlərin şərhlərinin da lazım olduğunu bildirdi.

İmran bin Husayn 672-ci ildə vəfat etdi. Rəsulullah əfəndimizdən 120 hədisi-şərif nəql etmişdir.

Həzrəti İmran ibn Husayn xəstə yatağında belə elm öyrədərdi. Tələbələrinə belə anlatdı:

“Peyğəmbər əfəndimiz mərhəmətdən ayrılmamaqla birlikdə, hərb meydanlarında din düşmənlərinə qarşı şiddətli olurdu. Huneyn cəngində müşriklər onu mühasirəyə aldığı vaxt atından enərək, Mən Peyğəmbərəm, yalan deyil. Mən Abdülmuttalibin oğlu Abdullahın oğluyam buyuraraq düşmənə hücum etdi. O gün Ondan daha cəsur və daha mətn kimsə görmədim.”

Sizə müjdə olsun!

Yenə anladaraq:

“Bir gün Peyğəmbər əfəndimizin hüzuruna Təmim oğullarından bir qrup gəlmişdi. Peyğəmbərimiz onlara, Ey Təmim oğulları, sizə müjdə olsun buyurduqdan sonra onlara insanların yaradılışını və qiyamətin qopmasını anlatdılar.

Təmim oğulları, “Bizi müjdələdin. Fəqət biz dövlətin xəzinəsindən pul istəyirik” deyərək iman etmədilər. Sonra Yəmən xalqından bir qrup ziyarətə gəldi. Peyğəmbər əfəndimiz, Yəmənlilərə buyurdu ki:

  • Ey Yəmənlilər! Madam ki, Təmim oğulları iman etməyi qəbul etmədilər. O xeyir və səadət müjdəsini siz alın!

Yəmənlilər də dedilər ki:

  • Qəbul etdik, ya Rəsulallah! Zatən biz hüzurunuza iman etmək üçün gəlmişdik.

Peyğəmbər əfəndimiz onlara da insanların yaradılışını və qiyamətin qopmasını anlatdıqları  sırada bir kimsə gələrək mənə dedi ki:

  • Ya İmran! Mindiyin dəvə yüyənini sıyıraraq qaçdı.

Mən də dəvəmi tapmaq üçün dərhal çıxıb baxdım. Kaş ki, dəvəni buraxsaydım, Rəsulullahın mübarək sözlərini dinləmək fürsətini qaçırmasaydım.”

Həzrəti İmran ibn Husayn xəstəliyi əsnasında namazlarını necə qılacağını Peyğəmbər əfəndimizə soruşdu. Rəsulullah əfəndimiz də ona buyurdu ki:

  • Ayaqda qıl! Gücün çatmazsa, oturaraq qıl! Buna da qüdrətin olmasa, yan və ya arxa üstü uzanaraq  qıl!

Kasıblara verdik

Əmirlərdən  biri İmran ibn Husaynı zəkatı yığmaq üzrə göndərmişdi. Qayıdanda Əmir ondan yığdığı malın harada olduğunu soruşdu. Bunun üzərinə buyurdu ki:

  • Mal üçün göndərmişdin? Peyğəmbər əfəndimiz zamanında aldığımız kimi aldıq və yenə Onun zamanında payladığımız kimi payladıq. Yəni zəngindən zəkatını alıb, haqq sahibi olan kasıblara verdik.

Bir söhbətində də tələbələrinə buyurdu ki, Rəsulullah əfəndimiz bizə buyurdular ki:

Ey Əshabım! Qurani-Kərim oxuyun! Qurani-Kərimin feyzi ilə ehtiyaclarınızı Allahu təalanın ehsan dəryasından istəyin! Sizdən sonra bir sinif Qurani-Kərim oxucuları gələcəkdir ki, bunlar Allahu təaladan deyil, insanlardan mənfəət təmin etmək üçün Qurani-kərim oxuyacaqdır.

Həzrəti İmran ibn Husayn belə buyurur:

Bir gün Peyğəmbər əfəndimiz mənə buyurdu ki:

- Ya İmran, sən də bilirsən ki, biz səni çox sevirik. Qızım Fatimə xəstələnib. Əgər istəyirsənsə onun ziyarətinə və xətrini soruşmağa gedək.

- Anam, atam, canım sənə fəda olsun, ya Rəsulallah, gedək.

Başqa örtüm yoxdur

Qalxdım, bərabərcə Fatımə-tüz Zəhranın evinə getdik. Peyğəmbər əfəndimiz qapını döydü və Əssəlamu əleykum ya Əhlə Beyti deyə salam verərək içəri girdilər. Fatimə-tüz Zəhra da cavab verdi:

- Və əleykum səlam, sevgili atam ya Rəsulallah! Buyurun!

- Qızım, yanımda İmran ibn Husayn da vardır. Onunla birlikdə gəldik, başını ört!

- Atacan, səni haqq Peyğəmbər olaraq göndərən Allahu təalaya and içirəm ki, bu yun örtüdən başqa örtünəcək bir şeyim yoxdur.

- Qızım, onunla örtün!

- Ey Atacan! Başımı örtsəm bədənim, bədənimi örtsəm başım açıq qalar.

- Bu örtünü düz düzünə deyil də küncləmə, yəni uzunlamasına ört ki, bədəninin hər tərəfini örtsün.

İmran ibn Husayn dedi ki:

Mən çöldən bu söhbəti eşitdikcə gözlərimdən yaş, ciyərlərimdən qan gəlirdi. Həzrəti Fatimənin dünyaya heç bağlanmamasına qibtə edirdim. Nəhayət Həzrəti Fatimə sevgili Peyğəmbərimizin təsvirləri üzrə gözəl şəkildə başını bağlayıb örtdükdən sonra, içəri girməyimə icazə verdilər. İçəridə Peyğəmbər əfəndimizin arxasında oturdum.

Peyğəmbərimiz, Qızım, necəsən, narahatlığın necə oldu?” deyə xətirlərini soruşdular. O da dedi ki:

  • Atacan, bu gecə çox narahat idim. Sancıdan səhərə qədər yata bilmədim. İndi elə bir haldayam ki, bir tikə çörək yeməyə belə taqətim qalmadı. Aclıqdan çox yorğunam.

Müjdələr olsun ey qızım!

Bu söz üzərinə Allahu təalanın həbibi Rəsuli-əkrəm əfəndimizin mübarək gözlərindən yaşlar boşandı. Buyurdular ki:

  • Qızım, əsla halından şikayət etmə! Allahu təalaya and içirəm ki, mən yaradılanların ən üstünü, Allahu təalanın həbibi olduğum halda, üç gündür mədəmə bir tikə çörək girmədi. Halbuki, Rəbbimdən istəsəm məni doyana qədər yedirər. Fəqət ümmətimə ibrət olması üçün keçici ruziləri, əbədi ruzilər üçün fəda etdim.

Sonra Rəsulullah əfəndimiz mübarək əlləriylə Həzrəti Fatimənin çiyinlərini tutaraq buyurdu ki:

  • Müjdələr olsun ey qızım, sən Cənnət qadınlarının xanım əfəndisisən!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину