Facebook Twitter WhatsApp

Həzrəti İmam Həsən (radıyallahu təala anh)

   Peyğəmbər Əfəndimizin nəvəsi, İslam xəlifələrinin beşincisidir. Atası Həzrəti Əli, anası isə Rəsulullahın qızı Fətimə-tüz-Zəhradır. Həsən, 625-ci ilin Ramazan ayının ortasında doğuldu.  Ağ və gözəl üzlü olub, üzü Rəsulullahın üzünə bənzəyən yeddi adamdan biri idi. Rəsulullaha bundan daha çox bənzəyən kimsə yox idi. Peyğəmbər əfəndimiz qulağına azan və iqamə oxuyub adını Həsən qoydu. Anadan olmasının yeddinci günü əqiq olaraq iki dənə qoç kəsdi. Saçını da kəsdirib ağırlığında gümüş sədəqə verdi.

         Həzrəti Həsən on iki imamın ikincisidir. Birincisi Həzrəti Əlidir. Vilayət (övliyalıq) yolunda bütöv vəlilərə feyz və ehsanlar, bu on iki imam vasitəsilə gəlir.

         On beş kişi və səkkiz qız övladı olan  Həzrəti Həsənin nəslindən olanlara Şərif deyilir. Rəsulullah əfəndimizin nəsli, Həzrəti Həsən və qardaşı Həzrəti Hüseynin uşaqları ilə davam etmişdir.

         Peyğəmbər əfəndimiz bir gün  Həsən, Hüseyn, Fatimə və Əlini əbası altına alıb, Əhzab surəsinin  33-cü ayəsini oxuyub ; “Ey əhli beytim! Allahü təala sizlərdən ricsi (günah), hər qüsur və çirkinlikləri aparmaq istəyir və sizi tam bir taharət ilə təmizləmək istəyir”buyurduqdan sonra bunları əlavə etdi, “ Allahım! Mənim əhli beytim bunlardır!”

         Həzrəti Həsən, aləmlərin əfəndisi olan sevimli Peyğəmbərimizin tərbiyəsi ilə yetişib böyüdü. Rəsulullahın bir çox hədisi şərifi ilə tərifləndi. Peyğəmbər əfəndimiz Həzrəti Həsəni çox sevər, ona şəfqətlə rəftar edərdi. Bir dəfə Həzrəti Həsən, qardaşı Həzrəti Hüseyn ilə Rəsulullahın hüzurunda güləşirdi. Rəsulullah əfəndimiz, Həsənin tərəfində idi. Həzrəti Fatimə, “Atacan, Hüseyn kiçikdir, lakin siz həmişə Həsənin tərəfini tutursunuz” deyincə, “Ey Fatimə! Cəbrayıl, Hüseynə kömək edir”buyurdu. (Şəvahid-ün nübüvvə)

         Əba Əyyub- əl- Ənsari, Həsən ilə Hüseynin  Rəsulullahın hüzurunda oynadıqları  sırada hüzuruna  girincə, “Ya Rəsulallah, bunları çoxmu sevirsən?” deyə soruşdu. Peyğəmbər əfəndimiz də,“Necə sevmiyim! Bunlar mənim dünyada öpüb, iylədiyim iki  reyhanımdır” buyurdu.

         Əbu Hurəyrənin nəql etdiyinə görə, bir gün Rəsulullah əfəndimiz Həzrəti Həsəni qucağına oturtmuşdu. O da mübarək saqqalıyla oynayırdı. Rəsulullah əfəndimiz Əbu Hurəyrəyə dönərək üç dəfə buyurdu ki:

- Mən bunu çox sevirəm. sən də sev! Onu sevənləri də sev!

Həzrəti Həsən hələ ağıl və yetkin olmadan Rəsulullaha beyət edən uşaqlardandı. Səkkiz yaşına gəldiyi zaman, 632-ci ildə, əvvəl babası, sonra da anası Fətimə- tüz- Zəhra vəfat edincə, yetim qaldı. Bundan sonra da atası Həzrəti Əlinin  tərbiyəsində böyüdü.

         Abdullah İbni Abbas rəvayət etdi:  Rəsulullah Həsəni çiyninə almışdı. Bir adam,  ya oğul, nə gözəl şəxsin çiyindəsən dedi. Rəsulullah buyurdu ki:

“Çiyimdəki nə gözəldir.” (Məsabih)

Bir gün Həzrəti Əbu Bəkir ilkindi namazını qıldıqdan sonra, yolda oynayan Həzrəti Həsənin yanına getdi. Onu çiyinə aldı. Həzrəti Əliyə buyurdu ki:

Ya Əli! Sənə deyil də tamamilə Rəsulullah əfəndimizə bənzəyir.

          Bunun üzərinə Həzrəti Əli təbəssüm etdi.

          Həzrəti Həsən, həlm (yumşaqlıq), razılıq, səbir və kərəm (comərdlik) sahibi idi. İki dəfə hər şeyini Allah rizası üçün payladı. Bol sədəqə verərdi. Aldığı bir hədiyyəyə dəyərindən çox  qarşılığını verərdi. Alış-verişdə bazarlıq edər, ucuz almağa çalışırdı. Özünə, “Bir gündə  minlərcə dirhəm sədəqə verirsən də bir şey satın alarkən nə üçün  uzun-uzun bazarlıq edib yorulursan?” dediklərində, “Verdiklərimi Allah rizası üçün verirəm. Nə qədər versəm yenə azdır . Fəqət alış verişdə aldanmaq ağılın və malın nöqsan olmasıdır” buyurdu.

Bir gün Abdullah ibn Zübəyr ilə yola çıxmışdı. Bir xurmalıqda istirahət etdilər. Abdullah ibn Zübəyr dedi ki:

- Ağacda xurma olsaydı, yaxşı olardı.

Həzrəti Həsən, səssizcə dua etdi. Bir ağac yaşıllaşıb dərhal xurma ilə doldu. Orada olanlar; “Bu sehrdir” dedilər. Həzrəti Həsən buyurdu ki:

Xeyr, sehr deyil, Rəsulullahın nəvəsinin qəbul olan duası ilə Cənabı Haqq yaratmışdır.

          Həzrəti Həsən qızına və qohumlarına nəsihət edər; “Elmə çalışın! Əzbərləmək çətindirsə, yazın və  evlərinizə aparın” buyurdu.

          Atası Həzrəti Əli şəhid olunca Kufədə xəlifə seçildi. Kufə, Bəzrə, İraq, Xorasan, Məkkə, Mədinə, Hicaz və Yəmən əhalisinə, atası kimi xəlifə oldu. Digər məmləkətlər, Həzrəti Müaviyənin əlində idi. Yeddi ay sonra, Bağdad yanında Anbar deyilən yerdə, ikisinin ordusu hərbə hazır ikən, Müsəlman qanı tökülməməsi üçün xilafəti Həzrəti Müaviyəyə buraxdı. Həzrəti Həsən daha kiçik yaşdaykən, Rəsulullah əfəndimiz ona işarə edərək, “Bu oğlum seyiddir. Allahü təala onunla möminlərdən iki böyük firqə arasını tapar, barışdırar” buyurmuşdu. Bu hədisi-şərif, Rəsulullahın bir möcüzəsi olaraq təcəlli etdi. Həzrəti Həsən Mədinəyə gəldi. Ölənə qədər orada yaşadı. Zövcəsi Cadə qısqanclıq üzündən onu zəhərləyib ölümünə səbəb oldu.

         “Qisasi-Ənbiya”, yeddinci cüz, 107-ci səhifədə deyir ki, “Həzrəti Həsən çox evlənər və çox boşanırdı. Aldığı qızlar ona aşiq olardı. Zövcəsi Cadə, onu boşayacağından kədərlənərək Həzrəti Həsəni zəhərlədi.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину