Facebook Twitter WhatsApp

Həzrəti İmam Əli Rza (radıyallahu anh)

          İmam Əli Rza, Musa Kazım həzrətlərinin oğludur. On iki imamın səkkizincisidir.  Künyəsi, atasının künyəsi kimi Əbül Həsəndir. Atası, “Öz künyəmi ona bağışladım” buyurmuşdur.  Ləqəbi Rzadır. Atasına dedilər ki, “Xəlifə Məmun ondan razı olduğu üçünmü oğlun Əlini Rza ləqəbiylə çağırırsan?”, cavabında, “Xeyr,  Allahü təala və Rəsulullah (sallallahü aleyhi və səlləm) ondan razı olduqları üçündür. Beləcə bu ləqəb ilə babalarına təsis edildi. Çünki ona uyanlar, özündən razı olduqları kimi, müxalifləri də ondan razıdır” buyurdu. Atası Musa Kazım həzrətləri. “Oğlumu Rza deyə çağırın!” buyurdu.  Özü isə, “Ya Abəl Həsən!” deyə çağırardı. Babası Cəfəri Sadıq həzrətlərinin vəfatından beş il sonra, hicrətin 153-cü ilində  Rəbiül axır ayının  on birinci cümə axşamı günü Mədinədə doğuldu.  Doğum tarixi bundan başqa da deyilir. 203-cü ildə  Ramazan ayının iyirmi birində cümə günü Tus şəhərində vəfat etdi. Mübarək qəbiri Harun Rəşidin qəbrinin qiblə tərəfindədir. Anası cariyə idi. Və məşhur olan adı Nahimədir. Nahimə, Musa Kazım həzrətlərinin  anası Hamidənin cariyəsi idi.  Hamidə, yuxusunda Rəsulullahı  gördü. Rəsulullah ona yuxusunda, “Nahiməni, oğlun Musaya ver. Yaxında, zamanın insanlarının ən üstünü olan bir oğulları olacaq” buyurdu. İmam Əli Rzanın anası belə anlatmışdır, “Ona hamilə olduğum zaman heç bir ağırlıq hiss etməzdim. Yatınca qarnımdan təsbeh və təhlil  səsləri eşidərdim.  Məni bir qorxu və heybət örtərdi. Oyanınca heç bir səs eşitməzdim. Əli Rza doğulduğu zaman əllərini yerə qoyub başını səmaya qaldırdı. Söz  söyləyən və münacaat edən kimsə kimi mübarək dodaqlarını  tərpədərdi”.

         İmam Əli Rzanın atası Musa Kazım həzrətlərinin böyük tələbələrindən biri belə anlatmışdır: “Bir gün Musa Kazım həzrətləri mənə, Məğrib tacirlərindən gələn oldumu?, deyə soruşdu. Bilmirəm, dedim, gəlibdir, buyurdu.  Birlikdə atlara minib getdik.  Məğribli taciri tapdıq.  Bizə yeddi nökər  göstərdi.  Heç birini qəbul etməyib, bir dənə daha göstər, buyurdu.  Bir cariyə var,  xəstədir, deyərək onu göstərmədi. Ertəsi gün Musa Kazım həzrətləri məni göndərdi, nə qədər istəyərsə o cariyəni satın al, buyurdu.  Getdim, tacir bu qədərdən aşağı vermərəm, dedi. Mən də, o qiymətə satın aldım, dedim, o da, satdım, dedi.  Dünən gələn yoldaşın kim idi, deyə soruşdu. Haşimoğullarından biriydi, dedim. Hansı  qəbilədəndir, deyə soruşunca, bundan çoxunu bilmirəm, deyərək cavab vermədim. Tacir mənə dedi ki, sənə bir şey söyləyim, bu cariyəni Məğrib şəhərlərinin ən uzaqlarından aldım.  Əhli kitabdan bir qadın mənə bu cariyəni göstərərək, bu kimdir, deyə soruşdu. Özüm üçün satın aldım, dedim.  Xeyr, bu cariyə sən olduğun qəbilədən deyildir. O yer üzünün ən yaxşı insanının yanında olacaqdır. dedi. Tacirin anlatdıqlarını dinlədikdən sonra o cariyəni Musa Kazım həzrətlərinin yanına apardım. O cariyədən İmam Əli Rza həzrətləri dünyaya gəldi”.

         İmam Əli Rzanın atası Musa Kazım həzrətləri belə anlatmışdır: “Yuxuda Rəsulullah əfəndimizi gördüm.  Əmr-ül möminin Həzrəti Əli hüzurunda idi. Rəsulullah əfəndimiz, “Ya Əli!  Sənin bu oğlun Allahü təalanın nuru ilə baxar.  Sözləri hikmətli və  hər işdə isabətlidir.  Səhv etməz.  Alimdir, elm və hikmət ilə doludur, buyurdu”.

         İmam Əli Rza həzrətlərinin rəvayətləri və fəzilətləri dillərdə məşhurdur.  Və kitablarda yazılmışdır. Saysız fəzilətlərindən və rəvayətlərindən dənizdən damla kimi bir neçəsini anladaq:

         Xəlifə Məmun, İmam Əli Rza (radıyallahü anh) həzrətlərini vəliəhd etdi. Memun ilə görüşmək istədiyi zaman xidmətçilər və keşikçilər onu qarşılayardılar. Memunun olduğu yerin qapısında asılı olan pərdəni qaldırardılar. İmam Əli Rza (radıyallahü anh) həzrətləri içəri girərdi. Halbuki bu xidmətçilər ona müxalif idilər. Bir gün aralarında Əli Rza həzrətlərini qarşılamamağa və aradakı pərdəni qaldırmamağa qərara aldılar. İmam Əli Rza gəldi. Hamısı oturmuşdu. İstər istəməz yerlərindən qalxıb qarşıladılar və pərdəni qaldırdılar. Sonra biz nə etdik deyib, qarşılamayacaqlarına və pərdəni qaldırmayacaqlarına dair yenidən sözləşdilər. Bir gün İmam Əli Rza (radıyallahü anh) həzrətləri yenə gəldi. Keşikçilər və xidmətçilər yerlərindən qalxdılar və salam verdilər.  Fəqət pərdəni qaldırmaqda yavaş hərəkət etdilər. O sırada Allahü təala bir külək  göndərdi. Külək pərdəni onlardan əvvəl  qaldırdı. İmam Əli Rza içəri girdi. Külək kəsildi. Çölə çıxacağı vaxt təkrar külək əsdi və pərdəni qaldırdı. Keşikçilər bu vəziyyəti görəndə, “Allahü təalanın əziz etdiyi kimsəni, kimsə zəlil edə bilməz” dedilər və ondan sonra hər zamankı adətlərinə davam etdilər.

         Zamanın ən məşhur şairlərindən və fəsihlərindən olan Dabəl ibn Əli əl-Huzai belə anlatmışdır: “Mədaris-ül ayət” qəsidəsini yazdım. O sırada İmam Əli Rza həzrətləri  Xorasanda  Memunun vəliəhdi idi. Qəsidəni hüzurunda oxudum. Çox bəyəndi. Bu qəsidəni məndən iznsiz heç kimin yanında oxuma, buyurdu. Qəsidə yazdığımı Xəlifə Memun eşitmişdi. Məni çağırdı. Halımı, əhvalımı xəbər aldıqdan sonra, Mədaris-ül ayət qəsidəsini oxu, dedi. Üzr bəyan edərək oxumayacağımı söylədim. Nə üçün oxumursan, deyə səbəbini soruşdu. İmam Əli Rza həzrətlərinin, bu qəsidəni ondan xəbərsiz kimsənin yanında oxumamağımı tapşırdığını söylədim. Bunun üzərinə İmam Əli Rza həzrətlərini çağırdılar. Memun ona, ya Əbəl Həsən, Dabəldən Mədaris-ül ayət qəsidəsini oxumasını istədim, oxumadı, deyincə, İmam Əli Rza həzrətləri mənə qəsidəni oxumağımı söylədi.  Qəsidəni oxudum, Memun çox bəyəndi. Və mənə əlli min qızıl pul mükafat verdi. Bu miqdara yaxın miqdar da İmam Əli Rza həzrətləri hədiyyə etdi. İmam Əli Rza həzrətlərinə, əfəndim, öz paltarlarınızdan bağışlamağınızı arzu edirəm, o paltar mənim kəfənim olsun, dedim. Mənə geydiyi köynəklərdən birini və çox gözəl bir dəsmal verdi. Bunları saxla, bunlarla bəlalardan qorunarsan, buyurdu.

          İraqa gedirdim. Quldurlar yolumuzu kəsib karvanımızı soydular. Üzərimdə yalnız köhnə bir köynəyim qalmışdı.  Xüsusilə İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin hədiyyə etdiyi köynəyi və dəsmalı almalarına çox kədərlənmişdim.  Heç bir şeyə bu qədər kədərlənməmişdim.  İmam Əli Rza həzrətlərinin, bunları saxla, bunlarla qorunarsan, dediyini düşünürdüm. Bu sırada baxdım ki, quldurdan biri mənim atıma minmiş və mənim yağışlığımı geyinmişdi. Mənim yanımda dayandı. Bütün karvanın toplanmasını gözləyirdi. Mədaris-ül ayət qəsidəsini oxumağa və ağlamağa başladı. Bir quldurun Rəsulullah əfəndimizin əhli beytini sevməsinə çox heyrət etdim. İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin verdiyi köynəyi və dəsmalı geri versin deyə düşünərək, bu qəsidəni kim söyləmişdir, deyə soruşdum. Sənə nə, sənin bu qəsidə ilə nə işin var, dedi. Mənim bir sirrim var, onu sənə söyləyəcəyəm, dedim. Bu qəsidəni Əli Muhammədin “əhli beyt”in (sallallahü aleyhi və səlləm) şairlərindən Dabəl ibn Əli söyləmişdir, dedi. Vallah Dabəl mənəm, bu qəsidəni mən yazdım, dedim. İnanmadı və karvandakıları çağırıb onlara soruşdu. Bu şəxs Dabeldir, deyə şahidlik etdilər. Bunun üzərinə quldur karvandan aldıqları  bütün əşyaları geri verdi. Sonra bizə rəhbərlik edib təhlükəli yerlərdən keçirtdi. Mən və karvandakılar İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin hədiyyə etdiyi dəsmalın və köynəyin bərəkəti ilə, Allahü təalanın izni ilə bu bəladan xilas olduq və qorunduq”.

 Dabəl ibn Əli əl-Huzainin yazdığı “Mədaris-ül ayət” qəsidəsinin tərcüməsi belədir:

Andıqca Arafatda qaldığımız məkanları,

Axıdıram gözlərimdən damla-damla yaşları.

 

O günləri çox arzu etdim, azaldı səbrim,

Səssiz və kimsəsiz qaldı hər tərəfi bu diyarın.

 

Tilavətdən məhrum ayət oxuyan mədrəsələr,

İndi kimsəsiz qaldı vəhyin endiyi bu yerlər.

 

Əhli beyt kimsəsizdir, Minada Hif məscidi,

Kəbə, Arafat kimsəsiz qaldı, həm Nəbi məscidi.

 

Bu yerlər Əlinin, Hüseynin, Cəfərin diyarı,

Hamzanın, ibadətdən dizi şişən Səccadın yeri.

 

Zülm edə bilməzdi bu diyarda əsla zalımlar,

İndi həmişə zülmlə keçir günlər, həm illər.

 

Abdullahın və Fazılın yeridir bu diyarlar,

Onlar dəvətçi Rəsulun pak sülaləsidirlər.

 

Bu diyarlar namaz qılınan təqva yerləridir,

Oruc, təmizlik, ehsan, yaxşılıq diyarlarıdır.

 

Çox kərə endi Cibrili-Əmin bu diyarlara,

Allahdan salam, mədh gətirdi Rəsulullaha.

 

Vəhyin endiyi, elmlərin qaynağı yerlərdir,

Haqqın, həqiqətin öyrənildiyi diyarlardır.

 

Bu diyarlara seyran edərkən Əhmədi Muxtar,

Özünə vəhyin gəldiyi yerlərdir bu diyar.

 

Hanı ilk sakinləri, dağıtdı bizi ayrılıq,

İndi qürbətlərdə həmişə fani olmuşlar artıq.

 

Rəsulullahın yaxınları, varisləridir onlar,

Böyüklərin en üstünü, ən xeyirlisidir onlar.

 

Onlardır qıtlıqda insanları doyduranlar,

Bu səbəblə bərəkətlə şərəflənəndir onlar.

 

Qəbul olunmaz həm namazlarımız salavatsız,

Olar isək namazlarımızda onlara duasız.

 

Onlardır həm doğru yolun ədalət rəhbərləri,

Onlardır səhvdən qüsurdan nəcat səbəbləri.

 

Rəbbim, ürəyimdə hidayət və bəsirəti artır,

Onlara yaxşılıqda həmişə istəyimi artır.

 

Rəsulullahın diyarı bu yerlər kimsəsiz qalmış,

Ziyadın yurduna bax, başdan başa xoş olmuş.

 

Rəsulullahın diyarının qübbələri çökmüş,

Ziyadın alinin isə köşkləri möhkəm olmuş.

 

Övladı Rəsulu harımi əsir edilir,

Ziyadın ailəsi aman içində yaşayır.

 

Ali Rəsulun boyunlarından qanlar axır,

Ali Ziyad ayaqlarına zinətlər taxır.

 

Rəsulullahın ali quru çöllərdə qalır,

Ziyadın  ailəsi uca  köşklərdə yaşayır.

 

Ey ali  Rəsul və elmin qaynağı olanlar,

Hər nəfəsdə olsun sizlərə daim salamlar.

 

Əmin yaşadım həyatımı sizin vəsilənizlə,

İmanımı qurtarmağı umuram sevginizlə.

 

Bəzi rəvayətlərdə bu qəsidənin əlli beyt olduğu bildirilmişdir. Əhli beytin mübarək qəbirlərindən də bəhs edilmişdir. Dabəl ibn Əli əl-Huzai bu qəsidəni İmam Əli Rza (radıyallahü anh) həzrətlərinə oxuyarkən,

Bağdadda tər-təmiz bir şəxsə aid qəbr vardır,

Haqq təala onu otaqlarda qorumaqdadır.

 

beytinə  gəlincə İmam Əli Rza həzrətləri, “Ey Dabəl!  Bu qismə bir beyt də mən əlavə edim. Qəsidə bu beytlə bitsin”, buyurdu və bu beyti əlavə etdi:

Tusda da qərib halda qalmış bir qəbir olacaq,

Qürbətin ağrısı ta ciyərlərə oturacaq.

 

                   Bunun üzərinə şair Dabəl, “Ey Rəsulullahın nəvəsi, bu qəbir kimin qəbri olacaq?” deyə soruşdu. Buyurdu ki: “O qürbətdə olan qəbir mənim qəbrim olar, bu səbəblə Tus, Əhli beyti sevənlərin gedib gəldiyi yer olacaq.  O qürbətdə kim mənim qəbrimi ziyarət etsə qiyamət günündə əfv edilmiş olaraq yanımda olar”.

                  Kufəli bir şəxs belə anlatmışdır: “Kufədən Xorasana gedirdim. Qızım mənə bir paltar verərək, bunu sat, mənə qiymətli, daş-qaşlı bir üzük al, dedi. Mərv şəhərinə çatanda İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin xidmətçiləri gəldi, səndəki paltarı bizə sat, İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin xidmətçilərindən biri vəfat etdi. Ona kəfən edəcəyik, dedilər. Məndə paltar yoxdur, dedim. Gedib yenə gəldilər. Əfəndimiz sənə salam söyləyir. Qızın sənə bir paltar vermişdi. Onu satıb üzük alacaqsanmış, budur pulunu gətirdik, dedilər. Paltarı onlara satdım. Sonra öz özümə, gedib imamdan bir neçə sual soruşum, baxım nə cavab verəcək, dedim. Bir neçə məsələni kağıza yazdım. Səhər İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin qapısına getdim. İzdihamdan, məsələ soruşmaq bir yana qalsın, özünü belə görə bilmədim. Heyrətlər içində qaldım. Suallarımı soruşum deyə gözləyərkən bir xidmətçi çölə çıxdı, məni adım ilə çağırdı. Bir yazılı kağız  uzadaraq, bu kağızda sənin suallarının cavabları vardır, dedi. Alıb baxdım suallarımın cavabları yazılmışdı”.

                  Benacın əhalisindən bir nəfər belə anlatmışdır: “Rəsulullah əfəndimizi (sallallahü aleyhi və səlləm) yuxuda gördüm. Benaca təşrif etmiş və hacıların yerləşdiyi məsciddə otururdu. Hüzuruna gedib salam verdim.  Önlərində xurma yarpaqlarından düzəldilmiş bir qabın içində seyhani xurmaları vardı. Mənə bir ovuc verdilər. Saydım on yeddi xurma vardı. Öz-özümə, on yeddi il ömrüm qalmışdır, deyə təbir etdim. İyirmi gün sonra İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin o məscidə gəldiyini eşitdim. Dərhal hüzuruna getdim. Yuxuda gördüyüm kimi, Rəsulullah əfəndimizin oturduğu yerdə oturmuşdu.  Önündə bir qab xurma vardı. Salam verdim, məni yanına çağırdı və bir ovuc xurma verdi. Saydım on yeddi dənə idi. Ey Rəsulullahın nəvəsi,  bir az xurma daha istəyirəm, dedim. Rəsulullah əfəndimiz daha çox verdisə, məndə verim, buyurdu”.

                  Bir tələbəsi belə anlatmışdır: “Ziyad ibn Salt mənə dedi ki, İmam Əli Rzadan (radıyallahü anh) hüzuruna girməyim  üçün izin istə. Ümid edirəm ki, öz paltarlarından bir paltar mənə geydirər, adına təyin olunmuş axçalardan bir neçə axça verər, dedi. Tələbəsi hüzuruna girib icazə istəmək üçün hələ sözə başlamadan, Ziyad ibn Salt içəri girmək istəyir, məndən paltarını və öz adıma təyin edilmiş axçalardan verməyimi ümid edir. Gəlsin, buyurdu. Ziyad ibn Salt hüzuruna girdi.  Bir paltar və otuz axça verdi.

                  Kirman yolunda quldurlar bir tacirin yolunu kəsdilər. Ağzını qar ilə doldurdular.  Bu səbəblə tacir danışmaqda çətinlik çəkərdi. Xorasana getdi. Orada İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin  Nişapurda olduğunu xəbər aldı. Öz-özünə, O Əhli beyti- nəbəvidəndir. Rəsulullahın nəvəsidir. Hüzuruna gedim, dilimə bir dərman söyləyər, deyə düşündü. O gecə yuxusunda İmam Əli Rza (radıyallahü anh) həzrətlərini gördü.   Hüzuruna gedib şəfa üçün dərman istədi. “Kimyon (ədviyyat), kəklikotu, duzu su ilə qarışdır. Ağzını o su ilə üç dəfə çalxala. Şəfa taparsan” buyurdu. Oyanınca gördüyü yuxuya əhəmiyyət vermədi. Nişapura getdi. İmam Əli Rza (radıyallahü anh) şəhərdən çıxmış, bir yerdə qalmışdı. Tacir hüzuruna çatıb halını anlatdı. Fəqət  yuxusunu söyləmədi. İmam Əli Rza (radıyallahü anh) tacirə, “sənin dərmanını yuxunda söylədim” buyurdu. Tacir, “Ey Rəsulullahın nəvəsi, bir dəfə də sizdən eşitmək istəyirəm” dedi. Bunun  üzərinə, “Bir miqdar kimyon, kəklikotu və duzu su ilə qarışdır. İki-üç dəfə ağzında çalxala, şəfa taparsan” buyurdu. Tacir bu dərmanı düzəldib  istifadə etdi və şəfa tapdı.

                  İmam Əli Rza (radıyallahü anh) həzrətləri bir gün, bir şəxsə baxdı. “Ey Allahü təalanın qulu, dilədiyin şeyləri vəsiyyət et.  Kimsənin xilas ola bilmədiyi şeyə hazırlan” buyurdu. O şəxs üç gün sonra vəfat etdi.

                  Əbu İsmayıl Sindi belə anlatmışdır: “İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin hüzuruna getdim. Ərəbcə bir söz belə bilmədiyim üçün sind dilində salam verdim.  Salamıma sind dilində cavab verdi. Bəzi suallar soruşdum. Hamısına sind dilində cavab verdi.  Sonra, “mən ərəb dilini bilmirəm, dua buyurun Allahü təala mənə Ərəb dilini ilham etsin” dedim. Mübarək əlini dodaqlarıma sürtdü. Dərhal Ərəbcə danışmağa başladım”.

                  Bir şəxs belə anlatmışdır: “Həccə gedirdim. Cariyəm mənim üçün iki qalın parçadan paltar hazırlamışdı. Ehrama girmək zamanı gəlincə, bunlarla ehram caizdirmi, yoxsa deyildir, deyə şübhəyə düşdüm. Ehtiyat üçün başqa ehram geyindim. Məkkəyə çatanda İmam Əli Rza (radıyallahü anh) həzrətlərinə bir məktub yazdım. Məktubla birlikdə bəzi hədiyyələr göndərdim. Lakin cariyəmin hazırladığı o qalın parçalarla ehramın caiz olub olmadığını soruşmağı unutdum. Bir müddət sonra məktubun cavabı gəldi. O qalın parçalarla ehramın caiz olduğu məktubun sonunda  yazılmışdı.

                  Bir kimsə belə anlatmışdır: “Bir gün İmam Əli Rza (radıyallahü anh) həzrətləri ilə bir evin divarının dibində otururduq. Söhbət edirdik. Birdən bir sərçə gəlib, özünü onun önünə atdı. Cəh-cəh başladı. Həyəcanlı bir halı vardı.  İmam Əli Rza (radıyallahü anh) həzrətləri, “Bu sərçə nə deyir, bilirsənmi, buyurdu. Mən də, Allahu təala, Onun Rəsulu və Rəsulullahın nəvəsi, siz daha yaxşı bilərsiniz, dedim.  Sərçə bu evdə bir  ilan olduğunu və balalarını yeyəcəyini söyləyir. Qalx evə gir və ilanı öldür, buyurdu.  Evə girdim, içəridə bir ilan gəzirdi. Onu öldürdüm”.

                  Bir kimsə belə anlatmışdır: “Xanımım hamilə idi. İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin hüzuruna getdim. Dua buyurun, bir oğlum olsun, dedim.  Xanımın iki uşağa hamilədir, buyurdu. Ayrılıb gedərkən birinə Muhamməd birinə də Əli adını qoyum deyə düşündüm. İmam Əli Rza (radıyallahü anh) həzrətləri  məni çağırdı, birinə  Əli adını ver,  birinə də Ümmü Amr adını qoy, buyurdu. Uşaqlar doğuldu. Biri oğlan biri qız idi. Adlarını Əli və Ümmü Amr qoydum. Bir gün anama, Ümmü Amr kimin adıdır, deyə soruşdum, anamın adıdır, dedi”.

                  Bir şəxs belə anlatmışdır: “Xorasanda İmam Əli Rza (radıyallahü anh) həzrətlərindən eşitdim. Buyurdu ki, Mədinədən məni çağırırlar. Bütün uşaqlarımı yığıb mənim üçün ağlamamalarını söylədim. Sonra on iki min qızıl pulu aralarında bölüşdürdüm. Artıq bundan sonra sizə dönməyəcəm, dedim”.

Memun, İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin xəlifə olması üçün təklif etdi. İmam Əli Rza (radıyallahü anh) həzrətləri qəbul etmədi. Bu tələb iki ay davam etdi.  Sonunda təhdid halını aldı. Beləcə qəbul etdi. İmam Əli Rza (radıyallahü anh) həzrətləri bir yazı yazıb, o yazının sonunda  bunları yazdı: “Cəfr və  camia kitabları bunun ziddini göstərir. Lakin bu iş elmdə olmadan gerçəkləşdi” buyurdu və məali-şərifi, “Mənə və sizə nə ediləcəyini bilmirəm” olan Əhqaf surəsinin 9-cu ayəsini və məali-şərifi, “Hökm ancaq Allahındır, O Haqqı anladır, O hökm verənlərin xeyirlisidir” olan Ənam surəsi, 57-ci ayəsini oxudu. “Xəlifənin əmrinə tabe oldum, Allahü təala məni və sizi qorusun” buyurdu.

                  Əbüssalt belə anlatmışdır: “Bir gün İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin hüzurunda idim. Mənə, bu gördüyün qübbə Harun Rəşidin türbəsidir. Onun dörd tərəfindən mənə torpaq gətir, buyurdu. Gedib gətirdim. Torpağı iylədi və yaxında burada mənim üçün bir qəbir qazacaqlar. Bir daş görünəcək. Onu çıxarmaq üçün Xorasanın bütün külünglərini gətirəcəklər. Lakin yenə çıxara bilməyəcəklər. Sonra filan yerdən torpaq gətir, buyurdu. Gedib gətirdim.  Oranı göstərərək, mənim qəbirimi burada qazın. Qəbrin ortasını yarın məni içinə qoymayın. Qəbrim dərin olsun və lahd edin, iki zira (1 zira 48 sm) və bir qarış olsun. Allahü təala onu istədiyi qədər genişlədir, buyurdu. Sonra, qəbrimin baş tərəfində bir nəmlik görünəcəkdir. Sənə öyrətdiyim duanı oxu. Oradan bir su qaynayıb çıxacaq. Lahd su ilə dolacaq. Suyun içində kiçik balıqlar görəcəksən. Sənə bu çörəyi verirəm.  Xırda-xırda parçalayıb suya at. O balıqlar bu parçaların hamısını yeyəcəklər.  Sonra böyük bir balıq çıxacaq. Bütün kiçik balıqları yeyəcək və itəcək. O zaman cənazəmi suyun içinə qoyun. Öyrətdiyim şeyləri oxu. Su azalar və heç qalmaz. Xəlifə Memun da bunları görəcək, buyurdu. Sonra, sabah Memunun yanına gedəcəyəm, onun yanından çölə çıxdığım vaxt başım örtülü isə mənimlə danışma, başım açıq isə danış, buyurdu. Səhər də paltarlarını geyinmiş vəziyyətdə gözləyirdi. Memunun xidmətçisi gəlib çağırdı.  Memunun yanına getdi. Memunun önündə qablar içində meyvələr vardı. Və əlindəki bir üzüm salxımından yeyirdi. İmam Əli Rza (radıyallahü anh) həzrətlərini görəndə yerindən sıçrayıb qucaqlaşdı. Və gözlərinin arasını öpüb yanına oturtdu. Memun əlindəki üzümü İmam Əli Rza (radıyallahü anh) həzrətlərinə verib, bunun kimi gözəl üzüm gördünmü, dedi. İmam Əli Rza (radıyallahü anh) həzrətləri isə, nəfis üzüm Cənnətdədir, buyrdu. Memun, bu üzümdən yeyin, dedi. İmam Əli Rza həzrətləri, məni üzrlü hesab edin, dedi.  Memun təkid edərək, üzrünüz nədir? Bizi töhmət altında buraxırsınız, deyincə üzüm salxımından bir az yedi. Bəziləri üzümdən bir neçə dənəsini yedi demişdir. Sonra üzümü buraxıb qalxdı. Memun, hara gedirsiniz, deyə soruşduqda, göndərdiyin yerə gedirəm, buyurdu.  Mübarək başına bir şey örtmüş halda çölə çıxdı. Onunla danışmadıq. Evinə getdi və əmri üzrə qapısı kilidləndi. Yatağına uzandı. Mən evin içində kədərli bir halda dayanırdım. O sırada İmam Əli Rza (radıyallahü anh) həzrətlərinə çox bənzəyən, gözəl üzlü, müşk qoxulu bir gənc içəri girdi. Yanına qaçdım, qapı kilidli idi. Haradan girdin, dedim. Məni Mədinədən bura bir saata gətirən içəri aldı. Mən Hüccətullah Muhamməd ibn Əlinin atasının yanına girərkən, mənə sən də gir deyə söylədi, dedi. İmam Əli Rza (radıyallahü anh) həzrətləri onu görüncə yerindən qalxdı, qucaqlayıb bağrına basdı və iki gözünün arasından öpdü. O da üzünü, atasının üzünə qoyub, gizlicə bir şeylər danışdılar.   Mən anlaya bilmədim.  Sonra İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin dodaqlarının üstündə qardan ağ bir köpük gördüm. Sonra əlini İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin paltarıyla sinəsi arasına saldı. Sərçə kimi bir şey çıxarıb uddu. İmam Əli Rza (radıyallahü anh) həzrətləri özündən keçib vəfat etdi”.

               Muhamməd ibn Əli həzrətləri  mənə, “Ey Əbussalt, qalx anbardan su və taxta gətir” dedi.  “Orada su, taxta yoxdur” dedim.  “Sənə dediklərimi elə” dedi gedib su və taxta tapıb gətirdim.  “Yumaq üçün kömək edim” dedim.   “Mənə kömək edən vardır” buyurdu. Özü cənazəni yudu. Sonra mənə, “anbarda bir şkafda kəfən və hanut (meyitin iylənməməsi üçün vurulan ətir), gözəl qoxu var, gətir” buyurdu. Gedib gətirdim. Kəfənlədi. “Tabut gətir” buyurdu, dülgərə düzəltdirmək istədim, “anbarda var” buyurdu. Gedib baxdım, heç bənzərini görmədiyim bir tabut gördüm. Alıb gətirdim. Cənazəni tabuta qoydu və iki rükət namaz qıldı. O hələ namazını bitirmədən tabut yüksəldi, evin damı yarılıb oradan yuxarı çıxdı. Muhamməd ibn Əli həzrətlərinə “indi xəlifə Memun gəlsə nə edərik” dedim. “Sakit ol. Tabut bir az sonra geri gələr. Bir peyğəmbər şərqdə və vasisi qərbdə vəfat etsə, Allahü təala onların bədənlərini və ruhlarını bir yerə gətirər” buyurdu. Hələ sözlərini bitirmədən evin damı yarıldı tabut aşağı endi. Tabutdan İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin cənazəsini çıxarıb yatağına yatırdı. Sanki təchiz və təkvin kimi şeylər edilməmişdi. Sonra “Qapını aç” buyurdu. Qapını açdım. Memun və xidmətçiləri qapıda idilər. İçəri girdilər. Hamısı kədərlənir və ağlayırdı. Və saçlarını başlarını yolurdular. Memun, “ey əfəndimiz, sənə nə oldu ey əfəndim” deyirdi.

              Sonra təhciz və təkvin işləri ilə məşğul oldular. Qəbrini qazmağa başladılar. Qəbir qazılarkən mən orada idim. İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin söylədiklərinin hamısı baş verdi. Memun, onun  qəbrindəki suyu və balıqları görüncə, “həyatında kəramət göstərdiyi kimi vəfatında da göstərir” dedi. Memunun yaxınlarından biri, “bu nəyə işarədir, bilirsənmi?” dedi. Və sözlərinə belə davam etdi, “Buna işarədir ki, Abbas oğulları, sizin mülkünüz hər nə qədər çox olsa da və uzun müddət davam etsə də kiçik balıqlar kimidir. Əcəlləriniz gəldiyi və əsərlərinizin bitmə vaxtı yaxınlaşınca Allahü təala bizdən sizin üzərinizə bir adam müsəllət edər və sizi yox edər”. Memun, “doğru söyləyirsən” dedi.

            İmam Əli Rza (radıyallahü anh) həzrətləri dəfn edildikdən sonra Memun mənə, “Qəbirdə oxuduğun şeyləri mənə də öyrət” dedi. “Onları unutdum” dedim. Həqiqətən unutmuşdum. Bunun üzərinə məni həbsə atmalarını əmr etdi. Bir il həbsdə qaldım. Çox sıxıldım və “Ya Rəbb, Muhamməd əleyhissəlamın və onun təmiz əhli beytinin hörmətinə məni qurtar” deyə dua etdim. Hələ duamı bitirməmişdim ki, İmam Əli Rza (radıyallahü anh) həzrətləri içəri girdi, “Könlün sıxldımı ey Əbu Salt?” buyurdu. “Bəli, vallahi sıxıldı” dedim. Mübarək əlini bağlı olduğum bağlara toxundurdu. “Qalx, çölə çıx” buyurdu. Bütün bağlar çözüldü. Əlimdən tutdu. Çölə çıxdıq. Həbsxananın gözətçiləri məni gördülər ancaq  bir şey söyləyə bilmədilər. Sonra İmam Əli Rza (radıyallahü anh) həzrətləri mənə, “get, Allahü təalanın amanında ol. Sən Memuna rast gəlməzsən, o da səni tapa bilməz” buyurdu. Bu zamana qədər Memunu görmədim.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину