Facebook Twitter WhatsApp

Həzrəti İmam Əskəri Həsən İbn Əli (radıyallahu anhüm)

          İmam Hadi Əli ibn Muhammədin (radıyallahü anhüm) oğludur. On iki imamın on birincisidir. Adı Həsəndir. Künyəsi Əbu Muhamməd, ləqəbləri, Zəki, Xalis və Siracdır.  Əskəri ləqəbiylə məşhurdur. Anası cariyə olub, adı Sevsən idi. Başqa adının olduğu da bildirilmişdir və  İmam Hadi ona Hədis adını qoymuşdur.

         İmam Əskəri (radıyallahü anh) hicrətin 231-ci ilində Mədinədə  doğuldu. Doğumunun  hicri 232-ci il olduğu da deyilmişdir.  Hicrətin 260-cı ilində  Sermənrayda vəfat etdi.  Qəbri atasının qəbrinin yanındadır.  Kəramətləri saysızdır.

         Muhamməd ibn Əli ibn İbrahim ibn Cəfər belə  anlatmışdır: “Dolanışıq çətinliyi çəkirdik. Atam mənə bir gün, oğlum, İmam Əskəri Həsən ibn Əlinin (radıyallahü anh)  hüzuruna gedək. Onun çox comərd olduğunu söyləyirlər. Onu heç gördünmü, dedi. Xeyr, heç görmədim, dedim. Sonra, İmam Əskəri həzrətlərinin hüzuruna getmək üçün yola  çıxdıq. Yolda gedərkən atam İmam Əskəri həzrətləri bizə  beş yüz axça versə, iki yüz axça ilə bir paltar, iki yüz axça ilə un  və yüz axça ilə də digər  ehtiyaclarımızı alarıq, dedi. Mən də, mənə üç yüz axça versə, yüzü ilə bir paltar, yüzü ilə yemək və yüz axça ilə də bir ulaq alıb, Kuhistan tərərə gedərdim, dedim. İmam Əskərinin (radıyallahü anh)  qapısının önünə çatdıq.  Daha kimsəylə bir şey danışmadan, içəridən bir xidmətçi çıxdı.  Əli ibn İbrahim və oğlu Muhamməd içəri girsin deyə, bizi adımızı söyləyərək çağırdı. İçəri girib İmam Əskəri (radıyallahü anh) həzrətlərinə salam verdik. Atama indiyə qədər nə üçün gəlmədin, buyurdu. Atam bu halla hüzurunuza gəlməyə utandım, dedi. Sonra hüzurundan ayrılıb çölə çıxdığımız zaman, arxamızdan bir xidmətçi gəldi. Atama bir kisə verdi və bunun içində beş yüz axça var, dedi. Sonra bir kisə də mənə verdi. Bunda da üç yüz axça vardır. Yüz axça paltar üçün, yüz axça yemək üçün, yüz axça da ulaq puludur. Fəqət, Kuhistana getmə, filan yerə get, dedi. Söylədiyi yerə  getdim. O gün evləndim və iki min  dinara sahib oldum”.

         Bir kimsə belə anlatmışdır:  “Atam baytar idi.  İmam Əskəri həzrətlərinin heyvanlarına baxardı.  Xəlifə Müstəinin bir qatırı vardı.  Minmək deyil, baxanlardan heç kim ona yəhər qoya bilmirdi.  Xəlifənin yaxın dostlarından biri, bu qatırı İmam Əskəri Həsən ibn Əliyə  (radıyallahü anh)  aparsın. Ya bunu tərbiyə edib minik vəziyyətə gətirər və ya qatır onu həlak edər, dedi.  Xəlifə, İmam Əskəri həzrətlərini çağırdı.  Gəlib sarayın qapısından içəri girincə, qatırı həyətə çıxartdılar.  İmam Əskəri (radıyallahü anh)  qatıra yaxınlaşıb,  mübarək əli ilə belini sığalladı.  Qatır  tərlədi.  Sonra  xəlifə Müstəinin yanına getdi. Xəlifə ona hörmət göstərdi və yanına oturtdu.  Sonra, bu qatıra bir yüyən tax, dedi. İmam Əskəri həzrətləri də atama, bu qatıra bir yüyən tax, dedi.  Xəlifə ona yüyənləri sən tax,  dedikdə,  başındakı parçanı çıxarıb qoydu və qatıra yüyən taxdı.  Sonra gəlib yerinə oturdu.  Xəlifə, bu qatıra bir də yəhər qoy, dedi.  İmam Əskəri (radıyallahü anh) yenə atama,  bu qatıra yəhər qoy deyincə, xəlifə, yəhəri də sən qoy, dedi. Təkrar yerindən qalxıb qatıra yəhər qoydu.  Xəlifə bu səfər,  nə olar ona bir min, dedi.  İmam Əskəri həzrətləri qatıra minib  sarayın həyətində  gəzdi.  Qatır heç itaətsizlik etmədi.  Sonra qatırdan endi. Xəlifə, bu qatırı necədir, deyə soruşduqda, bundan daha yaxşısını görmədim, dedi.  Xəlifə o qatırı İmam Əskəri həzrətlərinə hədiyyə etdi.  O da  atama bunu tut apar, buyurdu.  Atam qatırı alıb apardı. Qatır  heç itaətsizlik etmədi”.

           Bir kimsə belə anlatmışdır: “İmam Əskərinin (radıyallahü anh)  hüzurunda  kasıblıqdan şikayət etdim.  Əlində bir qırmanc vardı.  Onunla yeri qazdı.  Beş yüz dinar qiymətində bir qəlib külçə qızıl çıxarıb mənə verdi”.

         Yenə bir kimsə belə anlatmışdır: “Zindanda həbsdə idim.  İmam Əskəri həzrətlərinə (radıyallahü anh) bir məktub yazıb zindanın darlığından və məni bağladıqları zəncirlərin ağırlığından şikayət etdim. Dolanışıq çətinliyi də çəkdiyimi yazacaqdım. Fəqət, bunu yazmağa utandım. Məktubumun cavabı olaraq, bu gün zöhr namazını evində qılacaqsan  deyə, yazmışdı. O gün günorta vaxtı məni sərbəst buraxdılar və zöhr namazını evimdə qıldım. Sonra bir də baxdım ki,  İmam Əskəri həzrətlərinin bir xidmətçisi mənə yüz dinar və bir məktub gətirdi. Məktubda nə zaman bir ehtiyacın olarsa istə, utanma! İstədiyin şeyə Allahü təalanın izni ilə qovuşarsan, deyə yazılı idi”.

         Bir şəxs belə anlatmışdır: “İmam Əskəriyə (radıyallahü anh) məktub yazaraq bir məsələ soruşdum. Bir cür qızdırma xəstəliyinin çarəsini də soruşacaqdım. Onu yazmağı unutdum.  Mənə yazdığı cavabda, ayrıca qızdırma xəstəliyini də soruşacağımı, fəqət, unutduğumu yazaraq  məali-şərifi  “Ey atəş, İbrahim üzərinə soyuq və salamat ol” olan  Ənbiya surəsi 69-cu ayəti-kəriməsini də yazıb qızdırmalı xəstənin boynuna asmamı əmr buyurub.  Buyurduğu kimi etdim. Xəstə şəfa tapdı”.

         Bir şəxs belə anlatmışdır: “İmam Əskərinin (radıyallahü anh)  hüzurunda otururdum.  Gözəl üzlü bir gənc içəri girdi.  Öz özümə, əcəba bu kimdir, deyə maraq etdim. İmam Əskəri (radıyallahü anh) bu gənc Ümmü Qanimin oğludur. Bütün babalarımın üzükləri ilə  möhürlədikləri daşın sahibidir. O daşa mənim də möhür vurmağım üçün gəldi, buyurdu.  Sonra o gəncə, daşı ver, dedi. Gənc daşı çıxarıb verincə üzüyünü daşın möhürsüz və düz bir yerinə basdı. Möhür meydana çıxdı. Açıq olaraq Həsən ibn Əli yazılmış olduğunu gördüm. O gənc çıxıb getdikdən sonra, siz daim bu kimsəni görürdünüzmü, deyə soruşdum. Vallahi uzun vaxtdır onu görməyə arzu edirdim. İndi gəldi və onu gördüm.  Daha əvvəl görməmişdim. Haydı get dedilər, gəldim dedi, buyurdu”.

         Bir kimsə belə anlatmışdır: “İmam Əskəri (radıyallahü anh) bir məktub yazdım və  mişkatın mənasını soruşdum. Xanımım hamilə idi.  Xeyir-dua etməsini və uşağa bir ad verməsini istədim. Məktubun cavabında,  Mişkat, Muhamməd əleyhissalamın mübarək ürəyidir, deyə yazmışdı. Xanımımın və uşağın halından bir şey yazmamışlar. Yalnız  məktubun sonunda, Allahü təala sənə böyük əcr və sonra bir övlad versin, deyə yazmışdılar.  Uşağım ölü doğuldu.  Sonra bir oğlum oldu”.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину