Facebook Twitter WhatsApp

Şeyx Amr Rəbbani

 

   Övliyanın böyüklərindəndir. Adı Şeyx Amr Rəbbanidir. Şirvan şəhərində doğuldu. Doğum tarixi bilinmir. 1444-cü (hicri 848) ildə Şirvanda vəfat etdi. Qəbri-şərifi Şirvandadır.

     Amr Rəbbani əvvəl Şirvanda, sonra da uzun illər Bağdadda elm təhsil aldı. Çox ağıllı idi. Bir şeyi qısa zamanda oxuyar, anlayar və əzbərləyərdi. Elmdə mahir, bacarıqlı olduğu kimi müxtəlif sənətləri də bilərdi. Bir gün öz-özünə; “Ey Amr! Sən bu dərəcə zəkalı və bacarıqlısan.  Öyrənmədiyin əqli elm qalmadı. Ancaq təsəvvüf deyilən könül və ürək elmlərindən heç xəbərin yoxdur. Üstəlik onu öyrənmək üçün də heç səy göstərmirsən” dedi.  Dərhal hazırlanıb adını eşitdiyi Mirim Xəlvəti həzrətlərinin dərgahına getdi. Orada Mirim həzrətlərinin söhbətini dinlədi. Ancaq deyilənlər ağlına uyğun gəlmədi və oradan ayrıldı. Onun bu halını Mirim Xəlvəti həzrətlərinə xəbər verdiklərində; “Görüşərik” buyurdular. Bir müddət sonra Amr Rəbbani Hərat şəhərinə gəldi. O sırada Mirim Xəlvəti həzrətləri də Küləbaddan Hərata gəlib və orada bəzi işlərini görmüşdü. Tam şəhərdən ayrılacağı vaxt Amra rast gəldi və; “Ey Amr! Sənin istədiyin şey bizdədir. Bizə gedək. Ola ki, irşad olarsan, qəlbin açılar” buyurdu. Amr Rəbbani də etiraz etməyib birlikdə Mirim Xəlvəti həzrətlərinin dərgahına gəldilər. Orada qəlb gözü açıldı və ona tələbə oldu. Nəfsi ilə çox məşğul olub tərbiyəsi üçün çalışdı. Bu səyləri nəticəsində mənəvi elmlərdə yüksək məqamlara qovuşdu. Buyurduqları eynilə ortaya çıxar, nə istəsə Cənabı-Haqq ona verərdi. Bu üstünlük halları özünə soruşulduğu vaxt, “Bu Allahü təalanın ehsanı, söylədiyim şeylər eynilə çıxır” buyurardı.

      Özü anladır: “Əvvəllər düyü unundan bişirilmiş bir yeməyi üç gündə bir yeyərdim. Başqa şeylər yeməzdim. Bir gün səmanı seyrinə daldım. O vaxt qəlbim açıldı. Çünki xocam yanıma gəlmişdi. Bir nur sağ qulağımdan girib digərindən çıxdı və hər yeri günəş kimi işıqlandırdı. Dünya önümə sərildi. Sanki bir qab içində önümə gəlmişdi. Bundan sonra kimin bir işi olsa onu həll etməyə, ona kömək etməyə çalışdım.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину