Facebook Twitter WhatsApp

Seyid Yəhya Şirvani

Seyid Yəhya Şirvani

Böyük vəlilərdəndir. Adı Yəhya ibn Bəhaəddindir. Seyid olub soyu Peyğəmbər Əfəndimizə çatır. Şirvanda  doğuldu. Doğum tarixi bilinmir. 1464-cü il (hicri 868) tarixində vəfat  etdi. Qəbiri-şərifi Bakıda, Şirvanşahlar sarayındadır.

Seyid Yəhya Şirvani uşaqlıqda fövqəladə ədəb və əxlaq sahibi bir uşaq idi. Bir gün yoldaşları ilə oyun oynayarkən, övliyanın böyüklərindən İzzəddin Xəlvətinin oğlu ilə Sədrəddin Xəlvətinin kürəkəni olan Pirzadə həzrətləri onu gördülər. Uşağı bir müddət seyr etdikdən sonra bir-birlərinə: “Allahü təala bu uşağa babalarının ədəbini, yetkinliyini və gözəl xasiyyətini lütf etmişdir. Dua edək ki, Xəlvəti yolunun  feyz və bacarıqlarına qovuşsun” dedilər. Əl açıb Cənab Haqqa yalvarıb uzun-uzun dua etdilər. O gecə Seyid Yəhya yuxusunda Rəsulullah Əfəndimizi gördü. Sevimli Peyğəmbərimiz:  “Övladım Yəhya! Xəlvəti yolunun böyüklərindən olan Sədrəddinə get. Onun söhbəti və xidməti ilə şərəflən!” buyurdu. Səhər olduqda yaşının kiçikliyinə baxmadan Sədrəddin Xəlvətinin hüzuruna can atdı. Onun tərbiyəsi altında elm öyrənməyə başladı. Qısa zamanda xocasının feyz və bərəkətləri ilə, elmdə və təsəvvüf yolunda çox yüksək dərəcələrə çatdı.

Seyid Yəhya Şirvani daha uşaq ikən onda qəribə hallar görüldü. Bir gün anası ilə birlikdə şəhərdən gedirdilər. Birdən bir şəxs gəldi. Yəhya Şirvaninin əlindən tutdu. Havaya yüksəlib gözdən itdilər. Bu halı görən anasının ürəyinə qorxu düşdü. Kədərlənib ağlamağa başladı. Çarəsiz qalıb heç bir yerə gedə bilmədi. Çaşqınlıq içində nə edəcəyini bilmədi. Bir də baxdı ki, bir az sonra oğlu Seyid Yəhya Şirvani yanında dayanır. Qovuşmanın sevinc və çaşqınlığı ilə oğluna: “Oğul, hara getdiniz? Mən kədərdən öləcəkdim!” dedi. Seyid Yəhya da: “Bir yerə getdik. Orada bu dinin məşhur şəxslərdən bir çox kimsə vardı. Məni aralarına aldılar. Hamısı məni tərif  etdi. Xeyir-dua etdilər. İçlərindən biri ayağa qalxıb bunu (Yəhya Şirvanini) mənə satın dedi. Məni ona təslim etdilər. O şəxs mənə, indi ananın yanına get. Mən səni yenə taparam, dedi. Bunun üzərinə özümü burada gördüm” dedi.

Seyid Yəhya həzrətləri yaraşıqlı və gözəl əxlaq sahibiydi. Üzü nur kimi parlayardı. Bir gün dərgahda ibadət etdiyi xüsusi otağından çıxdı. Anasının və atasının ziyarətinə getmək istədi. Yolda gedərkən bəzi kimsələr ona doğru olmayan sözlər danışaraq onu üzdülər. Seyid Yəhya evinə getməkdən vaz keçib dərgaha  qayıtdı. Xocası onun bu kədərli halını görüncə: “Övladım! Nə üçün  belə üzgünsən?” deyə soruşdu. O da olanları anlatdı. O zaman Sədrəddin həzrətləri: “Yaxında həlak olarlar” buyurdu. Həqiqətən çox keçmədən  Seyidzadəni üzənlərin vəfat xəbərləri gəldi.

Seyid Yəhyanın atası  Seyid Bəhaəddin  əvvəllər Şeyx Sədrəddin  həzrətlərinin və oğlu  Yəhyanın  üstün hallarını anlaya bilməmişdi. Bu səbəblə onları sınağa çəkməyi düşündü. Bir gün oğluna: “Oğlum Yəhya!  Yağış yağmadı.  Əkinlərimiz qurudu. Nə olar bir dua et tarlalarımız sulansın” dedi. O da: “Atacan! Onda elə indi sən Allahü təalaya: “Oğlum Seyid Yəhyanın sənə olan yaxınlığı hörmətinə yağış ehsan et deyə dua et, dedi. Bunun üzərinə atası: “Ya Rəbbi! Oğlumun sənə olan yaxınlığı hörmətinə mənə yağış ver” deyə dua  etdi. Dərhal yağış yağmağa başladı. Yalnız ona aid olan tarlalar sulandı. Heyrətlər işində qalıb təkrar oğluna: “Oğlum! Məqsəd hasil oldu. Fəqət başqalarına bir fayda olmadı. Səbəbi nədir?” deyə soruşdu. Bunun üzərinə Seyid Yəhya həzrətləri: “Atacan!  Duanda başqalarını da yad etsəydin o da olardı. Müsəlmanları da birlikdə söyləməmiz lazım” buyurdu.

Bir gün Seyid Yəhya həzrətləri xəstələndi, evindən çıxa bilmədi. Atası və anası bu vəziyyətə çox üzüldülər. Seyid Yəhya bu vəziyyətdə otağında yatarkən birdən qarşısında xocası Şeyx Sədrəddin həzrətlərini gördü. Ona xitabən: “Nə yatırsan oğul, qalx ayağa!” dedi. Əlindən tutub ayağa qaldırdı, sonra gözdən itdi. Seyid Yəhyanın xəstəliyi tamamilə kəsilmişdi. Xocasının gəlməsini və Yəhyanın yaxşılaşmasını xidmətçilərdən biri gördü və gedib Seyid Bəhaəddinə xəbər vedi. Seyid Bəhaəddin oğlunun yanına gəldiyi zaman həqiqətən onun xəstəliyinin keçdiyini gördü. Sonra: “Bu sənin xocan alim və kəramət əhli kimi yaşayır, nə üçün düz yollar var ikən görünmədən gəlir?” dedi. Seyid Yəhya da: “Atacan! Səbəbi yolların  tikanlı olmasıdır. Tikanlar mübarək ayaqlarını yara edər” dedi. Bunun üzərinə atası: “Yollar da tikan yoxdur axı” dedi. Seyid Yəhya: “Sizin inkar  tikanlarınız var axı!” deyə cavab verdi. Bu söz üzərinə Seyid Bəhaəddin oğlu Seyid Yəhyanın arxasına düşüb Sədrəddin həzrətlərinin hüzuruna getdi. Etirazına tövbə etdi. Sadiq tələbələrindən oldu.

Sədrəddin həzrətləri də Seyid Bəhaəddinin nəfsini qırmaq üçün bir il Seyid Yəhyanın əmrini dinləməsini söylədi. Seyid Yəhya bu barədə: “Bu bir il mənə elə çətin gəldi ki, həlak olacaqdım” buyurdu. Bir il sonra Sədrəddin həzrətləri Seyid Yəhyaya ata-oğul münasibətlərinə görə hərəkət edib atasının əmrini dinləməsini söylədi. Seyid Yəhya Şirvani bir zaman  sonra Sədrəddin Xəlvətinin kürəkəni oldu.

Seyid Yəhya həzrətləri, Şeyx Sədrəddin həzrətləri həyatda olduğu müddətcə ona canla, başla xidmət etdi. Şeyx Sədrəddin həzrətləri vəfat etmədən əvvəl bütün tələbələrini və sevdiklərini yığıb onlardan söz aldı və Seyid Yəhyaya tabe olmalarını bildirdi. Seyid Yəhya həzrətləri xocasının vəfatından sonra Şamaxıda, sonra da Bakıya gedərək orada yaşadı. On mindən çox tələbəsi oldu. Bunlardan üç yüz altmışı övliyalığın yüksək dərəcələrinə qovuşdu.

İbrahim Gülşəni anladır: “Seyid Yəhya həzrətləri tələbələri ilə birlikdə Bakıdan Şirvana gedərkən bir çapar xəbərçi gəlib, Seyid Yəhya həzrətlərinin arabasının atlarını almaq istədi. Oradakılar da mane olmağa çalışdılar. Lakin xəbərçi onlara fikir verməyib atları arabadan almağa başladı. Tələbələrdən Baba Qütb adında bir nəfər Seyid Yəhya həzrətlərinə xitabən: “Əfəndim!  Siz nə üçün bir şey demirsiniz?” deyib arabanın bir ağacını aldı və xəbərçini döyməyə başladı. Seyid Yəhya həzrətləri, burax, dedisə də Baba Qütb fikir verməyib xəbərçini döyməyə davam etdi. Nəticədə xəbərçi oradakılara: “Sizin rəisiniz kimdir?” deyə qışqırdıqda, oradakılar: “Seyid Yəhya həzrətləridir” dedilər.  Həmin adam dərhal Seyid Yəhya həzrətlərinin yanına gedib peşman olduğunu ərz etdi və əfv dilədi. Seyid həzrətləri onu bağışlayıb dua etdi. Sonra xəbərçi oradan ayrıldı. O zaman Seyid Yəhya həzrətləri  Baba Qütbə dönüb: “Otuz ildir yanımıza gəlib gedirsən. Lakin bir tük qədər bizdən istifadə etməmisən” buyuraraq danladı. Sonradan Seyid Yəhya həzrətləri sözünü dinləməyənlərə Baba Qütbün bu hadisəsini örnək verərdi.

Seyid Yəhya həzrətləri çox isti aylarda azuqəsiz və susus səhralara çıxar, orada günlərcə qalar, ibadətlə məşğul olardı. Xəlvət, tək olaraq tənha bir yerdə qalmaq və ibadət etmək, dəyişməz xüsusiyyətlərindən idi.

Şeyx Mənsur anladır: “Bir gün Seyid Yəhya həzrətləri ilə birlikdə yalnız olaraq qırx günlük bir ibadətə başladıq. Onun on iki gündə bir dəstəmaz yenilədiyinə və üç dəfə iftar etdiyinə şahid oldum.”

Seyid Yəhya Şirvani həzrətləri ömrünün sonlarında davamlı olaraq Allahü təalaya ibadət edər, bir şey yeməzdi. Oğlu Əmir Qüllə bir gün yemək bişirib gətirdi. İftar etmələrini xahiş etdi. Seyid Yəhya həzrətləri oradakı tələbələrini çağırdı. “Bismillah deyib başlayın” buyurdu.  Özü də bir qaşıq aldı, iylədi və yeməyi geri qoydu. Qaşıq əlində gözlədi. Tələbələri yeməyi bitirdi. Yemək bitdikdə,  Əlhamdülillah deyib qaşığı buraxdı. Tələbələrinə: “Loğman Həkim neçə il bir yeməyin qoxusu ilə kifayətlənmişdi. Mən də bu bir tikə yeməyin qoxusu ilə kifayətlənsəm yeridir” buyurdu.

Özünə Allahu təalanın uzun ömür verməsi üçün dua edənlərə: “Bəyimiz Xəlilə dua edin ki, mənim ömrüm onun yaşaması ilədir” deyərdi. Həqiqətən o diyarın bəyi Xəlil Əfəndi vəfat etdikdən doqquz ay sonra da Seyid Yəhya Şirvani həzrətləri də vəfat etdi.

Sevdiklərinə: “Ustad taliblərə tövbə, istiğfar və yolun ədəblərini öyrətmək üçün lazımdır” buyurdu.

Ondan təsəvvüf yoluna necə girdilər deyə soruşdular. “Təsəvvüf yoluna açıq, təfəkkür və heyrət ilə girilir” buyurdu.

Seyid Yəhya həzrətləri vəfat etdikdən sonra sevdikləri onu yuxuda gördülər və: “Allahü təala  sizə necə rəftar etdi” deyə soruşdular. O da: “Allahü təala ərşi-ala altında bir döşək üzərinə oturmağımı nəsib edib ətrafıma yaxşı insanların ruhlarını yığdı və mənə xitab edib: “Ey Yəhya!  Dünyada tələbələrin ilə toplanıb oxuduğun dərsləri indi bu Cənnətliklərlə oxu. Bunlar eşitsinlər” buyurdu. Mən də oxumağa başladım” buyurdu.

Seyid Yəhya həzrətlərinin  tələbələrinin ən  üstünləri:  Pir Şükrullah, Alaəddin Xəlvəti, Həbib Əfəndi, Məhəmməd Ərzincani və Dədə Ömər Ruşəni Xəlvəti həzrətləridir.

Təsəvvüfə dair bəzi təlif əsərləri vardır. Bunlardan Əsrar-Talibin və Virdi Səttar adında iki qiymətli əsəri vardır.

 EY  AŞİQ

Tələbəsi Mir Qüllə anladır:

Seyid Yəhya həzrətləri çox mərhəmətli idi. Bir gün tələbələriylə şəhər xaricində gəzintiyə çıxdı. Çay kənarına gəldikləri zaman bir kilim üzərinə oturdu. Tələbələri də hər biri bir iş üçün ətrafa dağıldılar. O sırada zalım bir adam ov arxasına düşmüş, oraya gəlmişdi. Bu adam Seyid Yəhya həzrətlərini  tanımayıb:  “Ey aşiq! Gəl bu qabı götür, su doldur gətir içim” deyə səsləndi. Seyid həzrətləri təfəkkür halında olduğu üçün söylədiyini eşitmədi. O zaman o zalım adam atından enib çaya su almağa getdi. O sırada Seyid həzrətləri yerindən qalxıb çaydan su almaqda olan adama xitabən: “Ey qan içən adam nə edirsən?” deyə səsləndi. O adam suyu həvəslə içmək istəyərkən qabdakı suyu tökdü. Su qan olmuşdu. Təkrar doldurduğu zaman yenə qan olduğunu gördü. Bunun üzərinə dərhal etdiklərinə peşman olub, Seyid Yəhya həzrətlərinin ayaqlarına düşüb, tələbələri arasına girdi.” 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину