Facebook Twitter WhatsApp

Şah Qubad Şirvani

 

 Övliyanın böyüklərindəndir. Adı Şah Qubad Şirvanidir. Mövlana Şah Qubad da deyilir. Şirvanda doğuldu. Doğum tarixi bilinmir. 1543-cü (hicri 950) ildə Şirvanda vəfat etdi.

     Şah Qubad Şirvani, Şirvan Sultanı Qara Xəlilin qohumu idi. Sultan ona bəylik verdi. Bir müddət idarəçilik etdikdən sonra Allahü təalanın lütf və ehsanı ilə dünya malını və məqamı tərk edib özünü Allahü təalanın yoluna həsr etdi. İlk əvvəl Muhamməd Ruqiyənin söhbətlərinə davam etdi. Sonra da övliyanın böyüklərindən Dədə Ömər Ruşəninin tələbəsi oldu. Ondan yüksək mənəvi elmləri öyrənib icazət (diplom) aldı.

     Şah Qubad həzrətləri ümmi (oxumağı, yazmağı bilməyən) idi. Lakin Allahü təalanın lütf və ehsanına qovuşaraq, lövhi-mahfuz (Allah tərəfindən təqdir edilən şeylərin yazılı olduğu lövhə) ona göstərildi. Bir çox alim müşküllərini gəlib ona soruşardı. Çünki o, Allahü təalanın ehsanı ilə alim olmuşdu. Yanına gələn böyük alimlər onu görüncə özlərini dəryada bir damcı su kimi görərdilər. Mövlana Şah Qubadın bütün övladı və nəvələri alim, fazil və saleh şəxslər olmuşdu. “Bəydavi Təfsirinə” haşiyə yazan Allamə Sadrüddinzadə onun nəvələrindəndir.

     Şah Qubad həzrətləri ümmi olduğuna baxmayaraq ibadət ilə əlaqəli məsələləri çox yaxşı bilərdi. Alimlərə səhvlərini söyləyərdi. “Mən bir ümmi insanam. Fəqət bu məsələni belə bilirəm” deyərək, o alimin səhvini dolayı yoldan söyləyərdi. Yanına gələn bir çox böyük alim onun böyüklüyünü qəbul edərək yanından ayrılardı.

     Abdülməcid adında müftilikdən ayrılmış və özünü xalqdan təcrid edib uzaqlaşmış bir şəxs vardı. Dağlarda gəzər, bir çox kəramətlər göstərərdi. Hər kəs onu böyük bilər və etibar edərdi. Ancaq Abdülməcid bir böyük şəxsə tabe olmamışdı. Şah Qubad həzrətləri haqqında da yaxşı danışmaz; “O ümmi, oxumaq, yazmaq bilməyən biridir. Doğru yolu necə göstərə bilər?” deyərdi.  Şah Qubada Abdülməcid Əfəndinin  kəramət göstərdiyindən bəhs edilincə; “Kəşf və kəramət riyazətlə yəni nəfsin istəmədiklərini etməklə hasil olar. Bir insana lazım olan şey marifətullaha, Allahü təalanı tanımağa qovuşmaqdır. Mərifətullah isə bir Allah adamını yetişdirə bilən bir rəhbəri tanımaqla olar. İndi isə Abdülməcidi irşad edək” buyurdu. Sonra Abdülməcid Əfəndinin  qaldığı dağdakı mağarasına getdilər. Onu tapıb söhbət etdilər. Bu sırada Abdülməcid Əfəndi kəramət göstərmək istədi. Ancaq müvəffəq ola bilmədi. Bu əsnada Şah Qubad onun qulağına əyilib; “Ya Allah!” dedi. Bununla Abdülməcid Əfəndi bir hala düşdü. Özündən gedib yerə düşdü. Şah Qubad da tələbələri ilə birlikdə dərgaha qayıtdı. Abdülməcid Əfəndi  uzun müddət o halda qaldıqdan  sonra özünə gəldi. Şah Qubad həzrətlərinin getdiyini görüncə qalxıb şeyxin evinə gəlib qapısını döydü. Şah Qubad, kimdir dediyi  vaxt; “Molla Abdülməcid” cavabını verdi. Şah Qubad; “Bura mədrəsə deyil. Sən müfti bir adamsan. Biz isə ümmi bir adamıq” dedi və qapını açmadı. Bir müddət keçdikdən sonra Molla Abdülməcid qapını yenə döydü. Şah Qubad içəridən yenə kimsən, dedi. Molla Abdülməcid bu dəfə də; “Şeyx Abdülməcid” cavabını verdi. O zaman Şah Qubad içəridən ona; “Bizə şeyx lazım deyil. Siz dərgahlara gedin” dedi. Şeyx Abdülməcid çarəsiz qalıb artıq qapını döymədən gözləməyə başladı. Bir az sonra Şah Qubad qapını açdı. Şeyx Abdülməcidi içəri alıb onu qəbul etdi. Şeyx Abdülməcid bir müddət  Şah Qubadın yanında yetişib  icazət aldı.

     Şirvanda Molla İvaz adı ilə məşhur, zühd (hər cür zövqü tərk edib özünü ibadətə vermək) və vəra sahibi (haramdan çəkinmək), dünyaya düşkün olmayan və şübhəlilərdən qaçan kamil bir şəxs vardı. Çöllük  bir yerdə, qırx otaqlı bir bina inşa etdi. Burada qırx böyük alimə dərs verərdi. Dərs verdiyi bu qırx alimin hər birinin də ayrı-ayrı dərs verdikləri yerlər vardı. Buna görə də Molla İvaza qırx məclisli deyərdilər. Bu şəxs gündüzləri oruc tutar, gecələri ibadətlə məşğul olardı. Fəqət, təsəvvüf böyüklərinin söhbətlərində  heç olmamışdı. Yalnız zahiri elmlərlə məşğul olardı. Təsəvvüf  yolundakılara da yaxşı gözlə baxmazdı. Bir gün bəzi tələbələr onun yanında Şah Qubad həzrətləri haqqında pis danışdılar. “Şeyx Şah Qubad oxumaq, yazmaq bilməyən bir cahildir. Onun yanında olanlar da ona tabe olmuş cahillərdir” dedilər. Molla İvaz bu vəziyyət qarşısında dərs verdiyi qırx alim tələbəsinə; “Hər biriniz təsəvvüf yolunda olanların  küfr və günah üzrə olduqlarını bildirən məsələləri və fitvaları yığıb gətirin. Şəxsən gedib onlara səhv yolda olduqlarını söyləyərik. Əgər bu hallarından vaz keçərlərsə, onların dəlalət və bu səhv yoldan xilas olmalarına vəsilə olarıq. Əgər bu hallarından vaz keçməzlərsə, hakim onlara lazım olanı edər” dedi.

     Xocalarının əmri üzərinə tələbələrin hər biri böyük səy sərf edib istənilən fitvaları hazırladılar. Mövlana Şah Qubadı sevənlərin gəldikləri bir gündə ona Molla İvazın onun haqqında fitva hazırladığı və gəlmək üzrə olduğu bildirilincə, sadəcə;  “Hasbünallah” dedi. Molla İvaz tələbələri ilə məhəllə kənarına qədər gəldiyi halda onda hər hansı bir dəyişiklik olmadı və normal halını pozmadı. Molla İvaz bu vəziyyətə qəzəblənib; “Elmdəki zəifliyini göstərməmək üçün belə edir, çölə çıxmır. Artıq yaxşıca aydın oldu ki, haqqında isnad edilənlər həqiqətən doğrudur” deyə düşündü. Bu düşüncələr içərisində Şah Qubadın olduğu otağa girdi. Şah Qubad ayağa qalxdı; “Buyurun əfəndilər” deyərək oturmaları üçün yer göstərdi. Oturduqları zaman Məvlana Şah Qubad başını önünə əydi. Bu sırada Molla İvaz tələbələrinə, “indi sözə başlayın” deyə işarə etdi. Ancaq  tələbələrindən heç biri özlərində danışma taqəti tapa bilmədi. Danışması üçün xocalarına xahiş etdilər. Molla İvaz da danışmaq istədi, fəqət o da danışa bilmədi. Şeyx Şah Qubadın onları bağladığını anlayıb; “Şeyx həzrətləri, biz qonağıq, bizə elm süfrənizdən  bir şeylər ikram edin” deyərək xahiş etdi. Bunun üzərinə  Mevlana Şah Qubad, kəlam elmindən təsəvvüfi bir tərzdə sözə başladı. Mövzular halında izah edərkən kəlam elminin dərin məsələlərinə girdi. Orada olanlar onun anlatdıqları dərin bilgilər qarşısında heyran qaldılar. Çünki bir neçə gün əvvəl  Molla İvazdan Şərhi Məvakıfı  oxuyarkən  bir cümlənin izahı tələbələrə aydın olmamış, onu həll eymələri mümkün olmamışdı.

     Şeyx Şad Qubad kəlam mövzularını izah edərkən onların anlamadıqları o cümləni də asan və aydın bir şəkildə izah etdi. Tələbələr çaşqın bir halda  bir-birlərinə baxarkən Molla İvaz da Şah Qubad həzrətlərinin təsəvvüf elmindəki qüvvətini və  gözləri qarşısında olan kəramətini görüncə istər-istəməz, “İnsaf dinin yarısıdır” deyərək Şah Qubad haqqında söylədiyi sözlərə tövbə edib, halallıq istədi və  tələbəliyə qəbul edilməsini xahiş etdi. Bunun üzərinə Məvlana Şah Qubad,  “Sən ki, Şirvan məmləkətində qırx məclisli Molla İvaz olasan, bir ümmi xoca  əldə edəsən. Molla İvaz; “Sultanım, Allahü təalaya  həmd olsun ki, bizə həqiqət göstərildi. Bizim və bizim kimilərin zülmlərindən və sui-zənnindən (bir şəxsin haqqında səhv düşüncə) zati-aliniz uzaq imiş. Fəqət bu vaxtda qədər qara çöhrə, saf, təmiz və parlaq bir aynaya rast gəlmədi. Öz ayıblarımızı görməyib ayıblarımızı başqalarına isnad etdik. Əlhamdülillah indi öz pis camalımızı gördük. O parlak ayna ilə şərəfləndik. “Mömin möminin aynasıdır”  hədisi şərifinin mənasınca sizin parlaq və cilalanmış aynanıza baxmaq surətiylə öz səhvlərimizi gördük” deyərək halını ərz etdi. Şah Qubad həzrətləri də Molla İvazı və tələbələrini  bağışlayaraq, hamısını tələbəliyə qəbul etdi. Molla İvaz və ona tabe olan tələbələrdən bəziləri bu yolda çox yüksəldilər. Çünki Məvlana Şah Qubad onlara xidməti özünə vəzifə bilmişdi.

     Bir gün Molla İvaz, tövlədəki heyvanların yanına gedib bir buzovun ipini çıxarıb öz boynuna taxdı. Orada olan heyvanların arasına qatıldı. Bu halı görənlər vəziyyəti Məvlana Şah Qubada bildirdilər.  O da; “Öz əli ilə belə etdi isə nə gözəl. “ Allahu təala üçün  təvazö edənə Allahu təala yüksəkdər” buyurmuşlardır” dedi.

     Yenə bir gün Molla İvaz mənəvi pərdələr açılınca eşqə gəlib öz nəfsinə; “Ey qabiliyyətsiz İvaz! Sənin yerin heyvanların  tövləsidir. Hələ insan olmadın” dedikdən sonra ikinci dəfə bir heyvanın ipini boynuna keçirdi. Onun bu halını təkrar Mevlana Şah Qubada bildirdilər. O da dərhal gəlib boynundakı yüyəni çıxardı. Ona sarılıb, “Ey Molla İvaz!  Bizi yandırdın, yetər artıq” dedi. O anda Molla İvaz Allahü təalanın bir çox lütf və ehsanlarına qovuşdu. Sonra Mevlana Şah Qubad ona xilafət verərək tələbə yetişdirməsi üçün təkrar dərgahına göndərdi.

     İranda o zamanlar hökm sürən zülm nəticəsində Əhli-sünnət alimlərinə və təsəvvüf böyüklərinə müxtəlif əziyyətlər edilir və öldürülürdü. Bir çox Əhli sünnət alimi İrandan Anadoluya hicrət etdi. Mevlana Şah Qubad isə Allahü təalaya təvəkkül edərək olduğu yerdən getmədi. Onu sevənlər İrandan getməsi üçün nə qədər israr etsələr də, orada qaldı. İran əsgərləri onu öldürmək üçün Şirvana gəldilərsə də, Allahü təalanın izni ilə Şirvana girdikləri anda kimisi kor, kimisi iflic oldu. Məvlana Şah Qubada heç bir pislik edə bilmədilər. Mevlana Şah Qubad həzrətləri sayəsində Əhli sünnə olan  bir çox kimsə bəla və müsibətdən xilas  oldu.

 

BAŞ ÜSTƏ ƏFƏNDİM

     Şah Qubad  Şirvani həzrətlərinin Ömər Ruşəniyə tələbə olması belə deyilir:

     Qarabağda Dədə Ömər Ruşəni həzrətləri ilə qarşılaşdıqları zaman ona tələbə olmaq istədiyini bildirdi. Ruşəni həzrətləri, “Bu qızıl zərli paltarını sat.  Yerinə əba alıb geyin. Kölə və xidmətçilərini burax” buyurdu. Şah Qubad; “Baş üstə Əfəndim!” deyərək, bütün qiymətli əşyalarını satdı. Əldə etdiyi minlərcə qızılı alıb Ruşəni həzrətlərinə gətirdi. Sonra tələbəliyə qəbul edilib nəfsinə çətin gələn şeyləri edərək xocasına candan xidmət etdi. Ruşəni həzrətlərinə tam olaraq bağlandı. Şah Qubad yetişdikdən sonra  Ruşəni həzrətləri  ona icazət, diplom verdi. Daha əvvəl təslim aldığı qızılları özünə verib Şirvana göndərdi. O pul ilə  dərgah və məscidlər inşa etdirdi. Orada insanları yaxşı bir Müsəlman olaraq yetişdirməyə çalışdı.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину