Facebook Twitter WhatsApp

Ömər Şirvani Həzrətləri

Böyük  vəlilərdən. Adı Ömər, ləqəbi Səracüddin, künyəsi  Əbu Əlidir. Doğum tarixi bilinmir. Şirvanda doğulub. 1427-ci ildə (hicri 831) vəfat edib. Şirvan ətrafında Sərhab dağı ətəyində dəfn edilmişdir.

    Ömər Şirvani olduğu yerin alimlərindən elm öyrəndi. Sonra Allahü təalanın sevimli qullarından İzzəddin Türkmani  həzrətlərinin söhbətlərinə iştirak etdi.  Mənəvi elmlərdə üstün bir dərəcəyə yüksəldi. İcazət, diplom alıb, Təbrizdə haqq yolun bilgilərini təbliğ etməsi üçün məmur edildi.

    Ömər Şirvani əvvəllər Təbrizdə Sunqur Bəyin bina etdiyi mədrəsədə xoca idi. Çox ibadət edərdi. Xocası İzzəddin Bəyi tanımasını belə izah edirlər:

    “Bir gün mədrəsədə İzzəddin həzrətlərinin və tələbələrinin bəzi halları izah edildi. Bu sözlər üzərinə tələbələrini alıb Marağa şəhərində, İzzəddin Türkmani həzrətlərinin dərgahına gəldi. Şəhərə girişdə xalq özünü böyük bir hörmət ilə qarşıladı. Həmən özünə və tələbələrinə qalacaqları  yer göstərildi. Ömər Şirvani həzrətləri sonra tələbələri ilə birlikdə İzzəddin Türmani həzrətlərinin dərgahına gəldi və görüşmək istədi. İzzəddin həzrətləri isə o sırada ərbainə (dərvişlərin çilə çəkmək üçün hücrəyə girdikləri qırx günlük müddət) girib, qırx gün kimsə ilə görüşməmək və davamlı ibadət etmək üzrə bir yerə çəkilmişdi. Ömər Şirvani bunun üzərinə dərgahdakı vəzifəliyə soruşmağı düşündüyü suallar yerinə; “Sənin şeyxin bir müddət tək qalıb ibadət etməklə yanına gələn bir tələbəni övliyalıq məqamına  yüksəldib. Əcəba məni də bu mərtəbəyə yüksəldərmi?” dedi. Vəzifəli adam da ; “Əfəndi siz bir elm adamına bənzəyirsiniz. Bu necə sözdür? Əlbəttə” deyə cavab verdi. Bu danışıqları içəridən İzzəddin Türkmani  həzrətləri eşitdi və; “Ömər əfəndi gəl, gəl! Hazır və münasib olanı biz Rəbbinə qovuşdurarıq” buyurdu. Ömər Şirvani bu sözləri eşidən kimi, ürəyindəki etirazlar məhəbbətə, sevgiyə çevrildi. Dərhal yanına gedib üzr istədi və tələbəsi oldu. Xocası ilə birlikdə qaldığı ibadət yerində yuxu ilə oyanıqlıq arasında Peyğəmbər Əfəndimizi gördü və Əfəndimiz ilə danışma şərəfinə nail oldu. Qısa müddətdə mənəvi elmlərdə yüksəlib övliyalıq məqamına qovuşdu.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину