Facebook Twitter WhatsApp

Hər kəsə ağıllı deyilməz

* Daima özünüzü qəbahətli, səhv qəbul edin. Mərdlik qəbahəti özündə bilməkdir. Peyğəmbər əfəndimiz vəd edir: “Haqlı olduğu halda, haqsızam, qəbahət məndədir, deyənə Cənnəti vəd edirəm, söz verirəm” buyurur. 

* Yaxşı olmaq üçün yaxşılarla birlikdə olmaq lazımdır. Qulun qəlbini islah etməsi üçün, yaxşılarla birlikdə olması qədər faydalı bir şey yoxdur. Həmçinin qulun fasiqlərlə birlikdə olub, onların işlərinə diqqət və nəzər etməsi qədər zərərli bir şey yoxdur.

* Yeməyi din qardaşları ilə sevinc içində, kasıblarla ikram və səxavətlə, digər insanlarla da insaniyyət içində yemək lazımdır.

* Hər şey üçün kərəm vardır. Qəlbin kərəmi Allahü təaladan razı olmaq, alın yazısına razılıq göstərməkdir.

* Sizdə olmayan keyfiyyətlərlə sizi tərifləyən insanın, sizdə olmayan pisliklərlə də bir gün pisləyəcəyini unutmayın.

* İstədiklərini vermədiyiniz zaman hirslənən, inciyən və ya küsən dost, həqiqi dost deyildir.

* Təkəbbür daşıyan başda ağıla rast gəlməzsiniz.

* İnsanların axmaq sinifi təriflənməkdən xoşlananlardır.

 

* Təvəkkül, hər şeyi Allahdan bilmək və ruzini Onun verdiyinə inanmaqdır.

* Təvəkkül, bütün işlərində Allahü təalaya təslim olmaq, başa gələn hər şeyi Ondan bilib qatlana bilməkdir.

* İnsana az bir mal kifayət edir. Çox mal isə kafi gəlmir.


* Bir kimsə, sadiq bir dostunu itirərsə, bu onun üçün zillətdir.

* Hüsnü-zənni olanın həyatı xoş keçər.


* Yalan söyləmək təhlükəsizliyi aradan götürür.


* Eyiblərdən uzaq dost axtaranlar, dostsuz qalar.

* Hər gün səhərdən axşama qədər məsciddə ibadət edib, Allahü təala mənim ruzimi haradan olsa göndərəcək, deyən şəxs cahildir, islamiyyətdən xəbəri yoxdur.

* İxlas, əməllərin afətlərindən qurtulmaqdır. Təvəkkül, ruzinin Allahü təaladan olduğuna inanmaqdır. Zühd - üç cürdür; cahilin zühdü, haramları tərk etməkdir. Alimlərin zühdü, halal olanların çoxundan çəkinməkdir. Ariflərin zühdü, Allahü təalanı unutduran şeyləri tərk etməkdir. 

* Günah işləməyi zillət, günahı tərk etməyi mərdlik görün və bilin. Günahlar imanı zəiflədir.

* Qulların bir-birlərinə qarşı işlədikləri xətalar, onlar üçün bir zülümdən ibarətdir.

* İnsan, hər şeyə şəfa verən tək varlığın Allahü təala olduğuna inanır, eyni zamanda dərdinə dəva olması üçün dərmandan istifadə edir. Çünki dərman bir səbəbdir. Şəfasını verəcək olan isə Allahü təaladır.

* Mömin, Allahü təaladan qorxduğu qədər heç bir şeydən qorxmaz. Şiddətli bir xəstəliyə tutular və ya faciəvi bir qəza və ya bəla başına gələrsə, gizli və ya aşkar; “Ya Rəbbi, mənə bu bəlanı niyə verdin?” deyə şikayətçi olmaz. Əksinə xəstəliyə, bəlaya və qəzaya baxmayaraq Allahü təalanı zikr və şükr edər.

* Dünyada zahid ol, dünya malına bağlanma! Axirəti istəyən ol, onun üçün çalış! Hər işində Allahü təalanı xatırla. Belə etsən, qurtulmuşlardan olarsan. 

* İnsanları tamamilə razı və məmnun etmək çox çətindir. Bir kimsənin bütün insanları özündən razı etməsi mümkün deyildir. Buna görə də qul, daima Rəbbini razı və məmnun etməyə çalışmalı, ixlas sahibi olmalıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину