Facebook Twitter WhatsApp

Hər kəs imtahandadır

* Hər kəs imtahandadır. Aldadan aldanmışdır, əzən əzilmişdir.
* Heç kimə yuxarıdan aşağı baxmayın. Təpədən baxan təpəsi üstə düşər.

* Ən böyük bəla dildən gəlir.
* Kişinin işi olarsa işi, sevər onu hər kişi. Kişinin işi olarsa kişi, çıxmaza girər işi. 

* Sevginin təməli qarşılıqlı güvəndir. Güvən varsa, sevgi də vardır. İkisi varsa, müvəffəqiyyət də vardır. 

* Mömin qida kimi olmalıdır. Hər zaman ehtiyac duyulmalıdır. 

* Üzünü dünyaya çevirən insan hər kəslə davalı olur, üzü axirətə çevrilmiş olan, hər kəslə barışıqdır.

* İnsanların sıxıntılarına qatlanmaq gözəl əxlaqdır. 
* İnsan ancaq bu qədər yaxşı ola bilər deyilənlər nə bəxtəvərdir. 

* İncidiyi kimsələrə yaxşılıq edən, hədiyyə verən rahat olur. 
* Qəlbi ən çox nurlandıran şey; hirsləndiyiniz adama dua etməkdir. 
* Qul haqqından qorxan [əhəmiyyətini bilən] ayağını uzadıb istirahət edə bilməz.

* Fütüvvət [mərdlik] səni sevməyənə ehsan etmək və sevmədiyin ilə də xoş danışmaqdır. 

* Mürüvvət, insanlıq, yaxşılıq etmək arzusudur.

* Pisin yaxşı, yaxşının da pis xasiyyəti ola bilər. Yaxşı xasiyyətlərini nümunə götürmək lazımdır! Peyğəmbər əfəndimiz, “Bir möminin yaxşılığını unudub, pisliyini xatırlayanı Allahü təala sevməz” buyurur. 

* Təqva ağılla görülən işlərin ən gözəlidir. Haqqa asi olmaq axmaqca görülən işlərin ən çirkinidir. 

* Səxavətli olmayan, insanların sevgisini qazana bilməz. 

* Ömrünü faydasız, boş şeylərlə keçirən, tarlaya toxum əkmək mövsümünü ötürür. Vaxtında toxum əkməyən isə, bəhər vaxtı gəldikdə əlbəttə peşman olar.

* Çiynində iki müfəttiş var, həmişə təftiş vəziyyətindədirlər. O halda, az danış, ağızdan çıxan sözün xeyir və ya şər yazıldığını unutma.

* Bir söz söyləyərkən, həm özünün, həm qarşındakının axirətini düşünərək danış. 

* Gülərüz olmayanın sevgi və etimad qazanması çətindir. 

* Bir müsəlman bir müsəlmanın yanına hər hansı bir iş üçün rahat gedə bilmirsə, çəkinərək gedirsə, o həmin o çəkinilən müsəlmanın son nəfəsindən qorxulur.

* Ölümü xatırlamaq ömrü uzadır, çox yaşamaq arzusu ömrü qısaldır. Belə insan üç şeyə həsrət gedər. İstəklərinə doymaz, umduğuna qovuşa bilməz. Axirət üçün kafi hazırlıq görə bilməz.

* Halından şikayətçi olma, betərin betəri vardır.

* Yoluxucu xəstəliklərin yoluxmama ehtimalı da vardır. Lakin bir binada olan pis bir insan, başqa bir otaqda da olsa, ondakı pis vərdişlərin keçməmə ehtimalı yoxdur. Pislik tez yayılır.

* Müvəffəqiyyətin sirri gülər üz, şirin dil və gözəl siyasətdir. Gözəl siyasət hər kəsin məmnun olmasıdır. 

* Sevgi yaxınlıq istər, qaçan məhrum qalar, gözdən iraq olan könüldən də iraq olur.
* Hər sıxıntının səbəbi günah işləməkdir. 

* Təkəbbür və qəzəb başa çox fəlakətlər gətirir. 
* Yaxşılarla dost olan pislərdən əmin olur. 

* Qəlbdəki təkəbbürə görə ağılda qüsur olur. 
* Söz gəzdirmək əmanətə xəyanətdir. 

* Alimlə gəzən əziz, cahillə gəzən zəlil olar. 
* Dini hökmləri ağılla anlamağa çalışan Peyğəmbərliyə inanmamış sayılır. 
* Mömin az danışır, çox iş görür. Münafiq isə çox danışır, az iş görür. 

* Ağıl kimi sərmayə, gözəl xasiyyət kimi dost, ədəb kimi miras, elm kimi şərəf olmaz. 
* Dil canavar kimidir, sərbəst buraxılarsa parçalayar. 

* İnsan, dilinin altındadır, danışdıqda bəlli olur.
* Pis insan hər kəsi özü kimi pis zənn edir. 
* Bütün pisliklərin başı pis yoldaşdır.

* Qəlb təmiz olarsa, dildən gözəl sözlər çıxar. 
* Hər yaxşılıq, səbirlə ələ keçir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину