* Namazları gecikdirmədən qılmaq lazımdır. Doğru qılınan namaz, hər yamanlığın əlacıdır.
* Namazını qılan, örtünən xanım böyük nemətdir.
* Namaz qılmaq yalnız Allahü təaladan qorxan möminlərə asan gəlir.
* Namazlar vaxtında kılınmazsa, Allahü təalanın əmr və qadağalarına itaət edilməzsə, Allah dörd müsibət verər: 1-Ruzilər daralar. 2-Xəstəliklər artar. 3-Əmin-amanlıq olmaz. 4-Mərhəmət olmaz.
* Övladınıza namazın əhəmiyyətini izah edin və mütləq namaz qıldırın. Namaz qılmasına mane olan hər şeyin fəlakətinə səbəb olacağını bilməli və bildirməlisiniz. Onun gələcəyini təmin etmək, yaxşı bir müsəlman olması ilə mümkündür. Diplom ilə gələcək təmin edilmir. Yaxşı bir müsəlman olduqdan sonra diplom işə yarayır. O zaman,həm özünə, həm insanlara daha çox faydalı olacaq.
* Namaz bir meyardır. Kim dolu-dolu ölçər, onu haqqıyla qılarsa, böyük əcr və mükafata qovuşar. Kim ki, əksik ölçərsə (şərtlərinə və ədəbinə uyğun qılmazsa) Allahü təalanın buyurduğu Veyli (Cəhənnəmi) xatırlasın.
* Bir kimsə yemək yeyərkən Allahü təalanı nə qədər xatırlayarsa, namazda da o qədər xatırlayar.
* Sadiq dost yoldaşının hüzün və sevincdə ortağı olandır.
* Haqsız sözləri təsdiq edən, yaltaq və ikiüzlüdür.
* İbrət almaq istəsən, xəta sahibi insanların aqibətlərinə bax və qəlbini topla.
* Dünya sevgisi ilə Allah sevgisini bir yerdə saxlayaram deyə iddia etmək yalandır, bunu söyləyən yalançıdır.
* Dünya işlərində bir darlığa və sıxıntıya düşən kimsə, istiğfara və namaza yönəlməlidir. Doğru qılınan namaz hər dərdin əlacıdır.
* Qürurlanıb lovğalanmaq, alçaq və bayağı insaların vəsfidir.
* Xidmət edənə, xidmət edərlər.
* Bütün düşmənliklərin əsli, pis adamlarla dostluq etmək və onlara yaxşılıq etməkdir.
* Dünyada ən narahat insan, qəlbində həsəd və kin daşıyandır.
* Başqalarını sənin yanında dedi-qodu edən, sənin olmadığın yerdə də səni dedi-qodu edər.
* Qənaətkar olmaq, rahatlığa qovuşdurur.
* Sirrini saxlamağı bilən işinin hakimidir.
* Dinimizdə bir şey istəmək zillət, bir şey vermək izzətdir.
* Mənfəətinə düşkün insan sevimsiz olur.
* Dünya və axirət səadəti üçün üç şey şərtdir: İman, əməl və ixlas.
* Günlərin özüylə gətirdiyi hadisələr, səni təsiri altına almasın. Sən yaxşı bir müsəlman olmağa çalış. Zaman keçdikcə gələn müsibətlər və bəlalarda səbirsizlik göstərmə. Dünyanın sevinci də, kədəri də, bolluğu da, darlığı da davamlı deyildir.
* Kimin düşüncəsi, arzusu, məqsədi yemək-içməkdirsə (dünyadırsa) dəyəri, bağırsaqlarından çıxardığı ifrazat qədərdir.
В корзине: 0 шт.
на сумму: 0