* Hər günü son günün bil.
* Hər namazı son vaxt bil.
* Təkəbbür hər yaxşılığa əngəldir.
* İstişarə etmək nəfsi qırar.
* Hökm nəticəyə görə verilir.
* Şər bir sel kimi tez yayılır.
* Ən çətin iş din kitabı yazmaqdır.
* Ən xeyirli iş dinimizə xidmətdir.
* Hirslənmə, həlim ol, çox çalış.
* Şəhid olaraq ölmək üçün dua etmək lazımdır.
* Ədəb, özünü qüsurlu hesab etməkdir.
* Çox ibadət etsən də tövbə et!
* Allahdan qorxan, salamatlığa çıxar.
* Yaxşılıq etsən, həmişə yaxşılıq görəcəksən.
* Müsəlmanın könlü qırıq olmalıdır.
* Mərhəmət edən, mərhəmət görər.
* Gülər üz və şirin dil əsrin silahıdır.
* Möminin üzünə baxmaq ibadətdir.
* Gülər üzlü olmaq iman əlamətidir.
* Axirətdə hər işindən sual ediləcəkdir.
* Məqsəd bir insanı atəşdən xilas etməkdir.
* Təvazö göstərəni Haqq təala yüksəldər.
* Özünüzü heç kimdən üstün görməyin!
* Xidmət; verməklə olur, almaqla deyil.
* Mənim dediyim doğrudur demək, təkəbbürdür.
* Hər sıxıntıya səbəb günah işləməkdir.
* Haram ilə bəslənən bədəni atəş yandıracaq.
* Yoldaşların ən yaxşısı Allahı xatırladandır.
* Qaraqabaq və qaşqabaqlı olmaq Cəhənnəmlik əlamətidir.
* İş vaxtına əhəmiyyət verməyən oğrudur.
* Möminə sərt baxmaq da qul haqqına girər.
* İmansız ölməkdən qorxmayan imansız ölər.
* İndi rəhm etmək vaxtıdır. Heç qəzəblənməmək lazımdır.
* Allah sevgisi artdıqca, insan halından utanmağa başlayır.
* Hər kəsdən dua almağa çalışın. İnsan dua alaraq Allaha yaxın olur.
* Hər nə varsa gözəl Allah sevgisindən başqa, hamısı cana zəhərdir, şəkər belə olsa!
* Allahü təala kərimdir, kiçik bir səbəblə kərimin kərəmi artar. Ən böyük səbəb, Ona yalvarmaqdır.
В корзине: 0 шт.
на сумму: 0