* İnsan nə vaxt öləcəyini bilsəydi, ağlı başından gedərdi. Yaxşı ki, ölümün vaxtı gizli qaldı. Əgər qəflət olmasaydı, heç kim bir iş görməzdi. Qəflət və uzun əməl, pis olduğu qədər, eyni zamanda iki böyük nemətdir. Əgər bu ikisi olmasaydı, müsəlman küçələrdə dəli kimi gəzərdi.
* Dünya, bəzəyini axmaqların qəflətinə borcludur.
* Nə qəribədir ki, ölüm sənin arxandan gəlir, sən isə dünyalıq hayındasan.
* Zahidlik, əba geyinib gəzmək deyil, uzun əməli tərk etməkdir.
* Ölüm boynunuza asılıdır, dünya isə kürəyinizə yüklənmişdir. İnsan, qılınc boynuna hər an vurulacaq kimi ölümə hazır olmalıdır.
Əzrail əleyhissalamla qardaş kimi görüşən Yaqub əleyhissalam dedi ki:
- Səndən bir xahişim olacaq. Əcəlim yaxınlaşdıqda mənə xəbər ver!
- Sənə bir neçə xəbərçi gələcək.
Bir müddət sonra Həzrəti Əzrail yenə gəlir. Həzrəti Yaqub soruşur:
- Ziyarətimə gəldin?
- Canını almağa gəldim.
- Bəs mənə bir neçə xəbərçi gələcəkdi?
- Sənə xəbərçi gəlmədimi? Saçların ağarmadımı? Bədənin zəifləmədimi? Dimdik duran belin bükülmədimi?
Bir dərzi, böyük bir şəxsdən soruşdu:
- Ölüm döşəyində də tövbələr qəbul edildiyinə görə, tövbəni o vaxta qədər gecikdirmək olarmı?
- Ölüm döşəyində ikən də, tövbə qəbul edilir; lakin tövbəni gecikdirmək doğru deyildir.
- Nə üçün doğru deyildir?
- Sənin peşən nədir?
- Dərziyəm, paltar tikirəm.
- Dərzilikdə ən asan iş nədir?
- Parçanı qayçıyla kəsməkdir.
- Neçə ildir dərzisən?
- Otuz ildir.
- Canın boğazına gələndə, parça kəsə bilərsənmi?
- Can dərdinə düşən parçayla necə məşğul ola bilər? Kəsə bilmərəm əlbəttə.
- Otuz il rahatlıqla etdiyin işi, o vaxt edə bilməsən, ömründə heç etmədiyin tövbəni, can boğazda ikən necə edə bilərsən? Bu gün gücün yerində ikən tövbə eylə! O zaman çox çətin olacaq. İndi tövbə etsən, o zaman da tövbə etmək nəsib olar.
Dərzi, ölüm döşəyini gözləmədən dərhal tövbə edib, salehlərdən oldu.
В корзине: 0 шт.
на сумму: 0