* Dünyada ən böyük zalım Allahü təalaya təşəkkür etməyəndir. Bu dörd maddəni yerinə yetirən təşəkkür etmiş sayılır: 1- Onu Allah olaraq tanımaq. (İman etmək). 2- Əhli-sünnət etiqadında olmaq. 3- Gözəl əxlaq sahibi olmaq. 4- Onun dinini pozmadan Onun qullarına çatdırmaq. [İmam Rabbani həzrətləri kimi böyüklərin kitablarını yaymaq, ən gözəl xidmətdir].
* Qüsl dəstəmazı olmazsa olmaz, ona çox diqqət etmək lazımdır.
* Mömin bəladan qurtula bilmir. Möminə gələn bəla günahlara dalmaması üçün əyləcdir.
* Saatın içərisindəki çarxlar, dişlilər doğru işləməsə saat düz göstərməz. Onlar xarab olmamalıdır...
* Allahü təalanın ən sevgili qulu, Allah üçün sevən, Allah üçün düşmən olandır. Düşmənlik qəlblə olur.
* Allahü təala ilə aranızı düzəldin. Əvvəlcə itaət, ədəb, əmr və qadağalara tabe olmaq, sonra istəmək.
* Alim, ustadından nəql edəndir.
* Həqiqi itaət qəlb ilə olur. Dil başqa, qəlb başqa danışmaz. Qəlb başqa şey söylədikdən sonra heykəl kimi durmağın nə mənası var.
* Böyüklər çox dəyərlidirlər, brilliantdırlar. Allahü təala bu böyüklərin sevgisini içi zibil dolu olan, yəni dünya sevgisi olan qəlbə qoymaz. Bir kimsə bu böyükləri sevirsə, onun qəlbi təmizdir, əlverişlidir, istedadlıdır.
* Böyüklərin sözləri əzəldəki ilahi təqdiri göstərir. Özlərindən söz danışmazlar. Vermək istəməsəydi istək verməzdi.
* Sevgi başqadır, hörmət başqadır. Sevginin beyinlə əlaqəsi yoxdur.
* Bəsmələ ilə yeyilən tikələr bədənə şəfadır, Bəsmələsiz yeyilən tikələr isə bədəndə mərəz, xəstəlik əmələ gətirir. Hər hərəkətinizdə bəsmələ söyləyin. Bəsmələni çox söyləyən Sirat körpüsünü ildırım kimi geçəcək. Allahü təala mömini Cənnətinə qoyacaq və möminə dəvətnamə veriləcək, Cənnət dəvətnaməsinin altında imza olaraq Bəsmələ yazılı olacaq.
* Tikələri Bəsmələ söyləyərək yeyən kimsənin bədəninə şeytan girə bilməz, Bəsmələsiz yeyilən tikələrlə birlikdə şeytan da bədənə girir. Bəsmələ söyləmədən yeyən, yeyər, yeyər, amma doymaq bilməz. Bəsmələ çəkən isə az yesə də doyar.
В корзине: 0 шт.
на сумму: 0