Facebook Twitter WhatsApp

Liderlik vermək sənətidir

* Müvəffəqiyyətin sirri əmrə itaətdir. Təkəbbürlü olmayın, tövbəkar olun, əmrə itaət edin. 

* Hər bir müsəlman tacirdir, ancaq bu günün, yəni dünyanın deyil, sabahın, yəni axirətin taciridir. Müsəlman olub, dünya və axirət səadətinin sərmayəsini ələ keçirmişdir. Ancaq, ticarətdə məqsəd qazanc əldə etməkdir, iflasa uğrayana ağıllı tacir demək olarmı? Fiqh bilməyən, İslam əxlaqına, qul haqqına riayət etməyən iflasa uğramaqdan qurtula bilərmi? 

* Liderlik vermək sənətidir, almaq deyil. 
* Övliyaların zahirləri onları tanımayanlara zəhərdir. Tanıyanlara rəhmətdir. 

* Böyüklər hər xətanı bağışlayar, lakin xaini bağışlamaz. Xain, etdiyi xidmətləri sırf özündən biləndir.

* İnsanları sonsuz səadətə qovuşdurmaq üçün, yəni müsəlman olub imanla ölmələrinə vəsilə olmağa çalışmaq ən yaxşı işdir. 


* Doğrunu, əhli-sünnət etiqadını başa salmaq lazımdır, yanlış çoxdur. Yanlışlarla insanların fikrini dağıtmaq olmaz.

* Dünyanın dəyəri dünya qədər, axirətin dəyəri axirət qədərdir. Dünya qidası bilinən qidalardır. Axirətin qidası dini elmdir. Axirətin dəyərinin yanında dünyanın dəyəri ağcaqanadın qanadı qədər deyildir. Dünya bütün qızıldan olsa belə müvəqqətidir, axirət isə davamlıdır, sonsuzdur. Yollar ikiyə ayrılır. İman-küfür, günah-savab, yaxşı-pis, dünya-axirət və s. Siz axirəti və orada işinizə yarayacaq olanı seçin. 

* Əhli-sünnət alimlərinin dəyərli kitablarını oxuyun, kitab oxumaq insanın şərəfini artırır. 

* Allahü təala nəfsi yaratdığı zaman, “Sən kimsən, mən kiməm?” buyurduqda, “Ənə ənə, əntə əntə = Mən mənəm, Sən sənsən” demişdir. Üç min il atəşə atılmış, min il orda qalmış, çıxdıqda cavabı yenə eyni olub. Soyuq Cəhənnəmə atılıb, min il də orda qalıb çıxdıqda cavabı yenə eyni olub. Min il ac qaldıqda, sonunda kərhən “Sən mənim Rəbbimsən, mən Sənin aciz bir məxluqunam” demişdir. Bu təhlükəli və Allahü təalaya düşmən olan məxluq daxilimizdədir. Dinə, imana inanmayan, qidası haramlardır. Allahü təala onu belə yaratmışdır. “Nəfsinə düşmənlik et, çünki o Mənim düşmənimdir” buyurmuşdur. İslamiyyətin hər hökmündə nəfsiqırma payı vardır. Əmr və qadağalar onu nəzarətdə saxlamaq üçündür. İnsanların çəkdikləri sıxıntıların səbəbi nəfsi tanımamaları, onun istəklərini öz istəyi zənn etmələridir.

* Günah işləmək nəfsə şirin gəlir. Bütün bidətlər, günahlar Allahü təalanın düşməni olan nəfsi bəsləyir, qüvvətləndirir. Hər günahın işlənməsi nəfsi qüvvətləndirir. Nəfs, insanın ən böyük düşmənidir. İnsanın imanını yox etmək istəyir. Bundan zövq alır. Bu baxımdan nəfsi yaxşı tanımaq, hiylələrini bilmək lazımdır. Bir hədisi-şərif məali: “Nəfsini tanıyan Rəbbini tanıyar”. [Deyləmi] 

* Nəfsi zəiflədən birinci dərman İslamiyyətə tabe olmaqdır. Haramların hamısı dünya malına, vəzifəyə, zövqü-səfaya düşkün olmaq nəfsin qidasıdır. Onu bəsləyir, qüvvətləndirirlər. Nəfs qüvvətləndikcə, bütün yaxşılıqların, gözəl əxlaqın və mədəniyyətin qaynağı olan İslamiyyətə hücum edir. Din ilə, iman ilə, Allahü təalanın əmrləri ilə lağ edir. Çünki nəfsimiz Allahın düşmənidir. 
Allahü təala buyurdu ki: “Nəfsinə düşmənlik edərək Mənə dost ol!” 

* İnsandan ən son çıxan xasiyyət, baş olmaq, əmr etməkdir. Xanımına əmr edə bilməsə küçədəkilərə, onlara da olmasa heyvanlara əmr etmək istəyir. İnsana ən çətin gələn, baş üstə deməkdir. Daima xeyr, yox demək istəyir. Baş olmaq xasiyyəti, can çıxdıqdan sonra çıxır.

* Allahü təala Ona qarşı edilən günahları, üsyanları tövbə edildikdə əfv edir. Amma Həbibinə qarşı olunan üsyan və günahları əfv etmir. Peyğəmbər əfəndimiz cəlisi-ilahidir. Varisləri də elədir. Onlar cəlisi-ilahidir. Onları incitmək çox pisdir. Çəkinmək lazımdır. 

* İki şeydən çox qorxmaq lazımdır:
1- İmansız getməkdən. 
2- Böyüklərin nəzərindən düşməkdən. Böyüklərin nəzərindən düşmək yeddi qat göydən, yeddi qat yerin dibinə düşməkdən betərdir.

* Ölüdən və diridən istifadə edə bilmək üçün inanmaq və sevmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину