Facebook Twitter WhatsApp

Fiqh bilmədən imandan bəhs edilməz

* Fiqh bilmədən imandan bəhs edilməz. Küfrə düşürən ifadə söyləyənin imanı gedər, heç xəbəri belə olmaz. Evlidirsə nikahı da gedər.

* Günah işlədikdə, həm qəlb ilə tövbə və dil ilə istiğfar eylə. Tövbəni əsla gecikdirmə. 

* Bir iş görərkən qəlbin rahat olmazsa, çırpınarsa, sıxılırsansa, o işi tərk et. 

* Bütün ibadətlərini qüsurlu bil, haqqı ilə yerinə yetirmədiyini düşün. 


* Çox yemə, az da yemə, yeməkdə orta halda ölçülü ol. 

* Hər işdə yaxşı niyyətin olsun. Allahü təala əmr etdiyi üçün qəlblə xalis niyyət etmədikcə, heç bir ibadətə başlama. 

* Faydasız, hələ zərərli olan şeylərlə vaxt keçirmə.


* Az danış, az yat və az gül.

* Yoldaşlarınla lazımlı şeyləri öyrədəcək və öyrənəcək qədər görüş, digər vaxtları ibadətlərlə, qəlbi təmizləyən şeylərlə keçir. 

* Dost-düşmən hər kəsi gülər üzlə və şirin dillə qarşıla, heç kimlə münaqişə etmə. 

* Hər kəsin üzrünü qəbul et, qəbahətlərini əfv et, zərərlərinə qarşılıq göstərmə. 

* Hər işi Allahü təalaya həvalə et. Ancaq səbəblərin təsir etməsini Allahü təaladan gözlə. 

* Heç bir fərzi ötürmə və gecikdirmə.

* Həmişə özünü fikirləşmə, Allahü təaladan başqa heç kimə güvənmə. 


* Sıxıntılı zamanlarda Allahü təaladan ümidini kəsmə, heç üzülmə. 

* Övlad və ailə ilə daim şirin sözlü və gülərüzlü ol. Onlarla da zərurət miqdarı qədər, haqlarını ödəyəcək qədər görüş. 

* Keçirdiyin halları hər kəsə söyləmə. Vəzifə və sərvət sahibləri ilə çox görüşmə. Hər halında sünnətə uymağa və bidətlərdən uzaq durmağa çalış. 

* Sıxıntılı və rahatlıq zamanında halında bir dəyişiklik olmasın. Varlıq və yoxluq zamanları halını dəyişdirməsin. Hamısı müvəqqətidir, hər an imtahanda olduğunu unutma.

* Övliyaların hallarını, nəsihətlərini oxu, qəbirləri ziyarət et. 


* Heç kimin qeybətini etmə, çəkişdirmə, qeybət edənə mane olmağa çalış. 

* Əmri mərufu və nəhyi anil münkəri, yəni nəsihəti əldən qaçırma. 


* Kasıblara, mücahidlərə mal ilə yardım et. Xeyir-həsənət et.

* Günah işləməkdən çox qorx. Kasıblıqdan qorxaraq simiclik etmə. Kasıb olanda da üzülmə. Allahü təala sərvət də ehsan edər. 

* Kasıblara və bütün din qardaşlarına xidmət et. Böyüklərimiz öz nəfsləri üçün deyil, din qardaşlarına yardım etmək üçün pul qazanıblar. Mürşidinin söhbətində, yanında ədəbli olmağa çalış. Ondan ancaq ədəbli olan istifadə edər. 

* Doğularkən sən ağladın ətrafındakılar güldü, elə bir həyat yaşa ki, hər kəs ağlayarkən sən gül....

* Ölümün bizi harada gözlədiyi məlum deyil, elə ən yaxşısı, biz onu hər yerdə gözləyək. 


* Qul haqqından qorxan ayağını uzadıb uzana bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину