Facebook Twitter WhatsApp

Kim bu fəlakətdən qurtulubsa

* İnsanın hər bir qüvvəsi, hər bir əzası nə üçün yaradılıbsa, o yolda istifadə edilməlidir. Allahü təalanın adətini dəyişdirib, onları İslamiyyətin bəyənmədiyi yerlərdə istifadə edilməməli. Ailə-uşağı varsa, onlara qarşı da dinə uyğun hərəkət etməli, dinin göstərdiyi gözəl əxlaqdan kənara çıxmamalıyıq. Gözəl əxlaqla bəzənməliyik.

* Əgər insan, hər hansı bir rəhbərdirsə, yenə də ibadətlərini yerinə yetirməli və əmri altında olan insanların ibadət etmələrinə şərait qurmalı, asanlıq göstərməlidir. Belə olan şəxs bu dünyada Allahü təalanın xəlifəsi sayılır. Qiyamətdə də adil insanlar üçün vəd edilən nemətlərə qovuşacaq. 

Belə bir xeyirli şəxsin xeyir və bərəkəti onun yaşadığı şanslı dövrə, mübarək yerə və orada olmaqla bəxtiyar olan insanlara, heyvanlara, hətta bitkilərə və ruzilərə sirayət edər, yayılar. Ancaq Allah qorusun, bir yerdə ki, rəhbərlər şəfqətli, yaxşı xasiyyətli, ədalətli olmasalar, insan haqlarına riayət etməsələr, zülüm, soyğunçuluq, işkəncə etsələr, deməli onlar ədalətdən uzaq şeytanın yoldaşlarıdır. Əmri altında olanlara mərhəmət etməyənlər qiyamət günü Allahü təalanın mərhəmətindən uzaq qalacaqlar. Mən la yərham, la yurham buyurulmuşdur ki, rəhm etməyənə rəhm olunmaz, deməkdir. 

* “Əgər, Allahü təala bir quluna dörd şeyi veribsə, ona hər şeyi vermişdir. Heç bir şey nöqsan deyildir. 
1- Əhli-sünnət vəl-camaat etiqadı,
2- Fərzləri yerinə yetirmək,
3- Haramlardan çəkinmək,
4- Əhlullaha [böyüklərə] məhəbbət. 
Bu dördü hamısını özündə cəm edir. Çünki bu dördü yoxdursa, insanın imanı da səhvdir, ibadəti də səhvdir, hər şeyi səhvdir.

* İmam Rəbbani həzrətləri buyurur ki:
“Bu böyükləri tanıyanlar sırtıq, nəzakətsiz, ədəbsiz də olsalar, əziz və məqbuldurlar”.
Nə üçün? Çünki Allahü təala sevdiyi qulunu təsadüfi adama sevdirməz. Əgər Allahü təala sevdiyi qulunu, seçdiyi qulunu bir quluna sevdiribsə, o artıq seçilmişdir, artıq o qurtulmuşdur və o, əziz və məqbuldur. 

* Bu böyükləri tanıyan, onlara məhəbbət bəsləyən şəxs müşrik olmaz, yəni bu böyüklərin qəbul etdiyi şəxs hər cür haramı işləyə bilər, hər pisliyə düşə bilər, lakin küfrə büdrəməz, şəqi olmaz, küfürlə ölməz. Küfürlə arasında divar vardır. Hər cür günaha girə bilər, amma küfrə və şirk girməz. Küfür və şirkdən əmindir, qurtulmuşdur. Allahü təala da şirkdən başqa günahları əfv edəcəyini söyləyir.

* Bu böyüklər gələcəkdə müşrik olacaq adamı bu gəmiyə mindirməzlər. Yəni gəmidən çıxaracaqları adamı əvvəldən gəmiyə buraxmazlar. Gəmiyə buraxdıqlarını da gəmidən çıxarmazlar. Ancaq gəmidən atlayan ola bilər. Gəmidən atlamağa səbəb olan 2 şey vardır: Biri inkar, digəri imtahan.

* Axır zamanda imanı qorumaq çox çətindir. Bir anlıq qəflət sonsuz fəlakətə səbəb olar. Bəs qurtuluşun çarəsi nədir? İmam Rəbbani həzrətlərinə “Bunun çarəsi nədir?” deyə soruşdular. Tək kəlməylə cavab verdi: “Kim bu fəlakətdən qurtulubsa, get onunla birlikdə ol”. 
Nə oxuduğun, nə etdiyin səni qurtarmaz. Heç kim dəryaları üzərək keçə bilməz. Mütləq bir gəmiyə minmək məcburiyyətindədir. O gəmiyə minməyən yolun başında qalır. 

* Gəmi salamatla limana çatırsa, təkcə kapitan deyil, içindəki hər kəs qurtulur. Gəminin içində olmaq lazımdır. Gəmidə ol, kifayətdir. Yer bezi olsan belə gəmidə ol.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину