Facebook Twitter WhatsApp

Dünya və axirət səadətinin açarı

* Hikmət əhli buyurur ki:
6 cild Məktubatın, yəni Məktubatı-Rəbbani və Məktubatı- Məsumiyyənin xülasəsi bir cümlədir: 

“Bu yolun böyüklərini tanımaq və sevmək, dünya və axirət səadətinin açarıdır”. 

* Bir böyük şəxs bir tələbəsinə vəzifə verərkən, ”Beyniməmi girmək istəyirsən, qəlbiməmi girmək istəyirsən?” deyə soruşur. Əfəndim, fərqi nədir deyə soruşduqda, qəlbimə girsən axirətə qədər mənimləsən. Beynimə girsən sabah unuda bilərəm buyurur. Tələbə bu dəfə, əfəndim, qəlbə girməyin şərti nədir deyə soruşur. Şərti ikidir: Mənə heç kimdən şikayət etməyəcəksən və heç kim də səndən mənə şikayət etməyəcək; çünki orada sən məni təmsil edirsən. Yolumuz almaq deyil, vermək yoludur, yük olmaq deyil, yük almaq yoludur. Sıxıntı vermək deyil, sıxıntı çəkmək yoludur. Daim sən sinəyə çək, heç kimdən şikayət etmə. Elə yaşa, elə hərəkət et ki, heç kim də səndən şikayət etməsin.

* Allahü təala insanı Özü məşhur edib, insanlara tanıdarsa, onu mühafizə edir, amma insanın özü məşhur olmaq istəyirsə afətdir, fəlakətdir.

* İmam Rəbbani, Abdülqadir Qeylani kimi mürşidi-kamillər, bu yolun böyükləri onlara tabe olanlardan qafil deyillər. 

* Böyüklər dünyadan köç etdikləri zaman elmləri, ehsanları, feyzləri heybələrində onlarla birlikdə gedir. Dünyada bərəkət qalmır.

* Böyüklərin tələbələri üç sinifdir:
1.Ev sakinləri kimi.
2.Qohum kimi.
3.Qonşular kimi.

* Güzgünün qarşısına şam qoysanız, güzgüdə şam görünəcək, o da işıq saçacaq. O güzgünün qarşısına başqa bir güzgü qoysanız, o güzgü də işıq saçacaq. İstədiyiniz qədər güzgü qoyun, şam yenə orada işıq saçmağa davam edəcək. Əsl şam (qaynaq) Peyğəmbər əfəndimizdir. Böyüklər Onu əks etdirirlər.

* İnsanlar çətin zamanlarda, çətinliklərlə qarşılaşdıqlarında xoşluqla yola verə bilmirlər, insanları idarə edə bilmirlər. Belə zamanlarda hər kəs daxilindəkini və həqiqi üzünü göstərir. Yəni, eqoist eqoistliyini, fədakar fədakarlığını, xain xainliyini üzə vurur. Bu problemli zamanlar bir imtahandır və dünyada heç bir imtahana girənlərin hamısı uğurla çıxmamışdır. Bəziləri imtahandan müvəffəqiyyətlə çıxır, bəziləri isə kəsilir.

* Həmişə gülmək yaxşı deyil. Dövr tövbə və istiğfar zamanıdır. Sabaha çıxacağımız məlum deyil. Mömin möminin dəyərini bilməzsə, Allahü təalanın dəyərini heç bilməz.

* Bilənlərlə işləmək çətin olur, sıxıntılı olur. Bəli, baş üstə deyən, ixlaslı, səmimi insanlarla işləmək lazımdır. Bir kimsə ixlaslıdırsa, Allahü təala daha sonra ona işi bacarmaq qabiliyyətini də verir və o da bilənlərdən, amma ixlaslı bilənlərdən olur.

* Müsəlman, dinini, malını, namusunu, şərəfini qorumaq üçün zəngin olmaq məcburiyyətindədir. İsraf hər halda haramdır, israfdan çəkinmək məcburiyyətindədir. Qənaət etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Ey Əshabım, yoxsulluq sizin üçün səadətdir, axır zamanda ümmətim üçün zənginlik səadət olacaqdır” buyurdu. Başqa bir hədisi-şərifdə də “Axır zamanda iki sarısı olmayan, istifadə olunmuş, korlanmış dəsmal kimi atılacaqdır” buyuruldu. İki sarı, qızıl və gümüşdür.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину