Facebook Twitter WhatsApp

İki şey varsa qorxmayın

Hikmət əhli buyurur ki:
* Hər kitab oxunmamalıdır. Bir kitab doğru belə olsa, yazan Allah üçün yazmamışsa, oxuyan zərər görəcək. Çünki yazanın xəbis ruhu, zülməti təsir edəcək. Yazan ixlasla belə yazsa, çap edənlər qazanc üçün ediblərsə yenə feyz, bərəkəti olmayacaq. Böyüklərin kitablarını oxuyanlar isə böyüklərin ruhaniyyətindən, feyzindən istifadə edir. Sadəcə elm bəs etməz, ixlas da lazımdır. 

* İmam Rəbbani həzrətləri buyurur ki:
İki şey varsa qorxmayın;
1- Bu dinin sahibinə tabe olmaq,
2- Dini öyrəndiyiniz şəxsin böyüklüyünə inanmaq və onu sevmək. 

* Peyğəmbərlərdən sonra insanların ən üstünü olan həzrəti Əbu Bəkirdən bir nəfər dua istəyir. Əllərini açıb belə dua edir: 
“Ya Rəbbi, bir günahkar qul, bir günahkar qulundan dua istəyir. İkisinin də günahlarını əfv eylə”.

* Hamamdan çıxarkən ayaqları soyuq su ilə yumaq ağrıları aparır, revmatizmanın qarşısını alır.

* Qəlbi çox xəstə olan kimsə yoldaşına, dostuna dini nəsihət edə bilməz. Din kitabı oxuya bilməz. Bir Müsəlman yoldaşının yanına gedib söhbət edə bilməz. Amma qəlbində bir az qırıntı varsa kitab oxuyar.

* Ölümə hazır olan daima gülər. Çünki o vüsalı gözləyir. Rəbbinə qovuşmağı gözləyir. Müsəlman gülməsin də nə etsin. 

* İnsanların fitnəsindən qurtulmaq istəyiriksə, dükan-bazarlarda tez-tez olmamalıyıq.

* Ticarət əhlinin dükanlarında uzun müddət oturmamaq lazımdır.

* Heç bir günahı kiçik görməməli, çox çalışmalıyıq. Boş gəzənlər, zəngin olsalar belə, yoldaşları şeytan, qəlbləri şeytanın köşkü olur.

* Dünya qəmindən, nəfsin sıxışdırmasından yüngülləşib qurtulmaq üçün, qəbirstanlıqları tez-tez ziyarət etmək lazımdır.

* Eyib və qüsurlarını gördüyünüz yoldaşlarınızın, qonşularınızın, sirlərini ifşa etməyin; çünki gördüyünüz bu sirlər sizə əmanətdir. Əmanətə xəyanət isə çirkin bir hərəkətdir.

* Haram girən, haram çıxan ağızdan olunan duanı Allahü təala qəbul etməz. Duanın qəbul olması üçün ağıza da, mədəyə də diqqət etmək lazımdır. Vəsilə ilə dua etmək lazımdır. 

* Küfrə, bidət və günahlara qarşı əmri-məruf olunarsa, Allahü təala o ərazinin layiq olduğu əzabı təxir edər. Əmri məruf olunmazsa əzabı-ilahi gələr. 

* Bir yumruq kimi olmalıyıq. Əl açıq olarsa barmaqlar zərər görəcək. Yumruq vəziyyətində isə zərər görməzlər. 

* Nəfs, bütün yaxşılıqlardan süzülmüş, sadəcə bütün pisliklərin olduğu varlıqdır. Hər istədiyi əleyhinədir, ən axmaq varlıqdır. Əsl arzusu özünü ilahlaşdırmaq, özünə sitayiş etdirməkdir, pislik etdirməklə kifayətlənməz.

* İnsanların dünyada etdikləri qəbahətlərə görə Allahü təala iki şəkildə cəzalandırır, ya cəzanı axirətə saxlayır, kafirlərinki belədir. Yaxud dünyada sıxıntı verir. Axirətə bir şey qalmır. Buna görədir ki, sıxıntı Müsəlman üçün bir nemətdir. Bunun axirətdəki qarşılığını bilsəydilər, sıxıntı gəlsin deyə dua edərdilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину