* Dünya sultanı deyil, axirət sultanı olmağa çalışmaq lazımdır. Axirətdə dünya sultanlığı işə yaramayacaqdır. O qədər saleh, yaxşı bir sultan olmasına baxmayaraq dünya sultanı olduğu üçün, Yıldırım Xanın türbəsinə gedən yoxdur. Ancaq axirət sultanı olduğu üçün hər kəs kürəkəni olan Əmir Sultanın türbəsinə gedir.
* Dünyalıq olan şeylərin Allah qatında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, kafirə bir qurtum su verməzdi. Kafirlərə dünyalığı çox verir, onlar da buna aldanaraq fəlakətə sürüklənirlər. Möminin Allah qatında dəyəri, topladığı dünyalıq qədər azalır. Dünya sevgisi artdıqca, axirətə olan zərəri da artır. Axirət sevgisi artdıqca, dünyanın ona zərəri azalır. Dünya ilə axirət, şərq ilə qərb kimidir. Birinə yaxınlaşan, digərindən uzaqlaşır. Dünyalıq arxasınca qaçmaq, su üzərində yeriməyə bənzəyir. O adamın ayaqlarının islanmaması mümkün deyildir.
İslamiyyətə tabe olmağa mane olan şeylərə dünya deyilir. Allahü təala bir qulunu sevərsə, onu dünyada zahid və axirətə raqib edir. Eyiblərini ona bildirir. Dünyada zahid olanı Allah sevər. İnsanlar arasında zahid olanı insanlar sevər. Dünyalıq axtaranın ona qovuşması çətindir. Axirəti axtaranın ona qovuşması asandır. Dünyalığa düşkün olmaq, xətaların başıdır. Yəni hər cür xətaya, günaha səbəb olur.
* Dünya arxasınca qaçan kimsə, şübhəli şeylərə, sonra məkruhlara, sonra haramlara, hətta küfrə dalar. Keçmiş ümmətlərin, Peyğəmbərlərinə (aleyhimüssaləvətü vəttəslimat) inanmamalarına səbəb dünyaya düşkün olmaları idi. Dünya məhəbbəti, sərxoş edən şəraba bənzəyir. Bundan içən, ancaq ölüm zamanında ayılır.
Musa əleyhissalam Tur dağına gedərkən birinin çox ağladığını gördü. Ya Rəbbi! Qulun sənin qorxundan ağlayır dedi. “Qan ağlasa da, onu əfv etmərəm. Çünki o, dünyaya düşkündür” buyurdu. Hədisi- şərifdə “Dünyanı halaldan qazanana axirətdə hesabı vardır. Haramdan qazanana əzabı vardır” buyuruldu.
* Bir kimsə halal pulla bina tiksə, insanlar, bundan faydalandığı müddətdə o insana savab veriləcək.
* Cahillərin təhqir etməmələri və düşmənlərə əzəmətli, qüvvətli görünmək üçün, alimlərin, əmirlərin geyim və evlərinin zinətli olması lazımdır.
* Kəbəyi-şərif ilk görüldüyü zaman edilən dua rədd olunmaz. Kəbəyi-şərif ilk görüldüyü zaman edildiyi kimi, bir mömin bir möminlə qarşılaşdığı zaman üzünə baxıb heç bir şey düşünmədən dua edərsə duası qəbul olar. Ən gözəl dua, səlamün aleyküm deməkdir. Salama da artıqlamasıyla cavab vermək yaxşıdır. Məsələn, “və aleyküm səlam və rahmətullah” demək lazımdır. Salamın mənası, sənə dünya və axirət salamatlığı diləyirəm, deməkdir. Onsuz da bütün məsələ də bu deyilmi? Ancaq salam verərkən düşünmədən təsadüfən verilməməlidir. Şüurlu şəkildə mənasını və sünnət olduğunu düşünərək vermək lazımdır.
* Yüz min şeytan, pis bir din adamının etdiyini bacara bilməz. Şeytanı boş oturarkən görüblər və niyə belə boş oturub durursan, insanları aldatmağa çalışmırsan deyiblər. O da, mənim işimi pis din adamları görür, mənə iş qalmır demişdi.
В корзине: 0 шт.
на сумму: 0