Facebook Twitter WhatsApp

Üç şeydə yanılan iflah olmaz

Hikmət əhli buyurur ki:
* Həyat yoldaşı, İş, Dost. Bu üçündə yanılan iflah olmaz. Mən onu düzəldərəm deyər, amma düzəldə bilməz. Özü də onun kimi pozular. Bir səbət saf əncirin içinə bir dənə çürük əncir qoysanız hamısını xarab edəcək. Bir səbət saf əncir o bir çürüyü sağlam edə bilməyəcək.

* Dünyada əziz olmaq istəyən insan, dilinə sahib olsun.

* Səbir susmaqdır. Danışan, susandan daha çox vəra sahibi ola bilməz.

* Pis insanlarla yoldaşlıq edən, yaxşı şəxslərə sui-zənn edər.

* İnsanların biliklisi, insanların biliyindən faydalanıb öz biliyini artırandır.

* Dörd yerdə dörd şeyi qorumaq, iki şeyi unutmamaq, iki şeyi də unutmaq lazımdır. 
Qorunacaq şeylər: Namazda könül, xalq içində dil, yeməkdə boğaz, el evində gözdür. 
Unudulmayacaq şeylər: Allahın böyüklüyü və ölümdür. 
Unudulması lazım olanlar: Birinə etdiyin yaxşılıq və sənə olunan pislikdir.

* Şah Nəqşibənd həzrətlərindən “Namazda hudu və huşu necə əldə edilir?” deyə soruşulduqda buyurdu ki: “Hüzurlu bir halda halal tikə yeyəcəksiniz. Hüzurla dəstəmaz alacaqsınız və namaza başlayarkən iftitah təkbirini kimin hüzurunda durduğunuzu bilərək, düşünərək söyləyəcəksiniz.”

* Camaatda rəhmət vardır. Bir camaatda bir adam, Allahü təalanın sevgili quludursa, duası məqbuldursa, onun hörmətinə Allahü təala hamısını əfv edəcək.

* İmanın təməli, hubbi fillah buğdi fillahdır. Yəni, sevməsi də, sevməməsi də, Allah üçün olmaqdır.

* Müsəlman, Allahü təalanın seçdiyi, sevdiyi insandır. Onun seçdiyini mən seçmirəm, Onun sevdiyini mən sevmirəm, heç belə şey olarmı? 

* Qurani-kərimin əsl təfsiri fiqhdir. Nə edilməlidir, necə edilməlidir, necə qorunmaq lazımdır, bunlar fiqh elmi ilə mümkün olur. Dini bilmədən imanı qorumaq çətindir.

* Hədisi-şərifdə, “Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir” buyurulur. Bunun bir mənası da, Qurani- kərim İslamiyyət deməkdir. İslamiyyəti öyrənən və öyrədən ən xeyirlinizdir deməkdir. Burada öyrədən kəlməsi mühümdür, yəni doğru öyrəndiyini doğru öyrədən deməkdir. Öz ağlından danışan deyildir.

* Müsəlmanın dəyəri, nuru axirətdə bəlli olacaq. Cəhənnəm müsəlmana deyəcək ki, tez keç, nurun atəşimi söndürür. 

* Necə ki, bədənin ruzisi vardır, ruhun da ruzisi vardır. Necə ki, bədənin ruzisi verilməzsə xəstələnib ölər, ruhun ruzisi də verilməzsə xəstələnər və zamanla ölər. Ölməsi, Allah qorusun, kafir olması deməkdir. Namaz və digər ibadətlər ruhun ruzisidir. Böyüklərin sözləri də ruhun ruzidir. 

* İki şeydən çəkin: Çox yeməkdən və çox danışmaqdan.

* Səbir, Allahü təalanı qullara şikayət etməməkdir.

* Dünyada ən məqbul ibadətlərdən biri də, Allahü təalanın rızası üçün insanlara yardım etməkdir.

* Köynəyin ilk düyməsi səhv bağlandıqda, digərləri də səhv gedəcək. Nəticəni dəyişdirə bilməzsiniz, amma başlanğıcı dəyişdirmək mümkündür.

* Tədbir almamaq təkəbbürdəndir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину