Facebook Twitter WhatsApp

İman edin nə deməkdir

Hikmət əhli buyurur ki: 
* Bir böyük şəxsdən tələbəsi soruşub: 
- Əfəndim, Allahü təala bir ayəti-kərimədə məalən, “Ey iman edənlər, iman edin!” buyurur. Bunların həm iman etdiklərini bildirir, həm də iman edin buyurur. Burada, “iman edin” nə deməkdir? 
Cavabında buyurulur ki:
- “Məni tanıyın” deməkdir. 
- Əfəndim, hər kəs Allah deyir, tanıyır. Bəs, tanıyın nə deməkdir?
- Həbibimin gətirdiklərinə inanın, əmr və qadağalara itaət edin, deməkdir. Tanımaq, sevmək və itaət etmək deməkdir. Allahü təalanı tanıyan onu sevər. Onu sevən də əmr və qadağalara tabe olar, yəni fərzləri yerinə yetirib, haramlardan çəkinər. Allahü təala ibadət edərək sevilir, tanınır.

* Peyğəmbər əfəndimiz buyurdu ki: 
3 insanın Cənnətə girməsinə mən zaminəm: 
1-Qeybət etməyən, 
2- Zarafatla da olsa yalan danışmayan,
3- Gözəl əxlaq sahibi olan. 
Yenə buyurdu ki:

Cənnətdə mənim yanımda kim olacaq bilirsinizmi? 
Əshabı-kiram sükut etdilər. Allahın rəsulu daha yaxşı bilər dedilər. O zaman Peyğəmbər əfəndimiz buyurdu ki: 

“Cənnətdə mənim yanımda əxlaqı ən gözəl olanınız olacaq.”

* Məzhəb imamlarına, əhli sünnət alimlərinə, imam Rəbbani həzrətləri kimi böyüklərə tabe olanlarla olmayanların fərqi budur: Tabe olmadan xidmət etməyə cəhd edənlər, axşam olduqda çalışırlar. Yəni qaranlıqda nə etdiklərini görmürlər, düzəldirlər dağıdırlar, qırırlar, tökürlər. Tabe olanlar isə səhər tezdən işığın altında çalışırlar. Nə etdiklərini görürlər, elə edirlər ki, dağıtmırlar, qırmırlar, tökmürlər. 

* Bizə dinimizi, imanımızı öyrədən, əhli sünnət üzrə böyüdən anamızın, atamızın çox duasını alaq. Onların haqqı ödənməz. Onlarla münaqişə etməyək. Onlar nə desələr haqlıdırlar. Münaqişə etsək iplər qopar. Peyğəmbər əfəndimizə biri gəldi dua istədi, “Anandan istə” buyurdu. Anam öldü dedikdə “Atandan istə” buyurdu. Atam da öldü dedikdə, “Xalandan istə” buyurdu. Budur, onların haqqı bu qədər əhəmiyyətlidir.

* Əsl bayram, son nəfəsdə imanla və şəhid olaraq çənə bağlatmaqdır. Son nəfəsdə Allah deməkdir. Son nəfəsdə Allah demək üçün, onu çox demək lazımdır. Kim nəyi çox söyləyərsə, son nəfəsdə də onu söyləməsi asan olacaq.

* Müsəlmanın siması, kəlamı, təamı hamısı şəfadır. Yəni üzü də, sözü də, ikramı da həmişə şəfadır.

* Allahü təala bir qulunu qoruyarsa, heç kim ona bir şey edə bilməz. Etməyə çalışan da, özünə edər.

* Elm cahilliyi aparır, lakin axmaqlığı aparmır. 

* Gələcəyiniz üçün iki böyük təhlükə var: Biri israf, digəri təkəbbürdür. 

* İnsan gecə-gündüz tam min il təsbeh çəksə, bunun hamısı, yarım səhifə dinini, imanını doğru öyrənəcəyi kitab oxumaq yerinə keçməz. Çünki təsbeh çəkmək nafilə ibadətdir. Nafilə fərzin yanında dənizdə damcı deyildir. Axşam yatmadan əvvəl yarım saat kitab oxuyub, bütün gecə yatılsa daha xeyirli olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину