Facebook Twitter WhatsApp

Gözəl insanların son sözləri

* İbni Münkədir həzrətləri ölüm döşəyində ağlayırdı. Səbəbini soruşdular. “Qəsdən böyük bir günah işləmədim. Əhəmiyyət vermədiyim kiçik bir günah, Allahın qəzəbinə səbəb olubsa deyə, qorxduğum üçün ağlayıram” dedi.

* Əmir ibn Abdülqays da ölərkən ağlayırdı. Soruşanlara, “Boşa keçirdiyim günlərim üçün ağlayıram” dedi.

* İbni Mübarək həzrətlərinin ölərkən yoxsul halını görən azadlı köləsi İbni Abdullah ağlamağa başladı. “Sən necə zəngin idin, evində bir şey qalmayıb. Bu hallaramı düşəcəkdin” deyə sızlandı. İbni Mübarək həzrətləri, “Ağlamağın lüzumsuzdur. Mən zəngin olaraq yaşamaq, kasıb olaraq ölmək üçün dua edərdim. Allahü təala da duamı qəbul buyurdu” dedi.

* Saleh ibn Mismara “Ölsən, ailəni birinə əmanət etməyəcəksənmi?” dedilər. O da “Onları acizlərə əmanət edə bilmərəm, Allahdan utanıram” buyurdu.

* Əbu Süleyman Darani ölərkən “Necə bəxtəvərsən ki, əfvi və rəhməti bol Allaha gedirsən” dedilər. O da, “Bəli, iynədən sapa qədər, hər şeyin hesabını verməyə gedirəm” dedi.

* Sırri Səqati, ölüm döşəyində qan-tər içində ikən, onu yelpinclə yelləyərək sərinlətməyə çalışan Cüneydi-Bağdadiyə, “Ciyərləri yanan adama yelpincin nə faydası olacaq?” buyurdu.

* Hikəm ibn Abdülməlik, huşsuz vəziyyətdə uzanarkən, orada olan bir nəfər “Ya Rəbbi, bu kimsə çox da yaxşı bir həyat yaşamadı, ancaq səxavətli idi, ölümü ona asanlaşdır” deyə dua edərkən Hikəm ibn Abdülməlik gözlərini açıb dedi ki: Əzrail əleyhissalam gəldi, “Səxavətli olanların canını rifq ilə alaram” dedi.

* Saleh bir şəxsin xanımı, həyat yoldaşının ölmək üzrə olduğunu gördükdə ağlamağa başladı. Xanımından “Nə üçün ağlayırsan?” deyə soruşdu. O da, “Sənin üçün” dedikdə, “Sən özünə ağla, mən 40 ildir bu gün üçün ağlayıram” buyurdu. İbrahim Ziyad, “Ölü üçün səssiz ağlamaq olar, amma ən yaxşısı, öz aqibətini düşünüb ağlamaqdır” buyurdu.

* Böyük şəxslərdən biri, “Keçmişdə biz getdiyimiz cənazələrdə hər kəs hönkür-hönkür ağladığı üçün cənazə sahibinin kim olduğunu tanıya bilməz, başsağlığında çətinlik çəkərdik” buyurur. Halbuki, indi qəbirstanlıqda belə gülənlər olur. Bir gün özünün də öləcəyini düşünmür. Bu qəflətin səbəbi işlənən günahlar üzündən qəlbin qararmış olmasıdır.

* Bir sərxoş öldü. Xanımı cənazəni yuyub dəfn edəcək heç kim tapmadıqda, iki hambal tutub cənazəni qəbirstanlığa gətirdi. Orada bir zahid, bir cənazənin namazını qılmağa hazırlaşarkən, onu görənlər də gəlib cənazənin namazını qıldılar. Lakin bir zahidin, bir sərxoşun namazını qılmasına təəccüb etdilər. Zahid dedi ki: “Bu gecə yuxumda qəbirstanlığa getməyimi, orada sahibsiz bir cənazənin namazını qılmağımı söylədilər. ‘O cənazə əfv edilmişlərdən biridir’ dedilər.”

Sərxoşun xanımından ərinin yaxşı cəhətlərinin olub-olmadığını soruşdular. O da belə dedi: “Həyat yoldaşım, fasiq idi, içki içərdi, ancaq namazını heç tərk etmədi. Sübh namazını həmişə camaatla qılardı. Yetimlərə mərhəmət edər, onların nəfəqələrini təmin edərdi. İçki içib ayıldığı zaman, “Ya Rəbbi mənim kimi fasiqi Cəhənnəmin harasına atacaqsan” deyərək ağlayar, içkini ata bilmədiyinə görə kədərlənərdi.” Zahid bunları dinlədikdən sonra, “Deməli, əfv edilməsinə bu gözəl xasiyyətləri səbəb olub” buyurdu.

* Peyğəmbər əfəndimizin son sözlərindən biri, Namaza diqqət edin idi. (İbni Macə)

Hədisi-şərifdə buyuruldu ki:

“Hər Peyğəmbərin ümmətinə son nəfəsdə vəsiyyəti namazdır”. [Gunyə]

Yaxşılığı sayaraq deyil, saçaraq edin.

* Hər sıxıntının, hər müvəffəqiyyətsizliyin, hər dərdin əlacı namaz və istiğfardır. Allahü təala günah işləyən bir qulunu müvəffəq etməz.

* Allahü təala günah işləməyənlərdən və günah işlənməyən yerlərdən razıdır. Siz, günah işləməməyə və yoldaşlarınızı günahdan qorumağa çalışın.

* Allahü təalaya sığınan hifzi-əmanı ilahidə olar.

* İxlas, məhəbbət və itaət, üçü ayrılmazsa feyz gələr. Ayrılarsa, böyük şəxs feyz vermək istəsə də, feyz gəlməz.

* Allahü təala bir qulundan razı olarsa, ona hər şeyi vermiş deməkdir.

* Hər şeyin, hər işin bir qayəsi, qibləsi vardır. Əsas qayə imanla ölmək, Allah deməkdir. Allahı unudaraq iş görən, Cəhənnəm atəşini tələb etmişdir. Səmimiyyət varsa, xoşluqla, şirin dillə bu xatırladılmalı, ona yardım edilməlidir.

* Müsafəha etdikdə, əl ayrılmadan günahlar tökülür.

* Günah işlənməyən yerdə rahatlıq vardır. Günah işlənərsə narahatlıq başlayar. Günahlar qəlbi sıxır, Zikri-ilahi ilə məşğul olmaq, insana fərahlıq verir, günahlara qarşı soyuqluq gətirir. Bir müsəlman günah işləməsə, Cənnət nemətləri başlayar.

* Şeytan, qəzəb anında ağlı örtür, ovcunun içinə alır, hər şeyi etdirir.

* Neçə kiçik əməl niyyətlə büyüyür, neçə böyük əməl isə niyyətlə kiçilir.

* Fasiqlər Allahü təalanın sifətlərinə, kafirlər isə Zatına düşməndirlər.

* Səxavətli ol, yaxşılıq et. Amma ki, başa qaxma, çünki səxavətin faydası sənə aiddir.

* Müsəlmanın ikramında şəfa vardır. Hədiyyə vermək də, almaq da sünnətdir.

* Əlinə, dilinə, belinə sahib olana, pisliklər uzaq qalar.

* Göz iki, qulaq iki, ağız təkdir. Çox görüb, çox dinləyib, az danışmaq lazımdır.

* İçi aydın olan, ətrafına işıq saçar.

* İnsanın sözü hikmət, baxışı ibrət və susmağı dərs olmalıdır.

* Kiçik bir dəlik, böyük bir gəmini batırar.

* Müsibətə səbirsizlik göstərmək, ondan da böyük müsibətdir.

* Nəsihət tutmayanı müsibət tutar.

* Zalım ölmək yerinə məzlum olaraq öl.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину